Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Rasim Quliyevin məhkəməsi davam etdirilir - Hacıbala Abutalıbov məhkəməyə gətiriləcəkmi?

Tarix 13.09.21, 14:32

Font ölçüsü : - / +
bitmap-img6


Bakı şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri, bir müddət icra başçısının müavini səlahiyyətlərini icra etmiş Rasim Quliyevin növbəti məhkəməsi baş tutub.

Musavat.com xəbər verir ki, Rasim Quliyevin işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılır.

Bu gün baş tutan məhkəmə prosesində təqsirləndirilən şəxs prokurorun suallarını cavablandırıb.

R.Quliyev deyib ki, ona qarşı irəli sürülən ittihamlardakı məqamlar yalnız vəzifə səlahiyyəti, vəzifəsi olan şəxslər tərəfindən törədilə bilər: "Amma işdə olan rəsmi məktublardan görünür ki, mən səlahiyyətli şəxs olmamışam, sərəncamı imzalaya bilməzdim".

Prokuror bu zaman arayışla çıxış edib. Deyib ki, Rasim Quliyevə qarşı irəli sürülən ittiham vəzifə səlahiyyətlərini aşaraq həmin sərəncamı imzalamasıdır: "Rasim Quliyev təkrar-təkrar sərəncamı imzalamaq üçün səlahiyyətlərinin olmadığını deyir. Bildirim ki, ittiham bundan ibarətdir ki, Rasim Quliyev icra başçısı vəzifəsini mənimsəyərək həmin sərəncamı imzalayıb. Yəni, səlahiyyəti olmadığı halda həmin sərəncama imza atıb. İttihamın mahiyyəti budur".

Rasim Quliyevin vəkili isə deyib ki, ittihamda "vəzifə səlahiyyətini mənimsəmə" yox, "vəzifə səlahiyyətlərindən sui-istifadə" göstərilir.

Hakim Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsindən bu məsələ ilə bağlı bütün rəsmi sənədlərin növbəti günlərdə məhkəməyə təqdim edilməsini istəyib.

İttihamda yazılır ki, R.Quliyev Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən binanın, həmçinin yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi, yerində yeni binaların tikintisi üçün “FF-2011” şirkətinə qanunsuz icazə verib.

İttihama əsasən, Rasim Quliyev Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli sərəncamı icra başçısının müavini vəzifəsini icra etdiyi vaxt imzalayıb. Həmin ərazidə 1893-cü ildə inşa edilmiş, yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olması nəzərə alınmayıb.

Qeyd edək ki, Rasim Quliyevin yaxınları bildirir ki, həmin sərəncam Hacıbala Abutalıbovun zamanında imzalanıb.



Xəbərin oxunma sayı : 709




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap