“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Ermənistan İrandan daha çox qaz alacaq: Yeni mərhələ başlayır

Tarix 30.07.26, 12:07

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistan və İran qaz-elektrik proqramının genişləndirilməsi barədə şifahi razılığa gəliblər, bu proqramın həcmi ən azı ikiqat artırıla bilər.

Bunu Ermənistan Respublikası Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan açıqlayıb.

"Hər iki tərəf bildirdi ki, Ermənistan daha çox qaz almalıdır, İran isə daha çox elektrik enerjisinə ehtiyac duyur," deyə Xudatyan İrana üç günlük səfərindən sonra verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, İran-Ermənistan qaz kəmərinin tutumu mövcud təchizat həcmindən çoxdur.

Nazir qeyd edib ki, mövcud infrastruktur və yeni (üçüncü) 400 kV Ermənistan-İran elektrik ötürmə xəttinin istifadəyə verilməsi mübadilə həcmini ən azı ikiqat artıracaq.

"Biz İrana ən azı iki dəfə çox elektrik ixrac edə biləcəyik və əvəzində iki dəfə çox qaz alacağıq," deyə Xudatyan bildirib.

Qalan məsələlər tərəflərin yaxın gələcəkdə yaratmağı planlaşdırğı işçi qrupları tərəfindən həll olunacaq.

Xudatyan yeni elektrik xəttinin tikintisinin 2026-cı ilin sonuna qədər tamamlanacağına ümid etdiyini bildirib.

O həmçinin vurğulayıb ki, İranın qaz təchizatını artırmaq planları Ermənistanın Rusiya ilə əlaqələri ilə əlaqəli deyil.

"Bu qərar başqa heç bir ölkə, xüsusilə Rusiya Federasiyası ilə əlaqəli deyil. Biz qarşılıqlı faydalı iqtisadi fəaliyyətlərdən danışırıq və hər iki tərəfin bunun genişləndirilməsində öz marağı var," - nazir deyib.

2009-cu ildən etibarən Ermənistan İran-Ermənistan qaz kəməri vasitəsilə İrandan təbii qaz alır. "Elektrik müqabilində qaz" proqramı çərçivəsində İran qazı Ermənistanda elektrik enerjisi istehsalında istifadə olunur, bundan sonra isə hər 1 kubmetr təbii qaz üçün 3 kWh nisbətində İrana ixrac olunur. 2023-cü ilin avqustunda tərəflər razılaşmanı 2030-cu ilə qədər uzadıblar ki, bu da qaz və elektrik ixracının həcminin artırılması imkanını təmin edib.



Xəbərin oxunma sayı : 289




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap