“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

SOCAR UEFA ilə tərəfdaşlığı dayandırdı - Rəsmi

Tarix 14.05.21, 21:24

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) UEFA ilə tərəfdaşlıq müqaviləsini uzatmamaq qərarını verib.
 
Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, 2019-cu ildən etibarən SOCAR dünya iqtisadiyyatının sürətli transformasiyası, dördüncü sənaye inqilabı və enerji keçidi ilə əlaqədar olaraq, öz biznes strategiyasına yenidən baxılması və yeni strategiyanın hazırlanması ilə bağlı qərar verib. Əhmədov  bildirib ki, SOCAR-ın yeni davamlı inkişaf strategiyası McKinsey şirkətinin dəstəyi ilə hazırlanıb və 2035-ci ilə qədər dövrü əhatə edir. Strategiya SOCAR-ın Müşahidə Şurasına artıq nəzarət və təsdiq üçün təqdim olunub:

"Son dövrdə SOCAR yeni strategiyanın müəyyən etdiyi inkişaf istiqamətlərindən kənarda qalan bütün xərclərini ixtisar etməyə başlayıb. Keçmişdə həyata keçirdiyimiz bəzi başqa layihələr kimi UEFA ilə tərəfdaşlığın uzadılması məsələsi də şirkətin yeni biznes strategiyası çərçivəsində məqsədəuyğun görülmədi. Beləliklə, SOCAR, xərclərə qənaət edərək, UEFA ilə tərəfdaşlıq müqaviləsini uzatmamaq qərarını verib və sözügedən tərəfdaşlığın başa çatdırılması ilə bağlı UEFA-ya müraciət edib. Artıq bununla bağlı razılıq əldə olunub”.

Rəis müavini qeyd edib ki, SOCAR Avropanın futbol ailəsi ilə keçmiş əməkdaşlığından məmnun olduğunu bildirir və Avropanın bütün futbol federasiyalarına, UEFA-ya aid olan bütün futbol komandalarına və CAA11 heyətinə səmərəli əməkdaşlıq üçün təşəkkür edir:

"SOCAR eyni zamanda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının əsas sponsoru qalmağa davam edir və bu minvalla Avropanın futbol ailəsi ilə əməkdaşlığını davam etdirəcək”.



Xəbərin oxunma sayı : 889




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap