| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Rus ordusunun Qarabağ rolu – “Le Monde”
Tarix 15.03.21, 23:26 |
|
Fransanın “Le Monde” qəzetində “Azərbaycanda Rusiya ordusunun Qarabağdakı rolunu müzakirə edirlər” başlıqlı məqalə dərc olunub.
Məqalənin müəllifi Pol Taviynodur.
Novator.az-ın məlumatına görə, məqalədə 2020-ci ilin payızında Azərbaycanla Ermənistan arasında 44 gün davam edən müharibədən, Azərbaycanın bu savaşdan qalib çıxmasından, həmin il noyabrın 10-da Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinin birgə bəyanat imzalamasından, bundan sonra hərbi əməliyyatların dayandırılmasından, bəyanata uyğun olaraq Dağlıq Qarabağda ən azı 5 illiyə Rusiyanın sülhməramlı kontingentinin yerləşdirilməsindən bəhs olunur.
Bildirilir ki, Ermənistanla müharibədən qalib çıxan Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən 30 il sonra Rusiya qoşunlarının qayıtması ilə barışmağa məcbur olub: “Bəs 5 il sonra Rusiya Dağlıq Qarabağı Azərbaycana qaytaracaqmı? Azərbaycan cəmiyyətində bununla bağlı mübahisəli fikirlər dolaşır.
Bakıda Moskvanın əsl niyyəti haqda şayiələr aşıb-daşır. Doğrudanmı Rusiya sülhməramlıları bu mübahisəli ərazidə ikinci müharibəyə son qoyan 10 noyabr bəyanatına uyğun olaraq 5 il sonra Dağlıq Qarabağın açarını Azərbaycana verəcək? Buna yalnız rəsmi mövqeyi təkrarlamağa ehtiyac duyanlar inanırlar”.
Məqalədə deyilir ki, rəsmi Bakı Azərbaycanın müharibədə qalib gəldiyini, Qarabağ məsələsinin birdəfəlik həll olunduğunu bəyan edir, amma fakt ondan ibarətdir ki, heç bir dövlətin, hətta Ermənistanın da tanımadığı qondarma “Dağlıq Qarabaq respublikası”nda hələ də Azərbaycanın yurisdiksiyası xaricində yüz min erməni yaşayır: “Separatçı ordu müharibədən sonra çox zəifləsə də, hər halda bölgədə yerləşdirilmiş 1960 rus hərbçisinin nəzarəti altında mövcudluğunu saxlayır. Beləliklə, hazırkı vəziyyət Qarabağ ermənilərinin 1991-ci ildə müstəqillik əldə edəndən bəri ilk dəfədir Rusiyanın bölgədə hərbi varlığına dözmək məcburiyyətində qalan Azərbaycana “inteqrasiyası”ndan çox uzaqdır.
“Rusiya 30 ildə arzuladığına nail oldu, yəni öz əsgərlərini yenidən torpağımızda yerləşdirdi, – Azərbaycanın adının çəkilməsini istəməyən bir rəsmisi belə hesab edir. – Biz üçtərəfli razılaşmanın tam icra olunmasını və suverenliyimizin bütün ərazilərimizdə bərqərar edilməsini istəyirik. Rusiya isə daha çox vəziyyəti indiki kimi dondurub saxlamaqda və bölgədə öz mövcudluğunu davam etdirməkdə maraqlıdır”.
Bununla belə, Azərbaycan rəsmisi etiraf edir ki, Rusiyanın iştirakı bölgədə gərginliyin azalmasına və sabitliyin əldə olunmasına yardım edib.
Azərbaycan cəmiyyətinin bir qismi sakitlikdən məmnundur və rusiyalı hərbçilərin qayıtması faktı ilə barışmağa hazırdır. “Bizim şimal qonşumuz çox güclüdür. Onunla mübahisə etmək yox, dil tapmaq gərəkdir. O, bizdən də, Türkiyədən də güclüdür” – Bakıda telefon satışı ilə məşğul olan Elxan Fətəli belə deyir.
Ancaq Azərbaycan cəmiyyətinin digər bir qismi rus ordusuna açıq-aşkar narazılıqla baxır və bu ordunun 1990-cı ildə Bakıda Qara Yanvar hadisələrinə, müstəqillik uğrunda mübarizə aparan 147 azərbaycanlının ölümünə bais olduğunu unutmur. Rusiya hərbçiləri həm də erməni separatçılarla əlbir olmaqda şübhəli bilinirlər. Bu inamsızlığa son vaxtlar sosial şəbəkələrdə yayılan, Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradovun separatçı rejimin lideri Araik Arutyunyanla qucaqlaşdığını əks etdirən kadrlar rəvac verib”.
Pol Taviyno daha sonra türkiyəli jurnalist Ragıp Soylunun bu yaxınlarda “Middle East Eye” saytında dərc etdirdiyi yazısına toxunur. Həmin yazıda Ragıp Soylu adını çəkmədiyi yüksək rütbəli rəsmilərdən birinə istinadla bildirib ki, ötən il Qarabağ müharibəsinin son günlərində Rusiya Ermənistanı Azərbaycana “İskəndər” raketi atmağa təhrik edib, amma Azərbaycanın hərbi arsenalında olan, İsrailin istehsal etdiyi “Barak-8” raketdən müdafiə sistemi sayəsində “İskəndər”i zərərsizləşdirmək mümkün olub.
Pol Taviyno hesab edir ki, “Middle East Eye” saytında dərc edilən yazı azərbaycanlıların yarasına duz basıb: “Saytın məlumatına görə, liderləri müharibəni dayandırmağa və Rusiya şərtləri ilə sülh müqaviləsi imzalamağa məcbur etmək üçün rəsmi Moskva ermənilərə Bakıya “İskəndər” raketi atmağı tövsiyə edib. Ermənistanın hərbi arsenalında 20 belə yüksəkdəqiqlikli və güclü raket var və bəzi hərbi ekspertlərin fikrincə, Yerevan yalnız Rusiya komanda verdikdən sonra həmin raketlərdən istifadə edə bilər. 2020-ci ilin noyabrın 9-da həqiqətən də Bakıya ballistik raket atılıb. Amma Rusiya və Azərbaycan bu raketin “İskəndər” olduğunu etiraf etmir”.
Rusiyadan narazılığın həm də 10 noyabr bəyanatının qaranlıq məqamlarından qaynaqlandığını yazan Pol Taviyno rus hərbi kontingentinin Qarabağda 5 ildən artıq qala bilməsinə imkan verən müddəanı həmin məqamlardan biri kimi qeyd edir.
Pol Taviyno öz məqaləsində azərbaycanlı siyasi icmalçı Anar Məmmədlinin fikirlərinə də yer ayırır. Onun yazdığına görə, Anar Məmmədli hesab edir ki, 10 noyabr bəyanatında Rusiya sülhməramlılarının mandatı və səlahiyyətləri müəyyən olunmayıb. “Bəyanatın erməni silahlı qvvələrinin tərksilah olunmasına dair 4-cü bəndi dəqiq qrafik müəyyən etmir, – Anar Məmmədli belə deyir. – Həmin bənddə Rusiya ilə yekun və ətraflı müqavilənin son imzalanma tarixi qeyd olunmayıb. Sazişlərdəki boşluqlardan gözəl istifadə etməyi bacaran Vladimir Putinlə danışıqlarda dəqiq detalların və cədvəlin göstərilməməsi Azərbaycan diplomatiyasının böyük yanlışlığıdır”.
Pol Taviyno hesab edir ki, Azərbaycan hakimiyyəti münaqişənin həll olunmadığı həqiqətini danmağa çalışır. Bu isə, müəllifin fikrincə, iki əsas problemə yol açır. Birincisi, vətəndaş cəmiyyəti cavab tələb edir, xüsusilə də 1990-cı illərdə, birinci müharibə zamanı Dağlıq Qarabağdan qovulan minlərlə azərbaycanlının gələcək taleyi ilə bağlı məsələyə aydınlıq gətirilməsini istəyir. İkincisi, bütün bunlar Azərbaycanda rəsmi mediaya əli çatmadığından mövzunu sosial şəbəkələrdə fəal şəkildə qabardan müxalif cərəyanların (liberallar, türk millətçiləri və islamçılar) əlində bir silaha çevrilir.
Xəbərin oxunma sayı : 877
Analiz
Xəbərlər
-
Sənədlərə imza atdılar, 100 min manat vergi borcu yarandı - VİDEO
-
Repetitorluq qadağan oluna bilərmi? - Nazirdən açıqlama
-
Vensdən mühüm açıqlama: Hörmüz boğazı ilə bağlı razılıq əldə olunub
-
Sumqayıtda yanacaqdoldurma məntəqəsinin yaxınlığında qanunsuz tikinti aparılır - ŞİKAYƏT
-
Bu liseyin məzunları ali məktəbə qəbul ola bilməyib - ADLAR
-
Azərbaycanda QHT layihələri “bir pəncərə“ prinsipi ilə maliyyələşdiriləcək - QƏRAR
-
“Təhsil sistemində həmişə kimsə narazı olacaq” - Nazir
-
600 yaşı olan “Səngəçal Karvansarayına“ müdaxilə edənlər kimlərdir? - VİDEO
-
ABŞ İrana qarşı hərbi əməliyyata 40 milyard xərc çəkib - CNN
-
“Bakıdakı tələbə sayı azaldılacaq...“ - Nazir bunun yolunu açıqladı
-
Sabiq hakimə daha bir cinayət işi üzrə hökm oxunub - 5 il 6 ay
-
“Teymuroğlu Construction“ şirkətinin inşa etdiyi binada bədbaxt hadisə: Ölən var
-
Büdcə siyasətində yeni dövr: Nazirlər Kabinetindən mühüm qərar
-
Məşhur meyvə-tərəvəz istehsalçısının borcu 1 milyonu keçdi
-
İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verildi - FOTO
-
Dövlət əmlakını icarəyə götürmək istəyənlərin NƏZƏRİNƏ
-
Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı - Etiraz
-
Müəllimlərin maaşları artacaq - Emin Əmrullayev
-
Otlaqlar daralır, arpa tapılmır: Ət bahalaşacaq?
-
“Texniki danışıqlar qarşıdakı günlərdə bərpa olunacaq” - Vens
-
Xaricə satdığımız fındıq ləpəsi kəskin bahalaşıb - Ölkələr üzrə siyahı
-
Bakıda su qrafiklə veriləcək - Rayonlar üzrə saatlar açıqlandı
-
Həmin vəzifəli şəxsə töhmət verildi - Şəhid ailələri şikayət etmişdi
-
Türkmənistanın neytrallıq siyasətini dəstəkləməyə davam edəcəyik - Prezident
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Medinskinin işgəncəsi - Ukraynalı əsirləri buna məcbur edirlər
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
-
“STP-Btech” MMC AYNA-dan 110,4 milyon manatlıq sifariş alıb - 2 il əvvəl yaranıb
-
“Babat“da əyləndi, babat da cəza aldı - 15 günlük həbs
-
Mərdəkanda 4 nəfər dənizdə batıb - İkisinin meyiti tapılıb
-
Konqoda Ebola virusuna yoluxanların sayı mini keçdi - Ölənlərin sayı artdı
-
“Zeytun Pharma”nın anbar işçiləri etiraza qalxdı - Şikayət
-
“Olivia“ yoxlamalara maneə olundu: FHN Həsən İsrafilzadə barəsində protokol tərtib etdi
-
Azərbaycanda kənd təsərrüfatında yeni era: Orqanik istehsala böyük keçid başlayır
-
Fuad Nəcəfliyə yeni vəzifə verilib? - “Onun fəaliyyəti ilə bağlı ciddi suallar var“
-
Türkmənistan Prezidenti Zəfər parkı və Fəxri xiyabanda - Fotolar
-
Direktor müəllimlərlə əlbir olub - 71 min manat mənimsəyib
-
Yağış yağacaq, dolu düşəcək, şimşək çaxacaq - Sabahın havası
-
Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu - FOTOLAR
-
Starmer kralla görüşdü - Baş nazir vəzifəsindən istefa verdi
-
Bu çimərliklərdə çimmək qadağan edildi - RƏSMİ
-
Keçmiş SSRİ ölkələri arasında qadınlar ən gec Azərbaycanda pensiyaya çıxırlar - Siyahı
-
Azərbaycan Türkmənistana tanker hədiyyə edib - FOTOLAR
-
Oğlunu kürəyindən bıçaqlamışdı - 3 illik həbs edildi
-
İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO
-
Elvin Cəfərquliyev “Qarabağ“la Avstriyaya getdi - VİDEO
-
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi oldu - Fotolar
-
Azərbaycanın qeyri-neft ixracında kəskin artım - Səbəb açıqlandı
-
18 yaşlı qız tanışı olan oğlanı bıçaqlayıb - Sumqayıtda
-
İlham Əzimov Vüsal Nəsirli ilə necə anlaşıb?
-
Ötən həftə 593 yanğın olub - 7 nəfər ölüb
-
Azərbaycanda abortların sayı ilk dəfə 95 mini keçdi - SƏBƏBLƏR
-
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib - FOTO
-
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü - Mingəçevirdə
-
Bu ərazilərdə partlayış səsi eşidiləcək - Xəbərdarlıq edildi
-
İran heç-heçə etdi, Misir 92 il sonra qələbə qazandı - İcmalar
-
Motosiklet qəzalarının çoxalmasının səbəbi nədir? - VİDEO
-
Bu evlərin qiyməti 10-15 faiz bahalaşacaq - VİDEO
-
“Ali təhsili olmayan sənətçi başa bəla olur“ - Brilliant Dadaşova
-
Futbol, yoxsa biznes? - Dünya çempionatında reklam qalmaqalı böyüyür
-
Danışıqların təfərrüatlarını açıqladı - “ABŞ nüvə ehtiyatlarının çıxarılmasını istədi, amma...“
-
Azərbaycana gətirilən minik avtomobillərinin sayında kəskin azalma - VİDEO
-
Sumqayıtda 83 yaşlı qadını evinin qarşısında döyərək öldürdülər - VİDEO
-
Kirayə götürdüyü avtomobilə görə “rent a car”da girov saxlanıldı - VİDEO
-
Almaniyada milyonlarla avroluq səhv: Diplomatlar və hərbçilər artıq pul alıblar
-
“Makron devrilib!“ deyə qışqırdı, jandarmalara atəş açdı - Fransada inanılmaz hadisə
-
“Qarabağ“ DÇ-2026-da iştirak edən qapıçını transfer etdi - RƏSMİ
-
“Azərbaycana fitnes mədəniyyətini mən gətirmişəm” - Pərvin Abıyeva
-
Trampdan sensasion proqnoz: “Kir Starmer istefa verəcək“
-
Ət bazarında bahalaşma riski: Heyvanların sayı sürətlə azalır - VİDEO
-
Sosial şəbəkələr deyil, nəzarətsizlik uşaqları təhlükəyə aparır - Açıqlama
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO
-
İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - Video
-
“Qarabağ“dan kimlər gedir, kimlər gələcək? - Qurban Qurbanov danışdı
-
Ramanada tarixi quyular zibilliyə çevrilib? - Sakinlərdən şikayət
-
“Məni aldadıb işdən çıxartdırdı“ - Xalq artistindən ittiham
-
Anar Ələkbərov Oğuzda şəhid ailəsinin qonağı oldu - Fotolar
-
Bakıda iş saatları dəyişdirilir: Belə tətbiq ediləcək
-
Hər gün istifadə etdiyimiz bu qida - İnsult riskini artırır
-
Masazırda motosikl sürücülərinə qarşı reyd - 45 nəfər saxlanıldı
-
Dübəndi çimərliyindəki neft tullantıları ilə bağlı - Rəsmi açıqlama
-
Emin Əmrullayev onu 8 il sonra köhnə vəzifəsinə qaytarıbmış - FOTO
-
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib - Nəticələr və vaxt məlum olacaq?
-
ABŞ blokadanı tam ləğv etdi - İlk konteyner gəmisi İrana çatıb
-
Bakının bəzi rayonlarında suyun verilmə saatları azaldıldı - Rəsmi
-
Kir Starmer sabah istefasını elan edə bilər - “Reuters”
-
Azərbaycanda avtomobil bazarında şok geriləmə: İdxal 40 faizdən çox azalıb
-
DİN-in Hərbi İnstitutunda buraxılış tədbiri - VİDEO/FOTOLAR
-
Yağış yağacaq və dolu düşəcək - Sabahın havası
-
Zaporojyedə dəhşətli bombardman - 5 ölü, 11 yaralı
-
ABŞ Hörmüz boğazı ilə bağlı yeni plan hazırlayır: Trampdan diqqətçəkən açıqlama
-
Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
-
Prezident İlham Əliyev qəbul keçirdi - FOTOLAR
-
Bakını dəyişəcək yenilik - “Yeraltı tikinti mühüm əhəmiyyət daşıyır“
-
İsrail ordusu Livanı bombalamağa davam edir - Daha 16 nəfər ölüb
-
Trampdan Meloni ilə bağlı növbəti açıqlama - Onunla dostluq etməyəcək
-
Azərbaycan və Özbəkistan XİN rəhbərləri telefonda danışdı - Müzakirə
-
Yeni metro stansiyası tikiləcək - “Avtovağzal”ı mərkəzlə birləşdirəcək + Video
-
Azərbaycan bu ölkələrdən 54 milyon dollara avtobuslar alıb - Siyahı
-
Zelenskidən Lukaşenkoya ultimatum: Bir həftə vaxt verirəm
-
Kərbəladan Dehliyə uzanan yol - Adəm İsmayıl BAKUVİ
-
Antalyaya alternativ: Sakit istirahət üçün Türkiyənin 7 az tanınan incisi
-
“Şişirdilmiş başlıqlarla süni ajiotaj yaratmaq qəbuledilməzdir” - MEDİA
-
Talassemiyanın gen daşıyıcıları hərbi xidmətə yararlıdır - RƏSMİ
-
Dünya Kubokunda ilk - Bu hərəkətinə görə qırmızı vərəqə aldı
-
Abadlıqla bağlı ardıcıl iki tender: “VNM İnşşat“ daha bir sifariş aldı
-
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq?
-
Tramp İran lideri haqqında: Müctəba Xamenei atasından fərqli və cəsarətlidir
-
Azərbaycanda oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı AÇIQLANDI
-
Özünü prokuror kimi tanıtdı - Dələduzluq ittihamı ilə həbs edildi
-
Pakistanın daxili işlər naziri Tehrana getdi - İran-ABŞ danışıqları müzakirə olunacaq
-
Nabiullina qayıtdı və xəbərdarlıq etdi - “Bu risk artıq reallaşır”
-
9-cu siniflər üçün bir sıra imtahanlar keçiriləcək - Sabah
-
Bakıda yanğın təhlükəli anbarın fəaliyyəti dayandırılıb - VİDEO
-
Prezident və nazir bu görüntüləri ilə gündəm oldu - VİDEO
-
TƏBİB-də mühüm kadr dəyişikliyi - Anar İsrafilov işdən çıxarıldı
-
Avtomobil satmaq istəyənlərin nəzərinə: Köhnə sahibinin borcu yeni sahibindən çıxır?
-
Məktəbə başlayan hər min şagirddən səkkizinin təhsil taleyi naməlumdur - RƏSMİ
-
Bakıda uçan qarışqalar çoxalıb - Səbəb nədir?
TOP 10
ARXİV






