![]() |
|














Sabiq komitə sədri məhkəmədə ifadə verdi - Rövşən Əkbərov Nazim İbrahimovu təhqir etdi
Tarix 01.09.21, 17:38 |
|

Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA-nın xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində tanınan Məzahir Şıxəliyevin qardaşı Rafiq Hüseynov və şahidlər ifadə verib.
Məhkəmədə ifadə verən Rafiq Şıxəliyev təqsirləndirilən şəxsi hadisədən əvvəl tanımadığını deyib. R. Şıxəliyev 2001-ci il iyunun 1-də hadisənin baş verməsi barədə qohumlarının zəng edərək məlumat verdiyini deyib: "İyunun 1-də gecə evə zəng edib dedilər ki, qardaşım vurulub, onunla birlikdə olan Elçin isə qətlə yetirilib. Hadisə barədə məlumat alan kimi, Elçin Əliyevin ailəsinin evinə getdik. Orada öyrəndik ki, Məzahir polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisədən bir gün sonra bildik ki, Elçini Rövşən Əkbərov qətlə yetirib.
Məzahir mənə zəng edib Rövşən Əkbərovun şəklini tapıb göndərməyimi istədi. Rövşən Əkbərovun şəkli olan qəzeti göndərdikdən sonra Elçin Əliyevi onun qətlə yetirdiyini dedi. Amma hadisə barədə geniş danışmadı. Üstündən illər keçəndən sonra Məzahir hadisənin mübahisə zəminində baş verdiyini söylədi”.
Zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi istintaqa verdiyi ifadəni təsdiq edib.
Daha sonra Rövşən Əkbərovun vəkilləri hüquqi varisin istintaqda verdiyi ifadə ilə hazırkı ifadənin ziddiyyət təşkil etdiyini əsas gətirərək əvvəlki ifadənin elan olunması barədə vəsatət veriblər.
Hakimlər vəsatəti rədd ediblər.
Prosesin davamında Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimov şahid qismində ifadə verib.
Nazim İbrahimov ifadəsində təqsirləndirilən şəxsi hadisə baş verən günə qədər yalnız general və milli qəhrəman kimi tanıdığını bildirib.
N. İbrahimov hadisə zamanı qətlə yetirilən Elçin Əliyevi isə 1994-cü ildən tanıdığını, onun meyidinin Bakıya gətirilməsində iştirak etdiyini deyib:"1994-cü ildə Ukraynada biznes fəaliyyəti ilə məşğul idim. Elçini də həmin vaxt tanımışam. 1996-cı ildə Bakıya gəldim, 1997-ci ilin mart ayında Ukraynaya səfir təyin edildim. Səfir olandan sonra biznes fəaliyyətimi dayandırdım. Elçin Əliyevin obyektlərinin yanında mənim ofisim vardı. Hətta Bakıdan mənə xidməti avtomobil göndərilənə qədər onun avtomobilindən istifadə etmişəm.
1999-cu ilə qədər Ukraynada səfir kimi fəaliyyət göstərdim. 2000-ci ilin yanvar ayında Bakıya qayıtdım. Sonradan Milli Məclisə deputat seçildim.
Həmin ilin iyun ayının 1-də mənə zəng edib dedilər ki, Elçin Əliyev qətlə yetirilib. Dərhal ailəsinin yanına getdim. Orada hər kəs Elçini Rövşən Əkbərovun qətlə yetirdiyini deyirdi.
Ailəsi ilə razılığa gəldik, mən və mərhumun biznes ortağı Səməd Novruzov meyidi gətirmək üçün Ukraynaya getdik. Kiyevə çatandan sonra ilk olaraq morqa getdim. Meyidin sinəsində bıçaq xəsarəti olduğunu gördüm. Bundan sonra polisə getdim və rəislə danışdım. Həmin vaxt Məzahir Şıxəliyevlə birlikdə iki nəfər azərbaycanlı da saxlanılmışdı. Rəisdən həmin şəxsləri azad etmələrini istədim”.
Nazim İbrahimov ifadəsində Rövşən Əkbərovun onunla görüşməsi üçün adam göndərməsi barədə də danışıb: "Ukraynada işlərimi bitirdikdən sonra hava limanına gəldim. Orada Qüdrət Əhmədovu gördüm. Mənə yaxınlaşıb Rövşən Əkbərovun görüşmək istədiyini dedi. Rövşən Əkbərov, Qüdrət Əhmədov və mən "Dnepr" otelində görüşdük. Rövşən Əkbərov hadisəni tam danışdı. Bildirdi ki, Məzahir, Elçin və o restoranların birində yeyib-içdikdən sonra kafeyə gediblər. Orada mübahisə olub. Həmin vaxt mühafizəçi onları çölə çıxarıb. Həmin vaxt Rövşən Əkbərov Məzahiri yumruqla vurduqdan sonra avtomobilindən bıçaq götürərək Elçin Əliyevi qətlə yetirib. Bundan sonra onunla görüşməmişəm.
Mənim barəmdə mətbuatda yazıblar ki, guya mən Rövşən Əkbərovu qaçırmışam və diplomatik toxunulmazlıq istəmişəm. Belə hal olmayıb. Mən arzulamazdım ki, Milli Qəhrəman ölümdə günahlandırılsın".
Bundan sonra təqsirləndirilən şəxsin vəkili deyib ki, Nazim İbrahimovun 2003-cü ildə ibtidai istintaqa verdiyi ifadə ilə 2021-ci ildə verdiyi ifadə üst-üstə düşmür. Buna görə də əvvəlki ifadəsinin elan olunmasını istəyib.
Bundan sonra həmin ifadə elan olunub.
N. İbrahimov həmin vaxt ifadəsində R. Əkbərov ilə “Dnepr” otelində görüşdüklərini və həmin görüşdə üçüncü şəxsin olmadığını deyib. O, ifadəsində R.Əkbərovun hadisə ilə əlaqəsinin olmadığını bildirib.
Nazim İbrahimov isə həmin vaxt müstəntiqin ondan yalnız hadisə vaxtı orada olub-olmadığını soruşduğunu bildirib.
Bundan başqa, vəkil şahiddən 20 il ərzində nəyə görə etiraf etmədiyini soruşub. Nazim İbrahimov isə ondan bu barədə hüquq-mühafizə orqanlarında soruşan olmadığını deyib.
Vəkil, həmçinin, şahiddən nəyə görə R. Əkbərovla söhbəti ailəsinə demədiyini soruşub. N. İbrahimov "Hər kəsin artıq hadisədən xəbəri var idi", - deyə cavab verib.
Nazim İbrahimovun ifadəsi zamanı Rövşən Əkbərov “20 il əvvəl baş verən hadisə barədə bunlar necə düzgün ifadə verə bilər”, - deyə bildirib.
Bu vaxt N.İbrahimovla R.Əkbərovun arasında mübahisə yaranıb. Mübahisə zamanı R.Əkbərov keçmiş komitə rəhbərini təhqir edib.
"Nazim İbrahimov deyir ki, mən ona etiraf etmişəm. Bu, düzgün deyil. Mən ondan soruşdum ki, nəyə görə mərhumun ailəsinə qətli mənim törətdiyimi demisən? Bütün deyilənlər yanlışdır. Qeyrəti, kişiliyi olan insan yalan danışmaz", - deyə o vurğulayıb.
Bundan sonra təqsirləndirilən şəxsin vəkilləri N. İbrahimovun yalan ifadə verdiyini, bunun üçün cinayət işi açılması ilə bağlı vəsatət verəcəklərini deyiblər.
Prosesdə daha sonra şahid qismində qətlə yetirilən şəxsin dostu Musaxan Əliyev dindirilib.
Şahid ifadəsində hadisə baş verən gecə bir yerdə qonaqlıqda olduqlarını deyib: "Mən, Elçin, Məzahir və Orucəli adlı şəxs oturmuşduq. Mən tez gedəsi oldum. Hadisə barədə isə səhər xəbər tutdum. Hadisə yerinə gələndə Elçin yerdə uzanmışdı. Bir neçə gün sonra Məzahirlə görüşəndə dedi ki, Elçini Rövşən Əkbərov vurub”.
Prosesdə Elçin Əliyevin yeznəsi İdrak Əliyev də şahid qismində ifadə verib.
Şahid ifadəsində hadisə baş verəndən sonra bacısını gətirmək üçün Nazim İbrahimov və Səməd Novruzovla Ukraynaya getdiyini deyib: "Sonradan mən Nazim İbrahimov və Səməd Novruzovdan ayrılaraq bacımı götürüb Bakıya qayıtdım. Sonradan eşitdim ki, hadisəni Rövşən Əkbərov törədib. 1 həftə sonra hadisəni araşdırmaq üçün Kiyevə qayıtdım. Məzahirə zəng edib polisə çağırdım. Məzahir Şıxəliyev şəkli görəndən sonra Rövşən Əkbərovu tanıdı".
Proses sentyabrın 8-də davam etdiriləcək.
Qeyd edək ki, Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən istintaq aparılıb.
Aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xəbərin oxunma sayı : 898
Kriminal
Xəbərlər
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
-
Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov xidmətçilərin maaşını kəsir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bu şəhərin bir hissəsi qazsız qalacaq - XƏBƏRDARLIQ
-
Həmin mikroavtobus qeyri-qanuni sərnişindaşıma ilə məşğul olub - AYNA
-
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - FOTOLAR
-
Bakıda kuryerlər qiymətlərdən narazıdır - VİDEO
-
“Saxlanılan Rusiya vətəndaşları ilə bağlı Bakı ilə təmasdayıq“ - Zaxarova
-
“Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin imicini məhv edib“ - HHQ komandanı
-
“Mado”da uşağıma yemək aldım, içindən çıxana baxın” - FOTO
-
Sabah dəhşətli isti olacaq - XƏBƏRDARLIQ
-
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başladı - FOTO
-
Beyləqanda müasir ət kəsim məntəqəsinin açılışı oldu - Fotolar
-
“Öz tantuni”də hadisə - Xadimə aşpazın qızılını oğurladı
-
AzTV-nin tender ləğv olundu - 440 min manatlıq...
-
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə sərt CAVAB
-
Qazax İcra Hakimiyyətində yoxlama: Pozuntular aşkarlandı
-
Tramp Moskva və Pekini bomalaqla hədələyib - Səs yazısı yayılıb + VİDEO
-
Azərbaycanda ən çox boşanma halları bu rayondadır - STATİSTİKA
-
İstehlak kreditləri bazarı - böyük məbləğlər, yüksək faizlər
-
Öcalandan 26 il sonra ilk videomüraciət: “Silahı yerə qoyun“
-
Azərbaycanda yeni SES-lər tikiləcək - 55,2 milyon xərclənəcək
-
“Bu, qiymət artımı deyil, xərcləri əhali arasında düzgün bölməkdir” - VİDEO
-
Sabah İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək - Əbu-Dabidə
-
Yol polisi bu sürücülərə xəbərdarlıq etdi - VİDEO
-
Pensiyalar ayın neçəsi veriləcək? - DSMF-dən açıqlama
-
Azərbaycanla Qazaxıstan birgə PUA təlimi keçir - VİDEO
-
Əczaçılıq məhsulları üzrə xərclərimizdə kəskin artım nə ilə bağlıdır? - Açıqlama
-
Mərkəzdən kənarda 1400 manata kirayə mənzillər... - Qiymətlər niyə bahadır?
-
Azərbaycanda onkoloji xəstələrinin sayı kəskin artıb - RƏSMİ
-
Torpaq üzərindəki hüquqların qeydiyyat qaydaları DƏYİŞİR
-
Skuter, moped və velosiped sürücülərinə xəbərdarlıq
-
Milli Məclisin növbəti iclasının gündəliyi: 13 məsələ müzakirə olunacaq
-
Daha 28 azərbaycanlı Almaniyadan geri qaytarıldı - Açıqlama
-
Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranə ilə bağlı daha bir fakt - VİDEO
-
Ağdam-Füzuli yolunda mikroavtobus aşdı - 20 yaralı var
-
Qarpızlar sahələrdə qaldı - Yerində 5- 10 qəpiyə təklif olunur (VİDEO)
-
ABŞ Ukraynaya dəstəyini davam etdirəcək - Dövlət Departamenti
-
Çempionlar Liqasında yeni mövsüm başladı - NƏTİCƏLƏR
-
Nizami rayonunda uşaqların oyun meydançasını parkinqə çeviriblər - VİDEO
-
Monika Belluççi məşhur jurnalın üz qabığında - Fotolar
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Ceyhun Bayramovla Pakistanlı həmkarı arasında telefonla danışığı olub - Müzakirə
-
“Demişdi ki, şah damarıma bıçaq soxaraq məni öldürəcək” - Namus, yoxsa mülk davası?
-
Həbsxanada atalığının zorladığı azyaşlı sığınacağa yerləşdirilib - Dövlət Komitəsi
-
Avropa 1940-cı illərdən bəri ən böyük təhdidlərlə üz-üzədir - Danimarka Baş naziri
-
Sabiq deputat Fəzail Ağamalı dələduzluqda ittiham olunur - Özü isə deyir ki...
-
Boşananlar niyə sistemdə evli kimi görünür? - AÇIQLAMA
-
Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri arasında fəaliyyət planı imzalanıb - FOTO
-
Zərərçəkənlər danışdı - Vardanyanın məhkəməsi
-
Pərvin barmağındakı üzükdən danışdı: “Bitən bitdi, gedən getdi”
-
Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü - FOTO
-
Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı - VİDEO
-
“Xəbər bizi son dərəcə sarsıtdı“ - İlham Əliyev Trampa başsağlığı verdi
-
Nəsimi rayonu “Köhnə Təzə Bazar” da qanunsuz tikinti aparılır? - VİDEO
-
Müharibə vaxtı qonşu ölkələrin İsraillə hərbi əməkdaşlığı təsdiqlənməyib - Pezeşkian
-
Prezident İldırım Vəliyevə ali xüsusi rütbə verdi - Sərəncam
-
Ərdoğan Nəriman Cəlal və ailəsi ilə görüşdü - Fotolar
-
Bu şəxslərə diplomatik rütbələr verildi - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ
-
Bu rayonda 20 mindən artıq abonent qazsız qalacaq - Xəbərdarlıq
-
“Qapalı Mədəniyyət Evi, açıq bazar: Fəridə Babayeva işəgötürmə adıyla kimləri aldadıb?
-
Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ
-
14 il “iş“ almış şəxsi “azad etdirmək“ istədi, özü 2 il “iş“ aldı - Dələduzluq
-
Borclunun qazı nə vaxt dayandırıla bilər? - Yeni qanun hazırlanır
-
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans keçirilib - FOTOLAR
-
Yuyucu toz yerinə duz satılır? - Azad İstehlakçılar Birliyi araşdırma tələb edir
-
Trampdan Almaniyaya təklif: “Ukraynaya “Patriot” göndərin“
-
Bu şagirdlərə pulsuz məktəbli formaları veriləcək - Müqavilə
-
“Eurohome”da yerləşən “Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış - FOTOLAR
-
“Rusiya hazırdır, Ukraynanın cavabını gözləyirik” - Hakan Fidan
-
Vaxtından əvvəl pensiyaya çıxmaq istəyən rəisin başına iş gəldi - 14 300 manat vermişdi
-
Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir - Müddət 5 gün oldu
-
Texasda ştatında daşqın - Ölənlərin sayı 100-ü ötüb
-
Yeni şəxsiyyət vəsiqəsini almaq məcburidir? - Deputatlar açıqladı
-
Sabah yağış yağacaq - Çimərliklərdə temperatur necə olacaq?
-
Evimiz və ofislərimiz xaricdən izlənirmiş - DTX mühüm əməliyyat keçirdi
-
“Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram“ - Məsud Pezeşkian
-
Azərbaycanda qaz və işıqla bağlı aylıq sabit tariflər - 1 manatı aşmayacaq
-
Bakıda magistral kəmər yenilənir - Su kəsiləcək
-
Parlament Naxçıvan Konstitusiyasına dəyişiklikləri QƏBUL EDİB
-
Tanınmış azərbaycanlı bəstəkar Türkiyədə buna görə ölübmüş - TƏFƏRRÜAT
-
Erməni kilsəsinin “azad edilməsinə“ şəxsən rəhbərlik edəcəm - Paşinyan
-
“Kiyevə silah tədarükünün dayandırılmasına görə məsuliyyət daşımıram“ - Tramp
-
Milli Məclisin iclası keçirilir - Gündəlikdə 15 məsələ var
-
“Bəzən diplomatik şəkildə və zarafatla deyirik ki...“ - Hikmət Hacıyev
-
Tanınmış iş adamının oğlu binadan yıxılaraq öldü - FOTO
-
Kredit faizləri bahalaşıb - Səbəb nədir? VİDEO
-
Hamilə qadınlar bu xidmətlərdən pulsuz yararlana bilərlər - TƏBİB
-
Albalı və gilas paytaxtda bahalaşıb - Qiymətlər
-
Bakıda avtobusla yük maşını toqquşub - VİDEO
-
Kəlbəcərdə hərbçilər qəzaya düşdü - Yaralılar var
-
“İranla bağlı sanksiyaları ləğv etmək istəyərdim” - Tramp
-
Bakının kirayə mənzil bazarında vəziyyət necədir? - VİDEO
-
Ebrunun mahnısının Nuridən oğurlandığı iddia edildi - VİDEO
-
Bakıda qadını öldürüb gölün sahilinə atdılar - Əri saxlanıldı
-
Hakan Fidan Lavrovla görüşdü - BRİCS sammitində
-
“İşğaldan əvvəl zəng vurub bizi təhqir edirdilər” - Məhkəmə+Fotolar
-
“MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?
-
Abşeronda yaşayış binasında partlayış, xəsarət alanlar var - VİDEO
-
Rektor təyin olunan Nazim Pənahov kmdir? - DOSYE
-
Sabah bu ərazidə qaz təchizatı müvəqqəti dayandırılacaq - Xəbərdarlıq
-
`“Aztelekom“un sabiq sədrinin oğlu Alışanovun səsini gizli yazıbmış - Məhkəmədə üzə çıxdı
-
Ərdoğan DEM Partiyasının nümayəndələri ilə görüşdü - FOTO
-
“Xamenei inanır ki, amerikalı investorlar İrana gələ bilər“ - Pezeşkian
-
Deputata məxsus olduğu deyilən şirkətə 124 minlik sifariş - TENDER
TOP 10
ARXİV