Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

“İran ABŞ-ın təzyiqləri qarşısında əyilməyəcək” – Ayətullah Əli Xamneyi

Tarix 04.11.19, 12:25

Font ölçüsü : - / +
bitmap-img6


İran ABŞ-ın təzyiqləri qarşısında əyilməyəcək və rəsmi Vaşinqtonla heç bir danışıq aparmayacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi deyib. Bildirib ki, Amerika ilə dialoq İranın heç bir problemini həll etməyəcək. Ona görə də danışıqlara ehtiyac yoxdur.

Ali Rəhbər qeyd edib ki, İran İslam İnqilabından ötən 41 il ərzində ABŞ İran xalqına qarşı düşmənçilik siyasəti yürüdüb. Buna cavab olaraq İran da təhlükəsizliyini təmin edib. Ən başlıcası odur ki, ABŞ-ın İrana müdaxiləsinin qarşısı alınır. Bəzi hallarda isə İran ABŞ-ı küncə sıxışdırıb. İran danışıqlardan imtina etməklə də ABŞ-ın müdaxiləsinin qarşısını alır. Bu isə o deməkdir ki, İran xalqı ABŞ-ın diktaturasını qəbul etmir.

Əli Xamneyi Şimali Koreya və Kubanı misal göstərərək bildirib ki, bu dövlətlər ABŞ ilə danışıqlara başlasalar da, heç bir nəticə əldə edə bilmədilər. ABŞ Prezidenti bu dövlətlərin rəhbərləri ilə görüşdü, lakin sanksiyalar aradan qaldırılmadı. İran təzyiq altında mənasız danışıqlar aparmayacaq.



Xəbərin oxunma sayı : 136




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap