“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

30 yaşlı kişiylə evləndiriləcəyi deyilən məktəbli haqda RƏSMİ AÇIQLAMA

Tarix 25.05.24, 18:47

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Masallı rayon Mahmudavar kənd ümumi orta məktəbin 9-cu sinif şagirdinin 30 yaşlı şəxslə evləndiriləcəyi haqda sosial şəbəkələrdə xəbərlər yayılıb.

Masallı rayonu üzrə təhsil sektorundan verilən məlumata görə, sosial şəbəkələrdə paylaşılan məlumatlarla bağlı artıq profilaktik tədbirlər görülüb.

Belə ki, 24 may saat 17:02-də Masallı rayonu üzrə təhsil sektoruna məlumat daxil olan kimi, bu barədə yerli ərazi nümayəndəliyi və ərazi üzrə sahə müvəkkili məlumatlandırılıb, həmçinin valideynlərlə müvafiq söhbət aparılaraq mövcud qanunvericiliyin tələblərindən irəli gələn məsələlər onlara izah edilib. Bununla yanaşı qeyd olunmuş məsələ ilə bağlı şagird və onun hər iki valideyni, nişanlandığı iddia olunan oğlan və onun atası Masallı Rayon Polis Şöbəsinə dəvət olunub.

Masallı Rayon İcra Hakimiyyətinin, Masallı rayonu üzrə təhsil sektorunun və Masallı RPŞ-nin müvafiq əməkdaşlarının iştirakı ilə valideynlərlə profilaktik söhbətlər aparılıb və akt tərtib olunub. Həmçinin bildirilib ki, sözügedən şagird cari tədris ilində həmin məktəbin IX sinfində təhsil aldığı müddətdə müntəzəm olaraq dərslərə davam edib, davamiyyətində problem olmayıb, məktəbdə özünü intizamlı şagird kimi aparıb, eyni zamanda buraxılış imtahanında da iştirak edib.



Xəbərin oxunma sayı : 658




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap