Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“AvtoVAZ” istehsalı dayandırır - İşçilər məcburi məzuniyyətə göndərilir

Tarix 04.04.26, 13:55

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın avtomobil nəhəngi olan “AvtoVAZ” istehsalı dayandırmaq məcburiyyətindədir.

Rusiya mediası xəbər verir ki, “AvtoVAZ”-ın yaydığı rəsmi məlumata görə, zavod öz işçilərini 4-13 may tarixlərində korporativ məzuniyyətə göndərəcək. İstehsal isə mayın 2-də dayanacaq.

Şirkət bunu üçüncü rübdə planlaşdırılan yeni model olan “Lada Azimut” krossoverinin buraxılışına hazırlıq məqsədilə "istehsal xətlərinin və texnoloji avadanlıqların daha bir genişmiqyaslı modernləşdirilməsi" kimi izah edir.

Lakin Rusiya mediası bunu başqa bir səbəblə əlaqələndirir: tələbatın az, alıcılıq səviyyəsinin aşağı olması səbəbindən anbarda həddindən artıq yüklənmənin olması. “Mash” kanalına görə, “AvtoVAZ”-ın montaj xətləri əslində, 27 apreldən 17 maya qədər faktiki olaraq bağlanacaq və bu, dörd günlük iş həftəsinə keçməmək üçündür. Rusiyanın ən böyük yük maşını istehsalçısı KamAZ da satışların azalması səbəbindən iyun ayından başlayaraq dörd günlük iş həftəsinə keçəcəyini artıq açıqlayıb.



Xəbərin oxunma sayı : 250




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap