Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

UEFA Çempionlar Liqası: “Qarabağ“ səfərdə “Ludoqorets“ə darmadağınla qalib gəldi

Tarix 14.08.24, 0:53

Font ölçüsü : - / +
bitmap-img6


UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında Azərbaycan klubu darmadağınla qalib gəlib.

 "Ludoqorets Arena"dakı oyunda təmsilçimiz 2:7 hesabı ilə qalib olub.

7-ci dəqiqədə Juninyo fərqlənib.

"Ludoqorets Arena"dakı oyunda meydan sahibləri 13-cü dəqiqədə Dua Kvadvonun qolu ilə hesabı bərabərləşdirib - 1:1.

23-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Dua Kvadvo dubl müəllifi olub.

45+1-ci dəqiqədə təmsilçimiz hesaba tarazlıq gətirib - 2:2. Yasin Benziya penalti zərbəsini dəqiq yerinə yetirib.

45+5-ci dəqiqədə Patrik Andrade adını tabloya yazdırıb. Təmsilçimiz üçüncü qolu vuraraq fasiləyə üstün yollanıb - 3:2.

"Ludoqorets Arena"dakı oyunun əsas vaxtı təmsilçimizin qələbəsi ilə başa çatıb - 3:2.

Qarşılaşmanın taleyi hər biri 15 dəqiqədən ibarət iki əlavə hissədə həll olunub.

93-cü dəqiqədə Toral Bayramov komandasının növbəti qoluna imza atıb.Təmsilçimiz hesabı 4:2-yə çatdırıb.

"Ludoqorets Arena"dakı oyunda 111-ci dəqiqədə Redon Cica, 112-ci dəqiqədə isə Patrik Andrade meydan sahiblərini məyus edib. Bu qollardan sonra hesab 6:2 "Qarabağ"ın xeyrinə dəyişib

118-ci dəqiqədə isə Yasin Benziya fərqlənib. Bu oyunda sonuncu qol olub. Oyun 7:2 "Qarabağ"ın xeyrinə başa çatıb.

Bununla da Qurban Qurbanovun rəhbərlik etdiyi komanda doğma meydandakı 1:2 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb.

Qeyd edək ki, "Qarabağ"ın qrup mərhələsinə gedə yolda rəqibi Xorvatiyanın "Dinamo" (Zaqreb) kollektivi olacaq. "Köhlən atlar" Xorvatiya çempionu ilə ilk görüşünü avqustun 20-si səfərdə keçirəcək.







Xəbərin oxunma sayı : 991




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap