“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Montellanın postuna 6 namizəd - Türkiyə millisini kim çalışdıracaq?

Tarix 11.10.26, 18:29

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyəti milli komandanın yeni baş məşqçisini müəyyənləşdirmək üçün axtarışlara başlayıb. Namizədlər arasında yerli və xarici mütəxəssislər var.

Türkiyənin "Hürriyet" qəzəti xəbər verir ki, iyun ayında keçiriləcək növbəti ümumi yığıncağa qədər vəzifəsini davam etdirmək qərarı verən TFF rəhbərliyinin qısa müddətdə həll etməli olduğu əsas məsələlərdən biri Türkiyə A milli futbol komandasına kimin baş məşqçi təyin olunacağıdır. Ötən gün keçirilən iclasda Vinçenso Montella ilə yolları ayırmaq qərarı verən federasiyanın gündəmində bir sıra namizədlər yer alır.

Yerli namizədlər arasında Donetsk “Şaxtyor”unda uğurlu çıxış edən Arda Turan ön plana çıxır. Hazırda klubsuz olan Şenol Günəş və Fatih Tekke də bu vəzifəyə mümkün namizədlər kimi müzakirə olunur.

Əsas namizəd hesab edilən Turanın hələlik milli komandanı çalışdırmağı düşünmədiyi bildirilir. Onun “Şaxtyor”da uğurlu karyera quraraq gələcəkdə İspaniya, İtaliya və İngiltərə kimi ölkələrin güclü liqalarında işləmək istədiyi qeyd olunur.

15 aydır heç bir klubu çalışdırmayan Fatih Terimə gəlincə, TFF prezidenti İbrahim Hacıosmanoğlunun 2026-cı il dünya çempionatı zamanı onun milli komanda ilə bağlı səsləndirdiyi tənqidi fikirlərə görə bu varianta isti yanaşmadığı bildirilir.

Xarici namizədlərin ilk üçlüyündə son aylarda milli komandalarındakı vəzifələrindən ayrılan almaniyalı Yulian Naqelsmann və fransalı Didye Deşam, eləcə də “Fənərbağça”da iki dəfə çalışmış Vitor Pereyra yer alır.

TFF-nin əsas məqsədi karyerası və nüfuzu şübhə doğurmayan, geniş ictimaiyyətin qəbul edə biləcəyi bir mütəxəssislə razılığa gəlməkdir. Federasiya rəhbərliyi Naqelsmann və Deşam kimi məşqçilərdən birini komandaya gətirməklə Türkiyəni yenidən milli komandanın ətrafında birləşdirməyi hədəfləyir. (Qaynarinfo)



Xəbərin oxunma sayı : 655




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap