“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

“Makron tezliklə istefa verməli olacaq” - Le Pen

Tarix 22.06.24, 9:31

Font ölçüsü : - / +
bitmap-img6


Fransada İntibah Partiyasının populyarlığının azalması fonunda yaranmış siyasi böhranı həll etmək üçün Makron istefa verməli olacaq.

APA BFMTV-yə istinadən xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Birlik Partiyasının parlament fraksiyasının sədri Marin Le Pen qeyd edib.

“Mən Makronu istefaya çağırmıram - güc institutlarımıza hörmət edirəm. Amma siyasi blokada və ya böhran baş verəndə üç variant var: kadr dəyişikliyi, ləğv və ya istefa. Belə bir şəraitdə kadr dəyişiklikləri mənim üçün faydalı görünmür; Ona görə də prezidentin qarşısında qalan yeganə seçim siyasi böhrandan çıxmaq imkanı əldə etmək üçün istefa verməkdir” – deyə Le Pen bildirib.

Qeyd edək ki, iyunun 9-da Fransada keçirilən Avropa Parlamentinə seçkilər zamanı Milli Birlik partiyası birinci yeri tutaraq 31 faizdən çox səs toplayıb, İntibah Partiyası isə 14,6 faizlə ikinci yerdə olub.

Tərəfdarlarının məğlubiyyətindən sonra Makron Milli Assambleyanı (Fransa parlamentinin aşağı palatası) buraxmaq və növbədənkənar parlament seçkiləri elan etmək qərarına gəlib.



Xəbərin oxunma sayı : 970




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap