“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Sabah bu küçə və prospektlər bağlı olacaq - SİYAHI

Tarix 26.09.21, 20:42

Font ölçüsü : - / +
bitmap-img6


27 sentyabr paytaxt Bakı şəhərində Anım Günü ilə əlaqədar keçiriləcək tədbirlərdə təhlükəsizliyin təmin edilməsi üçün Neftçilər prospekti ilə Azadlıq meydanından Ağ Şəhər Bulvarı istiqamətində kəsişən, bitişən və paralel olan küçə və prospektlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

AzFakt.com xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Vaqif Əsədov deyib.

Belə ki, səhər saat 06:30-dan 14:00-a qədər Afiyəddin Cəlilov, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Puşkin, Rixard Zorge, Kövkəb Səfərəliyeva, Niyazi və Mehdi Hüseyn küçələri, Azadlıq və Neftçilər prospektləri, eləcə də Azneft meydanından avtomobillərin hərəkətinə tam məhdudiyyət tətbiq ediləcək.

Həmçinin Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, Bayıl və 20-ci sahə qəsəbələri yanından isə avtomobillərin hərəkət istiqaməti dəyişdirilir.

Saat 12:00-da ölkə üzrə bir dəqiqəlik sükut elan ediləcək.



Xəbərin oxunma sayı : 619




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap