“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Trampın Avropa ilə “yeni soyuq müharibəsi” başlayır - Axios

Tarix 10.12.25, 22:21

Font ölçüsü : - / +
bitmap-img6


Ağ Ev Aİ ilə söz azadlığı, Ukrayna və miqrasiya üzrə uzunmüddətli ziddiyyətləri rəsmi siyasətə çevirib…

AzFakt.com xəbər verir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Avropa İttifaqı ilə münasibətləri kəskin şəkildə gərginləşdirərək, illərdir davam edən fikir ayrılıqlarını artıq açıq geosiyasi qarşıdurma səviyyəsinə qaldırıb.

Axios portalının məlumatına görə, qarşıdurmanın əsas qığılcımı Avropa İttifaqının İlon Maskın “X” platformasına 140 milyon dollarlıq cərimə tətbiq etməsi olub. Nəşr yazır ki, Tramp administrasiyası bu addımı uzun müddətdir gözləyirdi və onu ABŞ-ın Aİ-yə qarşı sərtləşən kursunu rəsmiləşdirmək üçün fürsət kimi dəyərləndirdi.

Yeni açıqlanan Milli Təhlükəsizlik Strategiyasında Avropa faktiki olaraq ABŞ-ın qarşısında “geopolitik rəqib” kimi təqdim edilir. Sənəddə Aİ ilə söz azadlığı standartları, Ukraynaya dəstək, kütləvi miqrasiya siyasəti ilə bağlı fikir ayrılıqları ABŞ-ın milli maraqları üçün ciddi problem kimi göstərilir.

Strategiyada həmçinin sual altına alınır ki, Aİ-yə üzv bəzi ölkələr demoqrafik dəyişikliklər və daxili siyasi proseslər fonunda NATO-da “etibarlı tərəfdaş” olaraq qala bilərlərmi. Sənəd “NATO-nun sonsuz genişlənə bilən alyans kimi qəbul edilməsinin başa çatdığını” da bəyan edir.

Axios yazır ki, Tramp administrasiyasının son addımları İkinci Dünya müharibəsindən sonra formalaşmış transatlantik düzəni sarsıdır. Hazırkı məqam isə Avropa üçün xüsusilə çətin seçilib: qitə iqtisadi qeyri-müəyyənlik, Ukrayna müharibəsinin davam etməsi və daxili siyasi parçalanmalarla üz-üzədir.

Analitiklərə görə, Trampın bu kursu gələn aylarda ABŞ–Aİ münasibətlərində ciddi struktur dəyişikliklərinə yol aça bilər və transatlantik təhlükəsizlik arxitekturasının gələcəyinə dair suallar daha da çoxalacaq.



Xəbərin oxunma sayı : 136




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap