Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Zelenski yer axtarır – Ukrayna lideri hansı şəhəri seçəcək?

Tarix 27.08.24, 12:44

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsi ilə bağlı ikinci Sülh Sammiti üçün məkan axtarır. Ukrayna Prezidentinin bu məqsədlə Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə və İsveçrə ilə danışıqlar apardığı barədə məlumatlar var.

Volodimir Zelenski Hindistanın baş naziri Narendra Modi ilə Kiyevdə görüşdən sonra hindli jurnalistə müsahibəsində Hindistanın da ikinci Sülh Sammitinə ev sahibliyi edə biləcəyini vurğulayıb.

Ancaq Zelenski Dehliyə təklif verərkən əlavəsini də unutmayıb: “Ancaq səmimi olmaq istəyirəm və bu, təkcə Hindistana deyil, ikinci sammitə ev sahibliyi etməkdə müsbət fikirdə olan istənilən dövlətə aiddir. Sülh sammiti kommünikesinə hələ qoşulmayan ölkədə sülh sammiti keçirə bilməyəcəyik”.

Söhbət iyunun 15-də İsveçrədə keçirilən birinci Sülh Sammitindən gedir. Hindistan həmin sammitdə iştirak etsə də, yekun bəyanata imza atmayıb. Yəni Zelenski demək istəyib ki, ikinci Sülh Sammitinin Hindistanda keçirilməsi üçün Dehli birinci Sülh Sammtinin yekun bəyanatına imza atmalıdır. Dehlinin həmin bəyanata imza atacağı ilə bağlı məlumat yoxdur.

Bu arada, ABŞ Prezidenti Cozef Bayden Hindistanın baş naziri Narendra Modi ilə telefonla danışıb. Telefon danışığı Modinin Ukrayna və Polşaya səfərindən sonra baş tutub. Telefon danışığında Ukrayna və Banqladeşdəki vəziyyət müzakirə olunub. Modi Baydenlə söhbətdə Hindistanın Ukraynada sülh və sabitliyin tez bir zamanda təmin olunmasına tam dəstəyini təkrarlayıb. İki lider Banqladeşdəki vəziyyəti də müzakirə edib və normal vəziyyətin tezliklə bərpasının, ölkədə azlıqların, xüsusilə də hindlilərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıblar.

Hindistanın Baş nazirinin Kiyevi tərk etməsində sonra Rusiya Ukrayna paytaxtını intensiv raket atəşinə tutub, ölən və yaralananlar var. Müharibə başlayandan bu yana Rusiya Ukrayna ərazisinə ən genişmiqyaslı dron və raket hücumu həyata keçirib.

Ukrayna Müdafiə Nazirliyi cavab aksiyasi hazırlayır. Bu o deməkdir ki, müxtəlif liderlərin səylərinə baxmayaraq, yaxın müddətdə Moksva ilə Kiyev arasında dialoq yolu ilə sülhə nail olmaq mümkün deyil.

“Atlas” Araşdırmalar Mərkəzi



Xəbərin oxunma sayı : 1246




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap