|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Təhsildə yeniliklərə və inkişafa cəmiyyət sahib çıxmalıdır - Bəxtiyar Hacıyevlə müsahibə
Tarix 28.12.21, 14:55 |
|
Dekabrın 21-də Təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin təhsillə bağlı imzaladığı sərəncamlarla əlaqədar brifinq keçirib. Brifinqdə Emin Əmrullayev məktəblərdə şagird və valideynlərdən pul yığılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara da münasibət bildirib.
Nazirin cavabı sosial mediada xeyli müzakirələrə səbəb olub. Sosial mediada nazirin dedikləri “məktəblərdə pul yığımı könüllü olmalıdır” kimi təqdim olunub. Əslində isə Emin Əmrullayev məktəblərdə pul yığımının qarşısının alınması üçün yeni mexanizmə ehtiyac olduğunu deyib:“Hesab edirəm ki, bununla bağlı mexanizm olmalıdır. Burada söhbət icbari təhsilin pullu, ödənişli olmağından getmir. Təbii ki, icbari təhsil pulsuzdur. Bir dəfə dedim ki, məktəblərimiz şəffaf qaydada “fandreyzinq”lə məşğul ola bilərmi? Dedilər ki, yeni nazir müasir texnologiyaların altında gizlənərək, məktəblərdə rüşvətxorluğu təşviq edir. Mən rüşvətxorluğu təşviq etmirəm və bunun əleyhinəyəm”, – deyə nazir bildirib. Əslində nazir nə demək idtəyirdi? Nazirin təklifi niyə qınağa səbəb oldu?
Emin Əmrullayevin təklifi səmərəlidirmi? ASTNA-nın bu suallarına ictimai-siyasi fəal Bəxtiyar Hacıyev cavab verib.
***
– Bəxtiyar bəy, Təhsil naziri fandreyzinq (“fundraising”- iqtisadi, siyasi və ya sosial məqsədlər üçün ictimaiyyət nümayəndələrindən vəsaitin yığılması) üsulu ilə məktəblərdə pul yığımı ilə bağlı yeni mexanizm təklif edir. Bu fikir sosial şəbəkələrdə tənqid olunur. Sizcə, nazir nə demək istəyirdi?
– Təhsil naziri Emin Əmrullayev təhsildə maliyyənin nəticəyə müsbət təsirlərindən danışıb. Nazir maddi imkanlar nə qədər çox olarsa, keyfiyyət və müsbət nəticələrin də çox olacağını deyib. Sonra da əlavə edib ki, əgər valideynlər məktəblərə maliyyə dəstəyi göstərmək istəyirsə, bunu şəffaf və hesabatlı şəkildə etməlidirlər, məcburi qaydada yox. Yəni, adam indiki “direktor pul yığır bayrama görə, jurnal pulu gətirin, süpürgə pulu gətirin, gətirməyənin uşağı dərsə buraxılmayacaq” dönəmindən Qərbdəki “övladımızın oxuduğu məktəbə 10 000 dollar ianə etmək istəyirik ki, fizika laboratoriyası təkmilləşdirilsin” dönəminə keçidi arzulayır.
Orta məktəb illərində təhsil aldığım Türk Liseyləri əvvəl tam olaraq sıravi Türkiyə vətəndaşlarının, sonradan Azərbaycanda müxtəlif iş adamları, ailələrin dəstəyi ilə ciddi maliyyə imkanlarına sahib idi. Kiçik ianələrlə böyük laboratoriyalar qurulmuşdu, təhsilin keyfiyyəti şübhə doğurmurdu. Magistratura təhsili aldığım ABŞ-da da həm valideyn olaraq, həm də iş adamı olaraq minlərlə insan universitetimizə maddi yardım, ianələr edirdi. Bu gün də məzun olaraq biz imkan düşdükcə universitetimizə 20-30 dollar, 100-200 dollar ianələr edirik. Yəni, proses şəffaf şəkildə idarə olunarsa, istər orta məktəblərə, istərsə də ali məktəblərə ianələrin edilməsi normal haldır. Buna görə də kimisə tənqid etmək, “rüşvəti şəffaf yığmaq istəyir” deyərək qaralamaq doğru deyil.
– Bəs bu təklif niyə bu qədər müzakirələrə səbəb oldu? Nazirin təklifində qeyri-adi nə vardı? Bu fikri “nazir rüşvəti leqallaşdırmaq istəyir kimi təqdim edənlər” var.
– Həmin brifinqdə nazirin tək xətası 30 ildən artıq heç vaxt fikri, rəyi soruşulmamış cəmiyyətə “gəlin, müzakirə edək, bir yol axtaraq” kimi sözlərlə rəyinin soruşulması oldu. “Ə, bir-bir, borcum yoxdur sənə cavab verməyə”, “sənə nə var kim tikir, Alabala!”, “konkret rədd ol buradan!” cavablarına öyrəşmiş cəmiyyətə birdən-birə “gəlin, müzakirə edək, həll yolu axtaraq” deyəndə hay-küy üçün fürsət gözləyən mərkəzlər çox rahatlıqla cəmiyyəti həmin şəxsə qarşı çevirə bilirlər.
Gərginliyin müsbət nəticəsi isə o ola bilər ki, nazirlik bu temperatur yüksəkliyindən istifadə edərək “bayram pulu”, “jurnal pulu”, “YAP pulu”, “süpürgə pulu” kimi valieynlərdən (və bəzən də müəllimlərdən) məcburi yığılan pulların şəffaf və hesabatlı, könüllü ianə kimi yığıldığı və xərcləndiyi sistemi qurar, cəmiyyətə də göstərər ki, bax, biz bunu nəzərdə tuturduq, indi kim istəyər məktəbə 10 min dollar ianə edər və laboratoriya qurar, kim istəməz, 1 qara qəpik də verməz və buna görə heç kim ona “gözün üstündə qaşın var” deməz.
– Amma tutalım ki, nazirin dediyi fandreyzinq, ianə mexanizmi tətbiq olundu. Sizcə bu məktəblərdəki rüşvətin, direktorların, sinif rəhbərlərinin ciblərinə gedən pul yığımlarının, bayram hədiyyələrinin qarşısını alacaqmı? Məktəb direktoru, sinif rəhbərliyinə bu ianələrdən bir şay çatmayacaqsa, onlar ciblərini qeyri-qanuni yolla doldurmaqdan imtina edəcəklər?
– Məhz bu hədiyyələri, müəllimlərə üstün və qüsursuz xidmətlərinə görə əlavə ödənişləri Valideyn Müəllim Birliyi, yaxud fond kimi fəaliyyət göstərən, fəaliyyəti şəffaf olan qurumun topladığı maliyyədən ayırmaq olar. Onsuz da məktəblərdə valideynlərdən məcburi qaydada qeyri-şəffaf şəkildə toplanan, nəzarətsiz, qeyri-şəffaf xərclənən vəsaitlər varsa, bunu könüllü ianələr əsasında formalaşmış fonddan şəffaf kriteriyalarla, illik plana əsasən toplamaq və xərcləmək olar. Məsələn, ilin əvvəlində müəllim-valideyn birliyinin, yaxud fondun müəyyənləşdirdiyi kriteriyalara görə müəllimlər və şagirdlər tərəfindən yüksək qiymətləndirilən müəllimlərə əvvəlcədən müəyyən edilmiş hədiyyələr, pul mükafatı verilə bilər ki, bu da onların öz işlərinə daha çox motivasiya edilməsinə töhfə verə bilər.
– Sizcə, bu ianələrin doğru istiqamətə getdiyini insanlar necə əmin ola bilərlər?
– Məktəblərə şəffaf ianələri təmin edən, “YAŞAT” fondu kimi “OXUT” fondu yaradıla bilər. Vahid portalda donor kimi qeydiyyatdan keçən valideynlər, iş adamları, təhsilin keyfiyyətinə, ölkəmizin təhsil sisteminə biganə qalmayan vətəndaşlar, şirkətlər birdəfəlik, aylıq, illik ianə məbləğləri seçə və online ödəmə ilə asan ianə edə bilərlər.
İanə edən donor fondun ümumi büdcəsinə, yaxud konkret bir məktəbin ümumi büdcəsinə, yaxud konkret məktəbdə konkret layihənin büdcəsinə ianə etməyi seçə bilərlər. Məsələn, bir iş adamı 5000 AZN ianə edir ki, Bakının Zirə qəsəbəsindəki məktəbdə kitabxana yaradılsın. Başqa bir tanınmış idmançı Zaqataladakı 5 məktəbin həyətində stadion tikilməsi üçün 10 000 manat ianə edir. Hansısa bir deputat seçkidə onun deputat seçilməsi üçün qutulara 200 əlavə bülleten atılmış məktəbin həyətində 200 ağac əkilməsi üçün ianə edir. BP, Azercell kimi şirkətlər fondun ümumi büdcəsinə 100 000 AZN ianə edir.
Eyni zamanda məktəblər də ehtiyaclarına uyğun fandreyzinq və kraudfandinq (“crowdfunding”- internet üzərindən insanlardan kiçik məbləğdə ianə toplamaq yolu ilə hansısa bir layihə və ya müəssisənin maliyyələşdirilməsi- red.) layihələrini portala daxil edirlər. Məsələn, Ucarın hansısa bir kəndindəki məktəb öz musiqi ansamblını qurmaq, məktəblilərə dərsdən sonra muğamı təbliğ etmək üçün musiqi alətləri, məşq otağının təmiri üçün 5000 AZN toplayır. Hansısa bir xanəndə bu layihəni görür, həmin vəsaitin 2000 manatını özü ödəyir, yerdə qalan 3000 isə vətəndaşlar tərəfindən yığılır.
Fondun idarə heyəti və müşahidə şurası toplanan ianələrlə alınan avadanlıqlar, xidmətlər və s. qiymətlərinə nəzarət edir, aylıq və illik hesabatlar hazırlayır və saytda yayılır. 20 AZN ianə etmiş bir vətəndaş girir sayta, öz ianəsinin nömrəsi ilə ianələr siyahısında ianəsinin əks olunduğunu görür, ümumi büdcəyə, layihələrə, xərclərə baxır və nəzarət edir. Təklifi müzakirə etmək və təkmilləşdirmək olar.
Məktəblər dövlət büdcəsindən kənar, dərsdənkənar fəaliyyətlə bağlı bütün xərclərini burada göstərirlər və bu fonddan gələn vəsaitlə idarə etməyə çalışırlar. Bundan sonra da hansısa valideyn qrupu, direktor “süpürgə pulu yığırıq, müəllimlərə bayram paketləri hazırlayırıq, verməyən valideynin uşağı dərsə buraxılmayacaq” dediyi anda özünü hüquq-mühafizə orqanlarında ifadə verərkən görür.
Məktəblərin maliyyələşməsi nə tək dövlətə buraxılmalıdır, nə də təkcə övladı hansısa məktəbdə oxuyan valideynlərə. Təhsildə yeniliklərə və inkişafa cəmiyyət sahib çıxmalıdır. Övladı olan da, olmayan da, övladı oxuyan da, bitirmiş şəxs də. Bu işi dövlətə və direktorlara, valideynlərə buraxanda sui-istifadə halları da, “süpürgə pulları” da yığışmayacaq.
Xəbərin oxunma sayı : 1240
Müsahibə
Xəbərlər
-
Sosial sahəyə ayrılan vəsait artırılacaq? - AÇIQLAMA
-
“Həbsdə olmağımın səbəbini bilirəm” - Bəkir Orucovun məhkəməsi
-
Azərbaycanda 3 aya 51 milyon 36 min manatlıq narkotik ələ keçirib - HESABAT
-
NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır - Şoyqu
-
“COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək” - İlham Əliyev
-
Polisin “saxla“ əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
-
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü - Araşdırma aparılır
-
“Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var” - Prezident
-
Əhalinin nəzərinə! Tibbi arayışlarla bağlı yenilik, mayın 1-dən...
-
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
-
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - İlham Əliyev
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı - FOTO/VİDEO
-
Baydenin siyasətinə etiraz etdi – İstefa verdi
-
Tikilməkdə olan Laçın aeroportundan son görüntülər - VİDEO
-
NİİM əhaliyə müraciət etdi - VİDEO
-
“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək“ - “Cümü“yə 18 il həbs verildi
-
Hərbi gəmilər, kater və vertolyotlar Xəzərdə hərəkətə gətirildi: Möhtəşəm təlimlərdən FOTO/VİDEO
-
Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var - FOTO
-
Qubada illərdir hökm sürən kanalizasiya problemi nə zaman həllini tapacaq? - VİDEO
-
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
-
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA
-
Binəqədinin keçilməz yolları - VİDEO
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
TOP 10
ARXİV