“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Azmaş Lizinq” in vəzifəli şəxsi qanunu pozdu, 24 min manat cərimələndi - DETALLAR

Tarix 15.09.26, 22:48

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Mərkəzi Bankının apardığı nəzarət tədbirlərindən sonra “Azmaş Lizinq” MMC və şirkətin vəzifəli şəxsi ümumilikdə 24 min manat cərimələnib.

AzFakt.com FED.az-a istinadən xəbər verir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi şirkəti İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.4-cü maddələrinə əsasən 21 min manat, onun vəzifəli şəxsini isə 3 min manat məbləğində cərimə edib.

Cərimə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə qanunvericiliyin tələblərinin pozulması ilə bağlıdır. Sözügedən maddələr müştəri uyğunluğu tədbirləri və məlumatların saxlanılması, daxili nəzarət proqramının tətbiqi, eləcə də monitorinq olunmalı əməliyyatlar üzrə məlumat və sənədlərin təqdim edilməsi tələblərini əhatə edir.

“Azmaş Lizinq” 2019-cu ildə yaradılıb və əsasən kənd təsərrüfatı texnikası və avadanlıqlarının lizinq yolu ilə satışını həyata keçirir. Şirkət Aqrar Kredit və İnkişaf Agentliyinin müvəkkil kredit təşkilatları siyahısına daxildir. Öz məlumatına görə, traktor və aqreqatların dövlət subsidiyası ilə maliyyələşdirilməsində də iştirak edir.

Şirkət “Gəncə Avtomobil Zavodu” ilə əməkdaşlıq edir və zavodun lizinq tərəfdaşıdır. “Azmaş Lizinq”in hazırkı nizamnamə kapitalı 2,81 milyon manat, direktoru Fəridə Qaraxanova Misrixanovnadır.

Şirkətin kapitalı 2025-ci ildə 5,62 milyon manat səviyyəsində olub və həmin ilin mayında kapitalın azaldılması barədə kreditorlara elan verilib.



Xəbərin oxunma sayı : 277




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap