Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

İlqar Məmmədovun istefası qəbul edildi - REAL yeni sədr seçəcək

Tarix 13.09.24, 10:18

Font ölçüsü : - / +
bitmap-img6


Respublikaçı Alternativ Partiyası Siyasi Komitəsi (REAL) partiyanın lideri İlqar Məmmədovun istefasını qəbul edib.

AzFakt.com xəbər ki, bu barədə partiyanın açıqlamasında deyilir. 

Sentyabrın 12-də Respublikaçı Alternativ partiyası Siyasi Komitəsinin iclası keçirilib. İclasda parlament seçkilərinin nəticələrinə dair ilkin müzakirə aparılıb. Qərara alınıb ki, seçki prosesi rəsmən başa çatandan sonra onun nəticələrinə və siyasi əhəmiyyətinə digər REAL namizədlərinin iştirakı ilə partiyanın yekun qiyməti verilsin. 

Digər qərarla, iclasda İlqar Məmmədovun Siyasi Komitənin sədri vəzifəsindən istefası haqqında ərizəsi qəbul olunub. Qərara alınıb ki, sədrliyin ötürülməsi işləri 30 sentyabr tarixində başa çatsın və yeni seçiləcək sədr oktyabrın 1-dən fəaliyyətə başlasın.

Respublikaçı Alternativ Partiyasının qurucu üzvü İlqar Məmmədova uzun illər göstərdiyi fəaliyyətə və liderliyinə görə partiya adından təşəkkür bildirilib. İlqar Məmmədovun Siyasi Komitə üzvü olaraq partiya işinin bundan sonra hansı istiqamətlərinə baxacağı növbəti mərhələdə müəyyən ediləcək.



Xəbərin oxunma sayı : 1120




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap