“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Torpağa görə əmisi oğlunu bıçaqladı - Təfərrüat

Tarix 04.12.25, 13:36

Font ölçüsü : - / +
bitmap-img6


Göyçayda torpaq sahəsinə görə əmisi oğlunu bıçaqlamaqda təqsirləndirilən Şaiq Salmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AzFakt.com oxu.az-a istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub, Ş.Salmanov 3 il azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə bu il martın 22-də Göyçay rayonunun Bığır kəndində baş verib.

Kənd sakini, 1973-cü il təvəllüdlü Şaiq Salmanovla atasının əmisi oğlu, 1961-ci il təvəllüdlü Nazir Salmanov arasında torpaq sahəsinə görə uzun müddətdir mübahisəsi yaranıbmış. N.Salmanov iddia edirmiş ki, Şaiq Salmanovun istifadə etdiyi torpaq sahəsi ona məxsusdur.

Bu il martın 22-də Şaiq qardaşıgilə bayramlaşmağa gedib. Axşam saatlarında evinə qayıdarkən görüb ki, Nazir Salmanov onun həyəti ilə özünün həyətinin arasındakı çəpərini geri çəkib, əvvəlki sərhədə ağaclar əkib. Buna görə qohumlar arasında başlayan mübahisə davaya çevrilib. Nəticədə Şaiq üzərində gəzdirdiyi bıçaqla Nazirə iki zərbə endirib.

Hadisə yerinə polis əməkdaşları gəlib, Şaiq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, Şaiq Salmanov barəsində həbs qətimkan tədbiri seçilib.



Xəbərin oxunma sayı : 112




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap