“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Qazaxıstan da Zəngəzur dəhlizini gözləyir - Azərbaycan sədrliyi təhvil verdi

Tarix 29.09.21, 15:14

Font ölçüsü : - / +
bitmap-img6


Türkdilli dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstandakı toplantısı başa çatdı. Toplantıda sədrlik Azərbaycandan Qazaxıstana keçdi. Azərbaycan TÜRKPA-ya 2019-cu ilin dekabrından 2021-ci ilin sentyabr ayına qədər sədrlik edib. Azərbaycan parlamentinin rəhbəri Sahibə Qafarova sədrliyi Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinə təhvil verdi.

Bu toplantı Azərbaycan üçün vacib idi. Çünki bu Azərbaycanın qələbə çaldığı İkinci Qarabağ müharibəsindən sonra Assambleyanın ilk toplantısı idi. Türkdilli dövlətlərin parlament sədrləri Azərbaycanı İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təbrik etdilər. Pandemiya dövründə TÜRKPA-nın bəzi toplantıları təxirə salınmışdı. Pandemiya bitməsə də, artıq beynəlxalq konfranslar, görüş və toplantılara start verilib. Bu baxımdan TÜRKPA-ya sədrlik edəcək Qazaxıstan gələcək toplantıları təxirə salmayacaq.

Qazaxıstan Türkiyə və Azərbaycan qədər türkdilli dövlətlərin interqasiyasına çalışır. Digər tərəfdən Qazaxıstan Türkiyə və Azərbaycan qədər Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. İyun ayında xarici işlər naziri Ceyhun Bayramovla görüşən qazaxıstanlı həmkarı Muxtar Tileuberdi bölgədə vəziyyətin stabilləşməsinin Cənubi Qafqazın Qazaxıstan və Orta Asiya ölkələri ilə daha geniş transregional inteqrasiyası, Zəngəzur nəqliyyat dəhlizin açılmasını nəzərə alaraq, Xəzər liman infrastrukturun artan potensialı üçün yeni imkanlar yaradacağını vurğulamışdı.

Açıklama yok.

“Azərbaycan bizim üçün Cənubi Qafqazda və Xəzər regionunda əsas siyasi və ticari-iqtisadi tərəfdaşımızdır” deyən Muxtar Tileuberdi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Elbası Nursultan Nazarbayevin xarici siyasət kursunu davam etdirərək, Azərbaycanla hərtərəfli və dostluq münasibətlərin bundan sonra da möhkəmləndirilməsinə xüsusi önəm verdiyini bildirmişdi.

Qazaxıstanla əməkdaşlığın inkişafı Azərbaycan üçün də vacibdir. Resurslarına və potensialına görə Mərkəzi Asiyanın liderliyinə iddialı olan Qazaxıstan müstəqilliyini qazandığı 30 il ərzində həm regional, həm də beynəlxalq əməkdaşlıq üçün müxtəlif təşəbbüslərin ideya daşıyıcısı olub.

Prezident Kasım-Jomart Tokayev ötən il ölkəsinin 2030-cu ilə qədər xarici siyasət konsepsiyasını təsdiq edib. Beynəlxalq əlaqələrin mürəkkəb transformasiyadan keçdiyi vurğulanan konsepsiyada problemlər belə sıralanıb: münaqişələr, inamsızlıq atmosferi, terror, silahlanma, iqlim dəyişiklikləri, kibermüharibələr. Konsepsiyada Qazaxıstanın Mərkəzi Asiyada lider mövqeyini qorumaq gərəkliyi göstərilib. Başqa strateji hədəf kimi Qazaxıstanın inkişaf etmiş 30 dövlətin sırasına daxil olması göstərilib. Qazaxıstan bu hədəflərə çatmaq gücündədir.

“Atlas” Araşdırmalar Mərkəzi





Xəbərin oxunma sayı : 862




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap