“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Əhməd Əhmədzadənin gəlininin şirkəti BORC İÇİNDƏ

Tarix 01.04.21, 11:19

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun Londonda yaşayan qızı Günel Rüstəmovanın direktoru olduğu “Gyunel Limited” şirkəti maliyyə hesabatını açıqlayıb.

AzFakt.com Yeniavaz.com-a istinadən xəbər verir ki, Böyük Britaniyanın müvafiq qurumlarına istinadən xəbər verir ki, Mərkəzi Bank sədrinin qızına məxsus olan “Gyunel Limited” şirkətinin borcu son bir ildə 178,1 min funt-sterlinq artaraq 6,1 milyon funt-sterlinqə (12,5 milyon manat) yüksəlib.

Qeyd edək ki, 28 aprel 2005-ci ildə “Basement 32 Woodstock Grove, London, Uk W12 8LE” ünvanında qeydiyyatdan keçən “Gyunel Limited” şirkətinin sonuncu maliyyə hesabatının bu ilin yanvar ayının 31-ə kimi təqdim etməli olduğu halda vaxtında təqdim etməyib. Gecikmə ilə təqdim edilən hesabatda isə şirkətin 2020-ci ildə zərərlə işlədiyi məlum olub. Hesabatda qeyd olunur ki, son bir ildə şirkətin aktivləri 3% aşağı düşüb.

Onu da bildirək ki, bu şirkətin digər bir rəhbəri Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadədir.

Mərkəzi Bank sədrinin 1981-ci il təvəllüdlü qızı Günel Rüstəmova Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin 1979-cu il təvəllüdlü oğlu ilə evlidilər.

Günel Rüstəmova orta təhsilini Bakıda, ali təhsilini isə Böyük Britaniyada alıb. O, London Kollecində modelyerlik üzrə təhsil alıb, daha sonra İngiltərədə nüfuzlu təhsil ocağı sayılan “Central Saint Martins”i incəsənət və moda sənayesi ixtisası üzrə bitirib. Günel Rüstəmova hazırda Londonda modelyer kimi fəaliyyət göstərir.



Xəbərin oxunma sayı : 1345




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap