“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Tanınmış şair Sahil Babayevə şeir yazdı – ”Haram ağrımır tapın”

Tarix 20.04.22, 13:20

Font ölçüsü : - / +
bitmap-img6


Tanınmış şair Kəmaləddin Qədim  Tibbi Sosial Ekspert Komissiyasina şeirlə açıq məktub yazıb. Məktubun surətini Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə ünvanlayıb. 

Həmin şeri təqdim edirik: 

Haram ağrımır tapın…

Salam, a təbibbaşı,
a həkimbaşı, salam.
Dağların qarı, buzu,
daşların daşı, salam

Boynum haqqa əyili,
Asın, kəsin, hazıram.
Dərdimi nəzmə çəkib
sizə məktub yazıram.

Borcum olsa da, Tanrı
almamış canı məndən;
Haqsız-haqsız alırsız
haqqım olanı məndən.

Yaş altmışdan yuxarı,
İrəlimi, gerimi?
Əllərim tutmaz olub,
Ayaqlarım yerimir.

Baxın, bu qanda təzyiq,
Bu da ki, qanda şəkər.
Görün, tutar qoyubmu
ürəkdə, canda şəkər?

Üzüm abır örtülü,
Hər namərd üzü görmür.
Nə yaxşı zəifləyib
gözlərim sizi görmür.

Bu adım, bu ünvanım,
Bu ev, bu da ki, qapı…
Axtarın, bu bədəndə
haram ağrımır, tapın…

Kəmaləddin Qədim



Xəbərin oxunma sayı : 1357




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap