Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Torpağın kateqoriyasının dəyişdirilməsi asanlaşır - VİDEO

Tarix 29.09.24, 23:35

Font ölçüsü : - / +
bitmap-img6


Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi əsasları müəyyənləşib. Bu, "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"da öz əksini tapıb.

Xezerxeber.az-ın məlumatına görə, mülkiyyətçinin əsaslı müraciət daxil olduqda, kateqoriyanın dəyişdirilməsi mümkün olacaq.

Həmçinin tarix-mədəniyyət, təbii qoruq və sağlamlaşdırma yerlərinin yaradılması, əhalinin istirahətinin təşkili, turizmin inkişafı, idman və digər sosial obyektlərin tikintisi, faydalı qazıntı yataqlarının istismarı ilə əlaqədar dağ-mədən işlərinin həyata keçirilməsi məqsədi ilə də torpaqların kateqoriyasının dəyişdirilməsinə icazə veriləcək.

Əmlak eksperti Elnur Fərzəliyev deyir ki, bu məsələdə istisna hallar da olacaq.

Torpaqların bir kateqoriyadan digərinə keçirilməsinə icazə verməyən başqa hallar da var. Ölkənin makroiqtisadi və ərazinin iqtisadi inkişaf istiqamətlərinə uyğun olmadıqda, nəzərdə tutulan məlumatlar olmadıqda və qonşu torpaq sahələrinin qanuni sahiblərinin mövqeyi nəzərə alınmadığı hallarda kateqoriya dəyşikliyindən imtina ediləcək.

Əmlak eksperti deyir ki, bu qanunun təsdiqi iqtisadi baxımdan da səmərəli hesab edilir. Çünkü əvvəllər sırf çıxarış olmaması səbəbindən büdcə maliyə itirirdi.

Yeni qanun əsasən, təyinatının dəyişdirilməsi nəzərdə tutulan torpaq sahəsi ərazi planlaşdırılması sənədlərinə, mühəndis-kommunikasiya təminatı sistemlərinə uyğun olmadıqda, ətraf mühitin mühafizəsinə və torpaq ehtiyatlarından səmərəli istifadə məqsədlərinə uyğun olmadıqda təyinatın dəyişdirilməsinə imkan verməyəcək.





Xəbərin oxunma sayı : 1078




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap