![]() |
|


645.jpg)






8.jpg)




Sabiq MTN əməkdaşı niyə öldürüldü?- Havaya açılan atəş, narkotik, məhv olan həyatlar
Tarix 25.12.21, 14:00 |
|

Bakıda kürəkənini güllələyən şəxsin cinayət işi üzrə təfərrüatlar məlum olub. Qətlə yetirilən şəxs sabiq MTN əməkdaşı imiş. Onun atası isə iş adamıdır. Mərhum narkotik vasitə istifadəçisi və spirtli içki aludəçisi olub.
Musavat.com xəbər verir ki, 59 yaşlı Azər Cəfərov ötən il dekabrın 13-də Xəzər rayonu ərazisində yerləşən bağ evində 35 yaşlı kürəkəni Rəşad Məmmədovu güllələyərək qətlə yetirib.
Hadisəyə səbəb Rəşad Məmmədovun həyat yoldaşı Nigarla tez-tez mübahisə etməsi, narkotik istifadəçisi olduğu üçün ailəsində problemlər yaranması olub. Buna görə ailə üzvləri arasında dəfələrlə mübahisələr baş verib. Rəşadla Nigar daha əvvəl də boşanmaq mərəhələsinə çatsalar da, ağsaqqallar onları barışdırıb. Amma ikinci cəhddə onlar boşanıb.
Hadisə günü Rəşad qayınatasının yanına gələrək övladları ilə görüşə bilmədiyini söyləyib və onunla münahisə edib. Mübahisə zamanı Rəşad söyüş söyüb və buna görə də qayınatası onu güllələyib.
Qətli törədən Azər Cəfərov ifadəsində deyib ki, qızı Nigar Rəşadla ailə həyatı qurduqdan iki ay sonra onların problemləri yaranmağa başlayıb: “Nigar Rəşadın narkotikdən istifadə etdiyini, içki içdiyini, onu incitdiyini deyirdi. Amma ailəsi dağılmasın deyə dözürdü. Dəfələrlə dava-dalaş olub. Nigar bizim evimizə gələndə Rəşad onların arxasınca gəlib səs-küy salırdı. Bir dəfə boşanmaq istəyəndə mən və qudam onları barışdırdıq. Rəşadın müalicə alması üçün hər şey etdik. Ailəsi də buna görə çox çalışdı. Amma olmadı.
Vəziyyətin düzəlmədiyini görəndə qızım yenidən boşanmaq qərarı verdi. Qızım boşandıqdan sonra mənim yanımda yaşamağa başladı. Nə biz, nə də qızım Rəşadın övladları ilə görüşməsinə problem yaratmırdıq. İstədiyi vaxt uşaqları görə bilərdi. Bir gün qızlardan biri xəstələnmişdi. Ona görə də atası ilə görüşə bilmədi. Rəşad da buna görə mənə zəng edib aqressiv şəkildə danışdı. Harada olduğumu soruşdu. Mərdəkanda bağda olduğumu dedim”.
Azər Cəfərovun sözlərinə görə, Rəşad onun evinə gələndə evdə tək olub. Bu zaman Rəşad onunla kobud danışıb, söyüş söyüb:
“Evdə tək olduğum üçün söyüşləri heç kim eşitmirdi. Lənət şeytana deyib səbrimi sıxdım. Hətta ona dedim ki, məsələni böyütməsin. Vaxt gələr, yenidən barışarlar. Mən nə qədər onu sakitləşdirməyə çalışsam da, Rəşad daha aqressivləşirdi. Mənə qızımı və ailə üzvlərimi öldürəcəyini dedi. Bütün ailə üzvlərimi, dədəmin qəbrini də söydü. Bundan sonra özümü saxlaya bilmədim. Evdən ov tüfəngimi götürüb həyətə çıxdım. Ona atəş açdım”.
Sualları cavablandıran Azər Cəfərov deyib ki, ovçular cəmiyyətinin üzvüdür və 4 ov tüfəngi var. Silahlardan üçü şəhərdəki evində, biri isə bağ evində olub.
Azər Cəfərov silahla çölə çıxandan sonra baş verənləri xatırlamadığını deyib. O bildirib ki, bir neçə dəqiqə sonra bağbanının onu çağırdığını eşidib. Bundan sonra bağban təcili yardıma, Azər Cəfərov isə polisə məlumat verib.
Təqsirləndirilən Azər Cəfərovun qızı məhkəmədə şahid qismində dindirilib. O, keçmiş əri Rəşadın narkotik istifadəçisi olduğunu və ailələrinin də məhz buna görə dağıldığını təsdiqləyib: “Toydan iki ay sonra onun nəşə çəkdiyini bildim. Evdə narkotik vasitələr görürdüm. Bir neçə dəfə Rəşad hamamda narkotik vasitə istifadə edəndə halı pisləşmişdi.
Narkotikdən istifadə edəndən sonra evdə dava-dalaş salırdı. Onun müalicə alması üçün çox çalışdıq. Biz də ailə üzvləri də onu Türkiyəyə, başqa ölkələrə müalicəyə göndərdik. Amma alınmadı”.
Nigar ifadəsində Rəşadın tapançası olduğunu da deyib. O bildirib ki, bir gün atası ölkə xaricində olanda Rəşad bağ evlərinə gəlib. Aralarında mübahisə olan zamanı Rəşad belindən silahı çıxararaq havaya atəş açıb.
Məhkəmə araşdırması zamanı məlum olub ki, Rəşad hadisə baş verən yerə “Lexus” markalı maşını ilə gəlib. Onun maşınına baxış keçirilən zaman silah aşkar edilib. Amma güllələsi olmayıb.
Nigar qeyd edib ki, Rəşad atasının fabrikində müavin işləyirmiş. Amma içki aludəçisi və narkotik istifadəçisi olduğu üçün işə getmirmiş.
Mərhumun atası və qardaşı da məhkəmədə ifadə verib. Onlar Rəşadın narkotik istifadə etdiyini biliblər. Rəşadın müalicəsi üçün, ailəsinin dağılmaması üçün əllərindən gələni edən ailə təəssüf ki, buna nail ola bilməyib.
Rəşadın ailə üzvləri onu da deyiblər ki, mərhumla Nigar arasında baş verən mübahisələrin başqa səbəbi də var. Onlar səbəbkarın Nigarın anası olduğunu deyiblər. Bildiriblər ki, Nigarın anası tələb edirmiş ki, Rəşad şəhərdə ayrı ev alaraq ailəsini oraya köçürsün.
Mərhumun qardaşı qeyd edib ki, Rəşadla Nigarın münasibətləri elə də pis olmayıb. Onlar birlikdə dəfələrlə xarici ölkələrə səhayətə gediblər. Nigarla münasibətləri pisləşəndə Rəşad ona bahalı hədiyyətlər alırmış.
Məhkəmədə məlum olub ki, mərhum Rəşad Məmmədov ləğv edilmiş Mill Təhlükəsizlik Nazirliyində əməliyyat müvəkkili vəzifəsində xidmət keçib. 2007-ci ildə xəstəliyə görə leytenant hərbi rütbəsi ilə ehtiyata buraxılıb.
Məhkəmənin yekununda qətli törədən şəxs əməlindən peşman olduğunu deyib.
Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinən Azər Cəfərov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xəbərin oxunma sayı : 1828
loading...
Kriminal
Xəbərlər
-
Arvadının yoxa çıxdığını iddia etdiyi şəxsdən açıqlama: “İtməmişəm”
-
“QMİ bu qiymətlərlə insanları Həccə həsrət qoyacaq” - Qurum 5800 manat əlavə pul alır?
-
“İsraillə iqtisadi əlaqələr çox sıx şəkildə inkişaf edir” - Çavuşoğlu
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
Əli Abdullayev işdən çıxarıldı - Nazirlikdən açıqlama
-
Zakir Həsənov Səlcuq Bayraktar ilə görüşdü - FOTO
-
Prezident daşınmaz əmlakla bağlı daha bir fərman imzaladı - DETALLAR
-
Bayraktar “MiQ-29”la Bakı səmasında - “Akıncı”nı müşayiət etdi - VİDEO
-
“Şou-biznesdə hamıda “həcidir“, məndə rəisdir“ - Müjgan (VİDEO)
-
“Neft sektoru üzrə büdcə ödənişləri azalıb” - Vüqar Gülməmmədov
-
“Büdcədən kinoya ayrılan pula ancaq cizgi filmi çəkmək olar” - Deputat
-
“Associated Press”in şərhi: QUAD, yoxsa “Asiya NATO-su”?
-
“Saxta qazilər“ kimlərdir və nə istəyirlər? - ARAŞDIRMA
-
2 il günahsız həbsdə qalan şəxs necə azadlığa çıxdı? - DETALLAR
-
“Azərbaycanda qazın qiyməti heç nədir“ - Samir Şərifov
-
Balaca Ayxanın sizin köməyinizə ehtiyacı var - FOTO
-
“Dönər kababı olacaqsa, Türkiyəyə səfər edərəm” - İsrailin XİN başçısı
-
144 saylı baxçanın müdiri yarım milyonluq villanı hansı pulla tikdirib? - FOTOSƏNƏD
-
“Qiymətlərə yenidən baxılmalıdır“ - Vahid Əhmədov
-
“Yüksək, misli görünməmiş inflyasiya təzyiqləri yaranıb” - Nazir müavini
-
“İşaxtaranların təxminən 80 faizi işlə təmin oluna bilmir“ - Deputat
-
Ərdoğan İlham Əliyevə məktub göndərdi: “Regionumuzda sülhün və sabitliyin ən böyük təminatçısı...“
-
Azərbaycanda qarın hündürlüyü 20 santimetrə çatıb - FAKTİKİ HAVA
-
Nazirin dostu Bərdə DSMF-də “bazar“ açıb: Vidadi Kərimov kimdir?
-
Əsirlikdə olan “Azov“ döyüşçülərinin başlarına nələr gəlib? - Komandirləri danışdı
-
“Şimali Koreya nüvə silahının sınağına hazırlıq görür“ - Cənubi Koreya
-
Azərbaycanda Rusiya rublunun məzənnəsi 3 qəpiyi keçib - 4 ildən sonra
-
Rektor təyin etmək üçün 150 min manatını aldı: Sabiq vəzifəli şəxsin cinayət əməlləri
-
Deputatlar bu tarixdə toplanır: daha 17 məsələ müzakirə olunacaq - SİYAHI
-
Azərbaycan gömrüyündə “Səfər dəhlizi“
-
Operativ Qərargahın qərarı problemlər yaradır - Şadlıq sarayı işlədənlər bezib
-
Telefonların qeydiyyat rüsumu ləğv edilib? - Açıqlama
-
Azərbaycanda köhnə avtomobillər utilizasiyaya göndəriləcək - Sahiblərinə pul veriləcək + VİDEO
-
“Ukrayna taxılının əhəmiyyətli hissəsi ixrac oluna bilmir“ - Britaniya kəşfiyyatı
-
Keçmiş prezident belə saxlanıldı - VİDEO
-
Yevlaxda sərnişin mikroavtobusu traktorla toqquşub - 10-dan çox xəsarət alan var
-
Əhalinin banklara kredit borcu artıb - VİDEO
-
Ulduzlar gecədə bir araya gəldi - Fotolar
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Avtoşluq edən əsgərin atası vəzifəli şəxs imiş - Təfərrüat
-
Nazirlik “Mcdonalds”ı məhkəməyə verdi – Səbəb
-
Azərbaycanda hər saatda 4 nəfər boşanır - “Gənclər söz eşitmək istəmir“
-
Yeni təyin olunan nazir müavinləri kimlərdir? - FOTO
-
Mövlam Şıxəliyevin səs yazısı açıqlandı... - Məhkəmədə ara qarışdı
-
“Putin milyonlarla insanı acından qırır“–“Vaşinqton Post”
-
Rəşad Nəbiyevə daha iki müavin təyin olundu - Sərəncam
-
Su İdmanı Sarayının direktoru işdən çıxarıldı - Yeni direktor təyin olundu + FOTO
-
100-ə yaxın şəhid ailəsi və qazi üçün bizneslər yaradıldı - FOTO
-
Cavid Qurbanov vəzifəsindən azad edildi - Nazir müavini təyin olundu
-
“Bakıda istirahət edirəm” - Əbülfəs Qarayev
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
Bakının bu qəsəbəsindən 4 qızı aparıb xaricdə SATDILAR
-
Delimitasiyası üzrə komissiyanın ilk görüşü keçirildi - Növbəti görüş Moskvada...
-
Azərbaycanda kişi keçmiş sevgilisi ilə qaçdı: Arvadı boşanmaq üçün ərini axtarır - VİDEO
-
Prezidenti İlham Əliyev Bağdad Amreyevi qəbul edib - Nələr müzakirə olunub?
-
Daha bir rus generalı öldürüldü - Rusiyaya məxsus Su-25 məhv edildi
-
Füzuli-Hadrut avtomobil yolunun tikintisi davam etdirilir - FOTO
-
“Heç bir NATO ölkəsi Türkiyə qədər terror hücumlarına məruz qalmayıb” - Baş katib
-
Tahir Əmiraslanov Orxan Fikrətoğlunun təyinatı haqda - “Düşüncələrimiz uyğun gəlmir...“
-
Səlcuq Bayraktar Bakıya gəldi - FOTO
-
Vilyam Hacıyevin üzərinə həbs qoyulmuş əmlaklarının TAM SİYAHISI
-
“Poz, qazan” kimi oyunlara aludə olmaq problemlərə səbəb olan nəticələr doğura bilər - AÇIQLAMA
-
Bayden Tokiodan Pekini hədələdi - Böyük savaş olacaqmı?
-
Azərbaycandan Həcc ziyarəti üçün qiymət 9 106 manatdır - Sənəd qəbulu başlayır
-
Rusiya qoşunu daha bir şəhəri ələ keçirdi - Donetsk vilayətində
-
Xankəndidə bütün adlar Azərbaycan dilində yazıldı – VİDEO
-
“Finlandiya və İsveç NATO-ya üzvlüklə bağlı Türkiyə ilə razılaşacaq“ - Pentaqon
-
Müğənninin sinə dekoltesinə görə ifasını yarımçıq kəsdilər - VİDEO
-
“Türkiyə ilə İsrail arasında normallaşma mərhələsi başlayıb” - Çavuşoğlu
-
Bakıda yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
-
20 % işğal, 13 milyard dollarlıq itki - Nüfuzlu nəşr son rəqəmləri açıqladı
-
Cahangir Əsgərovun həyat yoldaşı 5,3 min kvadrat metr sahəsi olan obyekt tikdirir - FOTOLAR
-
Moldovanın sabiq prezidenti həbs edildi - Dövlətə xəyanət ittihamı ilə
-
Göygölün həkimsiz, dərmansız, təmirsiz qalan tibb məntəqəsi - VİDEO
-
Ukrayna kamikadze dronlarından istifadə etməyə başlayıb - VİDEO
-
Əjdər Ol əfv üçün müraciət edə bilməz - Vəkilindən açıqlama
-
Xəzərdə balıqların sayı 10 dəfə azalıb - Balıqartırma zavodları niyə işləmir?
-
Məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib - SİYAHI
-
“Avtoxuliqanlıq edən əsgər hərbi hissəni özbaşına tərk edib“ - Müdafiə Nazirliyi məlumat yaydı
-
İTV-yə baş direktor seçilib - FOTO
-
Vilyam Hacıyevin mənzili və xidməti otağından 6,3 milyon manat götürülüb - İTTİHAM AKTI
-
İranda növbəti böhran baş qaldırır – “Vaşinqton Post”
-
Meymunçiçəyinə qarşı peyvənd: Dünya dövlətləri ehtiyat toplayırlar
-
Yağıntılı hava şəraiti davam edəcək - FAKTİKİ HAVA
-
“Rusiya Donbasdakı əməliyyatların intensivliyini artırıb“ - Britaniya kəşfiyyatı
-
“Zəngəzur dəhlizinin açılması barədə razılığa gəldik” - Prezident İlham Əliyev
-
Bakıda keçmiş işçisi şirkət rəhbərini aldatdı: 32 min manat aldı
-
“Whatsapp” messencerinə yeni funksiya gəlir - FOTO
-
“Efiri tərk et, qalan pulu ödəyəcəm“ - Elzanın oğlu
-
İngiltərədə mövsümün rəmzi komandası - Ronaldo yoxdur
-
“Mənim üçün artıq Mitsotakis adlı şəxs yoxdur” - Türkiyə lideri
-
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib - Nələr müzakirə olunub?
-
“Kiçik qığılcımın” yaratdığı böyük təhlükə – III Dünya Müharibəsi hər an başlaya bilər
-
Fermerlərin çəltik əkini problemi: Onların hansı çatışmazlıqları var?
-
Ərdoğan İsveç və Finlandiyaya: “Artıq seçim etməlidirlər”
-
Tarix-mədəniyyət abidələri özəlləşdirilə bilər? - AÇIQLAMA
-
“Nar” abunəçiləri rəqəmsal xidmət kanallarına üstünlük verir
-
Həbsdəki MTN generalı zərərçəkəni pulla ələ almaq istəyib - SENSASİON İFADƏ
-
Əsgərlikdə ola-ola Bakıda “avtoşluq“ etdi - İş adamının oğlu tutuldu + VİDEO
-
“Azərbaycan futbolunu yaxşı heç nə gözləmir” - Qurban Qurbanov
-
Ceyhun Bayramovla Lavrov telefonda danışdı: “Bölgədəki vəziyyət və...“
-
Hacıbala Abutalıbovun oğlunun dəbdəbəli oteli - Bir gecəsi 35 min avro!
-
Bakının mərkəzi küçələrindən biri bağlanır - Vətəndaşların nəzərinə
-
“Azərbaycan Avropaya qaz nəqlini artırmağa hazırdır” - Mikayıl Cabbarov
-
Prezidentdən Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası ilə bağlı SƏRƏNCAM
-
Əfv Komissiyasının iclasları yekunlaşdırıldı - 600-dən çox məhbusun sənədi İlham Əliyevə göndəriləcək
-
Rəsul Çunayev Azərbaycanı tərk edir: “Ailəmi dolandırmalıyam“
-
Bazarda 3, marketdə 8 manata olan badımcan - VİDEO
-
“Qlobal aclıq təhlükəsini biz yox, sanksiyalar yaradır“ - Peskov
-
Cahangir Əsgərovun qızının da 30 milyondan çox borcu var – FAKTLAR
-
Süd və süd məhsulları alarkən diqqətli olun - VİDEO
-
“Bacım oğlunun Ukraynada həlak olması doğrudur, özüm isə…” – Rüstəm Muradov danışdı
-
İqtisadiyyat Nazirliyində yeni idarə rəisi təyin olundu - Dosye + FOTO
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
“Rövşən Oğuz Qrup“ MMC-nin arxasında hansı məmur dayanır?
-
Atası Səlim Müslümovun səhhəti haqda danışdı - “Dünəndən ağlayırıq”
-
“Qarabağ”ın ÇL-də rəqibləri hansı komandalar ola bilər? - 3 turnirə 233 komanda qatılacaq
-
Güclü külək əsəcək, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Rus sülhməramlıların sabiq komandanı yaralandı - Bacısı oğlu öldürüldü + FOTO
-
Keçmiş məhkum polisdən qaçmaq istədi: Atəş açıldı
TOP 10
ARXİV