“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Bakıda İngiltərə vətəndaşının evindən oğurluq - Hadisəni bağban törədib

Tarix 12.09.26, 20:00

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda İngiltərə vətəndaşının kirayə yaşadığı evdən noutbuk oğurlayan şəxsə hökm oxunub.

AzFakt.com "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Səbail rayonunun Badamdar qəsəbəsində baş verib.

Təqsirləndirilən şəxs ev sahibini və onun həyat yoldaşını təxminən 5 ildir tanıyıb. O, onların həyətində bağbanlıq edib, evdə elektrik və digər təmir işlərini görüb, bunun müqabilində gündəlik ödəniş alıb.

İttihama görə, o, ev sahibinin həyət və ev qapısının açıq olmasından istifadə edərək mənzilə daxil olub. Birinci mərtəbədəki dəhlizdə masanın üzərində qoyulmuş “Asus A540U” markalı noutbuku görərək götürüb, bel çantasına qoyaraq özü ilə aparıb.

Noutbukun dəyəri iş materiallarında 680 manat göstərilsə də, zərərçəkmiş şəxs onu hadisədən təxminən bir ay əvvəl ikinci əl olaraq 850 manata aldığını bildirib.

Təqsirləndirilən şəxs məhkəmədə ittihamı qəbul edib. O deyib ki, həyət və ev qapısının açıq olduğunu görüb. Evə daxil olduqda masanın üzərində noutbuku görüb və ani olaraq onu satmaq niyyəti ilə götürüb.

Onun sözlərinə görə, həmin gün axşam noutbuku geri qaytarmaq üçün evə gedib, lakin qapının bağlı olduğunu görüb. Buna görə də cihazı evin yaxınlığında gizlədib. Daha sonra polis tərəfindən saxlanılıb.

Zərərçəkmiş şəxs bildirib ki, 2020-ci ildən İngiltərə vətəndaşı olan həyat yoldaşı və üç azyaşlı uşağı ilə birlikdə Badamdar qəsəbəsində kirayə evdə yaşayır. Noutbukdan həm özü, həm də həyat yoldaşı istifadə edib.

O, noutbukun itdiyini axşam saatlarında, birinci mərtəbəyə düşərkən aşkar edib. Əvvəlcə cihazın həyat yoldaşı tərəfindən işə aparıldığını düşünüb. Lakin bunun belə olmadığı məlum olduqdan sonra noutbukun oğurlandığını başa düşərək polisə məlumat verib.

Zərərçəkmiş şəxsin sözlərinə görə, evdə uzun müddətdir təmizlik işləri görən qadın və təqsirləndirilən şəxs ailəyə tanış olublar. Təqsirləndirilən şəxs bağbanlıq və elektrik işləri üçün evə çağırıldığından, mənzilə daxil olmaq imkanı olub.

Oğurlanan noutbuk sonradan polis tərəfindən tapılaraq sahibinə qaytarılıb. Cihazın üzərindəki cızıqlar səbəbindən əlavə olaraq təxminən 200 manatlıq maddi ziyan yarandığı bildirilib.

Zərərçəkmiş şəxs isə hazırda təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını deyib.

Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 177.1-ci maddəsi (oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama) ilə təqsirli bilib. Ona 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirləndirilən şəxsin saxlanıldığı 1 gün isə Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 2 gün hesablanıb. Nəticədə onun üzərində qəti olaraq 1 il 2 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.



Xəbərin oxunma sayı : 172




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap