“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

İcazəsi olanlar bu saatlarda maşından istifadə edə bilməz - AÇIQLAMA

Tarix 04.07.20, 12:19

Font ölçüsü : - / +
bitmap-img6


Ölkədə sərt karantin elan olunan ərazilərdə fəaliyyətinə icazə verilən şəxslər də şəxsi avtomobillərindən qeyri-iş saatlarında istifadə etdiyi halda məsuliyyətə cəlb oluna bilər.

AzFakt.com xəbər verir ki, bunu Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, şəxsi avtomobillərdən istifadə edən şəxslər yalnız iş saatlarında sərbəst hərəkət edə biləcəklər: "Əgər kiminsə hərəkətə icazəsi varsa, icaze-e.gov.az portalından qeydiyyatdan keçibsə, həmin şəxs yalnız iş saatlarında şəxsi avtomobilindən istifadə edə bilər. Həmçinin sms icazə ilə də icazəsi olan şəxs həmin icazə müddətində şəxsi avtomobilindən istifadə edə bilər.

Amma icaze-e.gov.az portalından qeydiyyatdan keçən şəxsin şənbə və bazar günləri iş yeri fəaliyyət göstərmirsə, həmin şəxsin o günlərdə evdən çıxması və şəxsi avtomobilindən istifadəsi qadağandır. Belə bir hal aşkar edilərsə, həmin şəxs məsuliyyətə cəlb olunacaq. Çünki onlara yalnız iş günləri işə və evə getməsi üçün icazə verilib. Qeyri-iş saatlarında həmin şəxslərin evdən çıxmaq və avtomobil idarə etməyə icazəsi yoxdur".

K.Əliyev qeyd edib ki, iş yerlərinə getmək üçün icazəsi olan şəxslər şəxsi avtomobillərini də icaze-e. gov.az portalından qeydiyyatdan keçirə bilərlər: "Çünki bunun üçün həmin portalda xüsusi bölmə var və yaxşı olar ki, həmin şəxs istifadəsində olan avtomobili qeydiyyatdan keçirsin".



Xəbərin oxunma sayı : 1639




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap