Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Türkiyə millisindən vacib qələbə - Almaniya dünya çempionatına vəsiqə qazanıb

Tarix 12.10.21, 8:23

Font ölçüsü : - / +
bitmap-img6


2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VIII tura start verilib. Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə E, G, H və J qruplarında ümumilikdə 11 qarşılaşma keçirilib.

E qrupunda Estoniya evdə Uelsə, Belarus isə Çexiyaya uduzub.

G qrupunda Türkiyə millisi Latviyanın qonağı olub. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada hər 3 qolu türkiyəli futbolçular vurublar. 70-ci dəqiqədə Merih Demiral avtoqol müəllifi olub. 6 dəqiqə sonra isə Serdar Dursun tarazlığı bərpa edib. Matçda son nöqtəni isə əsas vaxta əlavə olunmuş 9-cu dəqiqədə penaltidən Burak Yılmaz qoyub. Bu nəticədən sonra xallarını 15-ə çatdıran Türkiyə millisi 3-cü pillədəki mövqeyini qoruyub. 5 xalı olan Latviya isə 5-cidir. Bu qrupun digər matçlarında lider Niderland xalsız Cəbəllütariqi darmadağın edib, 2-ci yerdə gedən Norveç isə Monteneqroya qalib gəlib.

H qrupunda Xorvatiya Slovakiya ilə bacarmayıb, Sloveniya isə evdə Rusiyaya məğlub olub. Kipr - Malta matçında isə qalib müəyyənləşməyib.

J qrupunda Rumıniya Ermənistanı, Şimali Makedoniya Almaniyanı, İslandiya Lixtenşteyni qəbul edib. Səfərdə Şimali Makedoniyaya qalib gələn Bundestim vaxtından əvvəl dünya çempionatına vəsiqəni təmin edib. Buna Ermənistanın Rumıniyaya uduzması səbəb olub.

Qeyd edək ki, dünya çempionatına birbaşa vəsiqəni 10 qrupda 1-ci yeri tutan komandalar qazanacaqlar. 2-ci pilləni tutan 10 ölkə Millətlər Liqasının ümumi reytinqində 2 qrup qalibləri ilə birgə pley-off mərhələsində üz-üzə gələrək, qalan 3 vəsiqənin sahibini müəyyənləşdirəcək.

DÇ-2022, seçmə mərhələ
VIII tur
11 oktyabr

E qrupu

22:45. Belarus - Çexiya - 0:2
Qollar: Patrik Şik, 22, Adam Qlojek, 65

22:45. Estoniya - Uels - 0:1
Qol: Kiffer Mur, 12

Xal durumu: Belçika - 16 (6 oyuna), Çexiya - 8 (6), Uels - 8 (5), Estoniya - 4 (5), Belarus - 3 (6).

G qrupu

22:45. Latviya - Türkiyə - 1:2
Qollar: Merih Demiral, 70 (avtoqol) - Serdar Dursun, 76, Burak Yılmaz, 90+9

22:45. Niderland - Cəbəllütariq - 6:0
Qollar: Vircil van Deyk, 9, Memfis Depay, 21; 45+3 (penalti), Denzel Dumfris, 48, Arno Dancuma, 75, Doniel Malen, 86

22:45. Norveç - Monteneqro - 2:0
Qol: Məhəmməd Elyunussi, 29

Xal durumu: Niderland - 16, Norveç - 14, Türkiyə - 12, Monteneqro - 11, Latviya - 5, Cəbəllütariq - 0.

H qrupu

20:00. Kipr - Malta - 2:2
Qollar: Fotis Papulis, 7, Pieros Sotiriu, 80 - Zak Muskat, 53, Yurgen Deqabriele, 90+8

22:45. Sloveniya - Rusiya - 1:2
Qollar: Yosip İliçiç, 40 - İqor Divyeyev, 28, Georgi Cikiya, 32

22:45. Xorvatiya - Slovakiya - 2:2
Qollar: Andrey Kramariç, 25, Luka Modriç, 71 - İvan Şrants, 20, Lukaş Qaraslin, 45

Xal durumu: Xorvatiya - 16, Rusiya - 16, Sloveniya - 10, Slovakiya - 9, Malta - 4, Kipr - 4.

J qrupu

22:45. Şimali Makedoniya - Almaniya - 0:4
Qollar: Kay Haverts, 50, Timo Verner, 70; 73, Camal Musiala, 86

22:45. Rumıniya - Ermənistan - 1:0
Qol: Yonuts Mitritse, 26

22:45. İslandiya - Lixtenşteyn - 4:0
Qollar: Stefan-Teytür Tordarson, 19, Albert Qvüdmündsson, 35 (penalti), 79 (penalti), Andri Qudyonsen, 89

Qırmızı vərəqə: Martin Markser, 65 (İslandiya)

Xal durumu: Almaniya - 18, Şimali Makedoniya - 12, Ermənistan - 12, Rumıniya - 10, İslandiya - 5, Lixtenşteyn - 1. 



Xəbərin oxunma sayı : 775




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap