Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Hindistanın Kəşmirdəki hərəkətləri ekstremizmi alovlandıracaq” – Pakistan lideri

Tarix 14.09.19, 10:43

Font ölçüsü : - / +
bitmap-img6


“Hindistanın Kəşmirindəki etirazlar və fikir ayrılıqlarına təzyiqləri dünya müsəlmanlarının çoxunu ekstremizmə sürükləyəcək,” deyə Pakistanın Baş Naziri İmran Xan cümə günü Pakistanın nəzarətindəki Kəmirdə etdiyi çıxışı zamanı deyib.

Hindistan avqustun 5-də Kəşmir bölgəsində Cammu və Kəşmir kimi tanınan ərazilərin xüsusi statusunu ləğv edib.

Bundan sonra hökumət rabitə sistemini kəsib və hərəkətə məhduduyyətlər qoyub.

Həmin gündən bəri Hindistanın Kəşmir vilayətində 4 minə yaxın adam həbs edilib.

Pakistan Kəşmirinin paytaxtı Müzəffərabadda minlərlə insanın toplaşdığı mitinqdə çıxış edən İmran Xan Hindistanın siyasətini sərt tənqid edib.

“Vəhşiliklər son həddə çatanda insanlar belə təhqiramiz həyatdansa ölümü üstün tutur,” o deyib. “Hindistana demək istəyirəm ki, minlərlə insanı həbs etməklə insanları ekstremizmə sövq edirsən.”

“İnsanlar Hindistana qarşı çıxacaq və bunlar yalnız Hindistan müsəlmanları olmayacaq. Dünyada 1,25 milyard müsəlman var. Onların hamısı bunu görür,” İmran Xan əlavə edib.

İmran Xan kəşmirlilərin hüququnu müdafiə etmək üçün gələn həftə Nyu Yorkda BMT-nin Baş Assambleyasında iştirak edəcəyini bildirib. (amerikaninses.org)



Xəbərin oxunma sayı : 586




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap