Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Oğurladığı 2866 manatlıq gödəkçələri 350 manata satdı - Həbs edildi

Tarix 20.06.24, 16:11

Font ölçüsü : - / +
bitmap-img6


Nərimanov rayonunda yerləşən "Gənclik Mall" Ticarət Mərkəzindəki "Massimo Dutti" mağazasından 4 ədəd gödəkçə oğurlayan şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 1997-ci ildə Bakı şəhərində anadan olmuş İsmayıl Cəfərov (soyad şərtidir) bir neçə gün ərzində sözügedən mağazadan ümumilikdə 2866 manat dəyərində olan 4 ədəd qış gödəkçəsini oğurlayıb. 

"Gənclik Mall" Ticarət Mərkəzinə gedən İsmayıl orada mağazaları gəzərkən "Massimo Dutti”yə daxil olub. Mağazada mühafizənin zəif təşkil olunduğunu görüb və bu səbəbdən üzərində 739 manat yazı olan qış gödəkçəni götürərək, mağazadan çıxıb. Həmin gödəkçəni əvvəldən tanıdığı Samir adlı tanışına 70 manata satıb. 

Bundan təxminən bir neçə gün sonra yenidən həmin mağazaya gedərək, eyni qaydada eyni gödəkçədən birini də götürüb və yenidən Samirə 80 manata satıb. 

Bir neçə gün sonra yenidən həmin mağazaya gedib və 539 manat dəyərindəki dəri gödəkçəni götürüb. Həmin gödəkçəni əvvəldən tanıdığı başqa bir tanışına 100 manata satıb. Üzərindən iki gün keçdikdən sonra İsmayıl yenidən mağazaya daxil olaraq üzərində 839 manat yazılan dəri gödəkçəni götürərək 100 manata satıb. Əldə etdiyi pulları borclarına verib. Həmin gödəkçələri tanışlarına satarkən "Trendyol” online satış saytından aldığını bildirib.

Məhkəmənin qərarı ilə İsmayıl Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və 1 il 3 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.



Xəbərin oxunma sayı : 961




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap