Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Yaponiya Ukraynaya hərbi dəstək qərarı verdi - Neytral ölkə də Rusiyanın çökdürülməsini istəyir

Tarix 09.03.22, 17:14

Font ölçüsü : - / +
bitmap-img6


Yaponiya ilə Ukrayna arasında hərbi yardımla bağlı sənədin imzalanması beynəlxalq aləmdə maraqla qarşılanıb. Bu müasir Yaponiyanın tarixində bir ilkdir. Yaponlar ukraynalılara gülləkeçirməz jiletlər, dəbilqələr, çadırlar, qış geyimləri, dərmanlar, generatorlar, kameralar, fövqəladə hallarda istifadə üçün müxtəlif alətlər verəcəklər.

Yaponiya İkinci Dünya müharibəsindəki ağır məğlubiyyətindən sonra dünyanın müxtəliq qütblərindəki münaqişələrə qarışmır, ancaq iqtisadiyyatla və dünyaya daha çox məhsul ixrac etməklə məşğul idi. Ancaq Rusiyanın Ukraynanı işğal etməyə çalışması Yaponiya kimi neytral siyasətə üstünlük verən ölkəni də hərəkət keçirib.

Yaponiya bir başqa ilkə də imza atıb. Tokio Ukraynanın işğalı fonunda Qərb ölkələri kimi başda Rusiya prezidenti olmaqla bu ölkənin müxtəlif rəsmiləri və biznesmenlərinə qarşı sanksiya qərarı verib. Sanksiyalar siyahısına həmçinin Rusiyanın 49 idarəsi, bankları və şirkətləri daxildir. 

Yaponiyanın baş naziri Fumio Kisida Kuril adalarının cənub hissəsini Yaponiyanın əzəli əraziləri adlandırıb və vaxtilə Rusiya tərəfindən işğal edildiyini bəyan edib. Baş nazir şimal ərazilərin Yaponiyaya məxsus olduğunu və onların üzərində Yaponiyanın suverenliyinin olduğunu vurğulayıb.

Yaponiya İkinci Dünya müharibəsindən sonra keçmiş SSRİ ilə sülh müqaviləsi imzalamadı. Çünki SSRİ Yaponiyanın Kurl adalarını işğal edərək geri qaytarmaq istəmirdi. Moskva 1950-ci illərin ortalarında Tokio ilə belə razılığa gəldi ki, sülh sazşini müqabilində 4 adadan 2-ni Yaponiyaya qaytara bilər. Ancaq o da baş vermədi. SSRİ dağıldıqdan sonra Yaponiya Rusiya ilə bu mövzuda danışıqlara başladı. 

Rusiyanın ilk prezidenti Boris Yeltsin bir ara adaları Yaponiyaya geri qaytarmağa hazır idi. Ancaq Yeltsinin ətrafı onu bu addımdan çəkindirdi

Rusiyada hakimiyyətə gələn Vladimir Putin Tokio ilə danışıqları davam etdirsə də, Kuril adaları məsələsində heç bir addım atmadı, əksinə Rusiyanın yeni Konstitusiyasına “ərazi güzəşti qadağan edilir” maddəsi əlavə edildi. Yəni bundan sonra Kuril adalarının Yaponiyaya qaytarılması mümkün deyil, bunun üçün Rusiya Konstitusiyasına düzəliş edilməlidir. Kreml Kurl mövzusunu Tokio ilə müzakirə etmək istəmir.

Tokionun Moskva ilə illərdir apardığı danışıqlar nəticəsiz qaldı. Bundan başqa Rusiyanın Çinlə qurduğu strateji münasibətlər də Yaponiyanı narahat edir. Çin hərbi gücünü artırır və qonşuları, o cümlədən Yaponiya üçün təhlükə mənbəyinə çevrilib. Moskva Çinin bu siyasətini dəstəkləyir.

Belə olan halda Yaponiyanın fəal xarici və təhlükəsizlik siyasəti həyata keçirməsinə ehtiyac yaranıb. Ona görə də Yaponiya Rusiya işğalına qarşı müqavimət göstərən Ukraynaya dəstəyə qərar verib.

“Atlas” Araşdırmalar Mərkəzi



Xəbərin oxunma sayı : 928




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap