“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycanda çayxanada siyasətlə bağlı müzakirə qanla bitdi - TƏFƏRRÜAT

Tarix 05.11.26, 12:54

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda çayxanada Ukrayna-Rusiya müharibəsi ilə bağlı aparılan müzakirə qanla bitib.

Xitab24.az-ın əldə etdiyi məlmata görə, hadisə Yardımlıda qeydə alınıb.

Belə ki, çayxana sahibi, 1979-cu il təvəllüdlü İmanzadə İlqar Ataş oğlu bu mübahisə sonunda müştərini bıçaqlayıb.

Məlum olub ki, üç nəfər müştəri qismində çayxanaya gəlib və Ukrayna-Rusiya müharibəsi danışaraq öz aralarında mübahisə ediblər. 10 il Ukraynada yaşadığını bildirən İlqar İmanzadə, iki ölkə arasında gedən döyüşün onlara aidiyyətinin olmadığını, müştərilərə çayxanada siyasət və müharibədən danışmağa ehtiyac olmadığını deyib.

Bu zaman sonradan zərərçəkmiş şəxs olan müştəri ona cavab qaytarıb, İlqar isə stəkanları masadan yığaraq onlara çay verməyəcəyini bildirib. Nəticədə tərəflər arasında mübahisə yaşanıb və İlqar limon doğradığı bıçaqla müştərilərdən birinə - Kərim Hüseynzadəyə üç bıçaq zərbəsi vurub.

Hadisədən sonra tərəflər arasında barışıq olub, zərərçəkmişin müalicə xərcləri qarşılanıb. Buna görə də bıçaqlanan müştəri çayxana sahibindən şikayətçi olmayıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxə hökm oxunub. Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilən İ.İmanzadə 6 il azadlıqdan məhrum edilsə də, onun cəzası 4 il təyin olunmaqla şərti hesab olunub.A



Xəbərin oxunma sayı : 379




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap