Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Bizimlə döyüşmək mənasızdır” - Paşinyan Azərbaycanı hədələdi

Tarix 01.09.19, 20:00

Font ölçüsü : - / +
bitmap-img6


Ermənilər elə birlik və güc nümayiş etdirməlidir ki, istənilən mümkün düşmən Ermənistana qarşı hərbi addımlardan bəribaşdan imtina etsin.

Virtualaz.org xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Qarabağ münaqişəsinin həlli yollarından danışarkən bu utopik tezisi irəli sürüb.

Bundan əvvəl Paşinyan Xankəndində çıxışı zamanı “Qarabağ Ermənistandır. Nöqtə” demişdi və Ermənistanın 2050-ci ilə qədər elə inkişaf hədəflərini açıqlamışdı ki, hətta öz tərəfdarları belə ona inanmamışdı. Bura Ermənistan əhalisinin  4 milyon nəfər çatdırılması, maaşların, ÜDM-in, səhiyyə və hərbi xərclərin 10 dəfəyədək artırılması kimi utopik məqsədlər daxil idi. Paşinyan bu fantastik hədəflərə necə çatmaq yolları barədə heç nə deməmişdi.


Bir neçə gün əvvəl isə o, guya münaqişənin etimologiyasını əsaslandıra bilmək üçün Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibindən çıxmasını Azərbaycan SSR-in SSRİ-nin tərkibindən çıxması ilə müqayisə etmişdi. Hansı ki, sovet dövründə heç bir muxtariyyətə daxil olduğu respublikanın tərkibindən çıxmaq hüququ verilməmişdi. Müttəfiq respublikalar isə SSRİ-nin tərkibindən çıxmaq hüququna formal da olsa malik idilər.

İndi isə Paşinyan Fransada nəşr edilən erməni jurnalı “Nouvelle d`Arménie”-ə verdiyi müsahibədə deyir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə hərbi və ya diplomatik müstəvidə mümkün deyil. “Bizdə münaqişə var və o nizamlanmayıb. Əgər biz xalqıqsa və strateji düşüncəyə malikiksə, hansı ki, mən buna əminəm, o zaman biz məsələni qısa müddətdə, bir neçə günə həll edə bilmərik. Qarabağ məsələsinin həlli üçün ölkənin potensialının konsolidasiyası lazımdır. İlk növbədə zəruridir ki, Ermənistan iqtisadiyyatı və cəmiyyəti rəqabət qabiliyyətli olsun, daimi inkişaf yoluna çıxsın”,-o deyib.

Onun sözlərinə görə, məsələnin həlli üçün geniş kombinasya lazımdır, bunun mərkəzində isə rəqabət qabiliyyətli iqtisadyyat, güclü cəmiyyət və yüksək texnologiyalar dayanmalıdır.



“İdeya bundan ibarətdir ki, bizim mümkün rəqiblərimizə bunu nümayiş etdirək: xalq olaraq biz o qədər birik və cəmiyyət olaraq o qədər səfərbər olunmuşuq ki, dövlət kimi o qədər güclüyük ki, bizimlə döyüşmək mənasızdır, çünki bunun yeganə nəticəsi məğlubiyyət olacaq”,-Vovanın oğlu Nikol belə deyib.

Paşinyanın hakimiyyətə gəlişindən bu yana Qarabağ məsələsiinə dair çox vaxt bir-birini təkzib edən, əsasən pafosa və əlçatmaz xəyallara söykənən tezisləri artıq onun qeyri-ciddi siyasətçi obrazının formalaşmasına səbəb olub. Belə görünür ki, bu adam köhnə peşəsindən-90-cı illərə xas olan hay-küylü, pafoslu jurnalistika vərdişlərindən əl çəkə bilmir. Və həmin vərdişləri hər addımda öz siyasətində əks etdirir.








Xəbərin oxunma sayı : 724




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap