Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Rusiya iqtisadiyyatı gözləndiyindən çox zəifləyib – “Bloomberg”

Tarix 22.05.22, 18:20

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-ın “Bloomberg” agentliyi 2022-ci ilin birinci rübündə Rusiyada iqtisadi artım tempinin aşağı düşdüyünü bildirir.

Novator.az-ın məlumatına görə, agentlik qeyd edir ki, Rusiya prezidenti Vladimir Putin fevralın 24-ü Ukraynaya növbəti hərbi hücum əmrini verəndən bəri Moskvaya qarşı tətbiq edilən sanksiyaların ilkin təsirləri özünü göstərməkdədir, ilin ilk rübündə ölkədə iqtisadi artım tempinin zəifləməsi də bunun nəticəsidir.

2021-ci ilin son rübündə Rusiyada ümumi daxili məhsul 4% artmışdı. 2022-ci ilin birinci rübündə ümumi daxili məhsulda artım 3,5% olub.

“Bloomberg” bildirir ki, bu, iqtisadçıların proqnozlaşdırdığından da aşağı göstəricidir. Proqnozlarda artımın 3,7% olacağı ehtimal edilirdi. Bu ehtimal Rusiya İqtisadiyyat Nazirliyinin qiymətləndirməsi ilə də üst-üstə düşürdü.

“Bloomberg” yazır ki, Rusiyada hazırkı 3,5%-lik iqtisadi artım neft və qaz daxil olmaqla faydalı qazıntılar hasilatının 8,5%, emal sənayesinin isə 5,1% yüksəlməsi hesabına baş verib. Ölkədə kənd təsərrüfatı istehsalı cəmi 1,9%, pərakəndə satış 3,5% artıb.

Agentlik xatırladır ki, birinci rübdə artımın çoxu fevralın 24-nə, yəni Rusiya Ukraynada növbəti müharibəyə başlayana qədər qeydə alınıb.

Fevralın 22-dən dünya birliyi Rusiyaya 4 mindən çox sanksiya tətbiq edib. Həmin vaxta qədər Rusiyanın üzərində 2,8 minə yaxın sanksiya olub. Sanksiyaların tətbiqi prosesi hələ də davam edir.

Sanksiyaların iri maliyyə qurumlarını, böyük şirkətləri əhatə etməsi, habelə xarici firmaları ölkədən qaçırması Rusiyada iqtisadi tənəzzülün yaşanacağını göstərir.

Rusiya Mərkəzi Bankı 2022-ci ildə ölkədə iqtisadiyyatın 10% azalacağını proqnozlaşdırıb.

“Bloomberg”in yeni proqnozuna görə, Rusiyada birinci rübdəki artım ikinci rübdə istehsalın kəskin azalması ilə əvəzlənəcək.

Agentlik sanksiyaların iqtisadiyyatı dərhal yox, tədricən zəiflədəcəyi qənaətindədir.



Xəbərin oxunma sayı : 847




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap