“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Edam cəzası gündəmə gələ bilər” - Ərdoğan

Tarix 01.07.22, 23:42

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyada keçirilən NATO dövlət və hökumət başçılarının zirvə toplantısının yekununda jurnalistlərə açıqlama verib.

Türkiyə lideri Pınar Gültəkini qətlə yetirən Camal Metin Avcının ağırlaşdırılmış ömürlük həbs cəzasının 23 ilə endirilməsi qərarını haqsız kimi dəyərləndirib.

Ölüm hökmünün gündəmə gələ biləcəyini deyən dövlət başçısı sözlərinə davam edib:

“Ölkə gündəminə yenidən edam cəzası məsələsi gələ bilər və bu müzakirə oluna bilər. Təbii ki, Pınar xanımın qətli də təsadüfi ölüm deyil. Bu vəhşilik bu millətə yaraşmaz. Bunun üçün ədliyyə naziri ilə lazımi danışıqlar, müzakirələr apardıq. Lazım gələrsə, bu, yenidən gündəmə gətirilməli, müzakirə mövzusuna çevrilməlidir.

Bu müzakirələrdən nə çıxacağını görməliyik. Daha sonra nəticəyə uyğun addımlar atılacaq. Çünki Pınar xanımın vəziyyətinə bənzər çoxlu faciələr yaşanıb. Təbii ki, bu, konstitusiya dəyişikliyini tələb edən məsələdir. Mən əvvəl də qeyd etmişəm ki, Ədliyyə Nazirliyinin araşdırmasında parlament belə bir qərar çıxarsa, mən həmin qərarı təsdiq edəcəyəm”.

Qeyd edək ki, Türkiyənin Muğla vilayətində Pınar Gültəkin keçmiş sevgilisi tərəfindən qətlə yetirilib. Qatilin sözlərinə görə, qısqanclıq zəminində yaranan münaqişə nəticəsində o, gənc qızı ilk öncə əlləri ilə boğaraq öldürüb, daha sonra cəsədini zibil qutusunda yandıraraq üzərinə beton töküb. (“Qafqazinfo” )



Xəbərin oxunma sayı : 955




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap