Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

Əhməd Əhmədov azadlığa buraxılıb? - Baş Prokurorluqdan açıqlama

Tarix 21.04.26, 13:15

Font ölçüsü : - / +
bitmap-img6


Bəzi sosial şəbəkə subyektləri tərəfindən 13.02.2024-cü il tarixdə paytaxtın Xətai rayonunda 5 nəfər ailə üzvünü qəsdən öldürmüş Əhməd Əhmədovun saxlanıldığı tibb müəssisəsindən azad olunması barədə həqiqə uyğun olmayan məlumatlar yayılıb. Cəmiyyətdə süni ajiotaj yaratmağa, ictimai rəyi bilərəkdən çaşdırmağa xidmət edən bu cür uydurma məlumatları qəti şəkildə pisləyir və təkzib edirik.

AzFakt.com xəbər verir ki, bu barədə Baş Prokurorluq açıqlama yayıb.

"Bildiririk ki, böyük ictimai rezonansa səbəb olmuş cinayətin baş vermə səbəbləri və şəraiti, təqsirləndirilən şəxsin əməllərinin xarakteri və təqsirliliyi, eləcə də sair sübut edilməli olan hallar ibtidai istintaq zamanı prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin digər subyektləri ilə birgə tam və hərtərəfli araşdırılıb.

Həmçinin Əhməd Əhmədovun qeyd olunan xüsusilə ağır cinayəti anlaqsız vəziyyətdə törətməsi, eləcə də cəmiyyət üçün təhlükəli olması ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışının gedişində tədqiq olunmuş mötəbər dəlillər əsasında sübuta yetirildiyindən qanunvericiliyin tələblərinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 10.10.2024-cü il tarixli qərarı ilə ona cəza təyin edilməyib və ixtisaslaşmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicəyə göndərilib.

Ə.Əhmədovun stasionar müalicəsi həkimlərin ciddi nəzarəti altında hazırda müvafiq psixiatriya xəstəxanasında davam etdirilir və onun xəstəxanadan buraxılması tamamilə cəfəngiyatdır. Xatırladaq ki, ictimaiyyətdə süni təşviş yaradan bu cür yalan informasiyaların yayılması birbaşa hüquqi məsuliyyətə səbəb olur. Qeyd olunanları nəzərə alaraq, vətəndaşlardan aidiyyəti dövlət qurumları ilə dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların paylaşılmasından çəkinməyi bir daha xahiş edirik", məlumatda deyilir.



Xəbərin oxunma sayı : 1027




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap