| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
“Onların səhvi həddən artıq demokratik olmalarında idi” – Dilavər Əzimli
Tarix 28.04.20, 20:54 |
|
1920-ci il aprelin 28-də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğal edilib. Bu gün Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış faciənin 100-cü ildönümüdür.
AzFakt.com xəbər verir ki, Yenisabah.az-ın həmin dövr haqqındakı suallarını Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli cavablandırıb:
- AXC-nin süqutunu şərtləndirən amillər barədə çox danışılıb. Sizcə, işğalın qarşısını almaq heç cür mümkün deyildi?
- Əslində, süqut aprelin 26-dan 27-ə keçən gecə baş verib. Bütün əsərlərdə, o cümlədən Məmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadənin əsərlərində də 27 aprel göstərilir. Amma sonradan bolşeviklər bunu 28 apreldə bayram etdiklərinə görə, 28-i kimi tarixə düşdü. Həmin dövrün ictimai-siyasi prosesləri göstərir ki, bu süqutdan xilas olmaq mümkün deyildi. O zaman bəlli idi ki, dünyanın iri dövlətləri, Birinci Dünya Müharibəsindən qalib çıxan blok Rusiyanı bütöv görmək istəyirdi. Bu müddət ərzində Azərbaycan Xalq Cümhuriyyətini rəsmən tanımadılar, çox ağır vəziyyət idi. O dövrün ictimai –siyasi proseslərini analiz etdikdə görürük ki, istər diplomatik, istər hərbi cəhətdən, istərsə də digər baxımlardan bunu önləmək üçün güc yox idi. Bundan əlavə bolşevik Rusiyası Azərbaycanda özünün güclü bazasını yarada bilmişdi. Bolşevik Rusiyası ilə işləyən bolşeviklər bizə xəyanət etdilər. Bu xəyanət, beynəlxalq aləmdə gedən proseslər AXC-nin süqutunu sürətləndirdi.
- Tarix hadisələri öz dövrünün şərtləri daxilində dəyərləndirməyi sevir. Həmin dövrün şərtlərini nəzərdən keçirəndə işğalda AXC-nin qurucularının hansısa səhvi nəzərə çarpırmı?
- İndi çox iradlar tutmaq olar, amma o dövr hadisələrini izlədikdə onların yoxdan bir dövlət yaratdıqlarını görürük. Elə bil dövlət bir gəmi idi və o gəminin kapitanı Məmməd Əmin Rəsulzadə idi.Gəmi kapitanı hər kəsə öz yerini düzgün göstərmişdi, seçim çox güclü idi. Əlimərdan bəy Toplçubaşov kimi bir adamı parlamentin sədri edilmişdi. Fransaya nümayəndə heyəti göndərəndə də rəhbər Topçubaşov idi. Cümhuriyyət Azərbaycan dövlətçiliyinin davamı idi. Çar Rusiyası ilə Qacar İmperiyası arasında gedən müharibə Azərbaycanın tarixi torpaqlarının ¼ hissəsini itirməsinə səbəb oldu. Müstəmləkə rejimində olan insanlar yoxdan dövlət yaratdılar.Təbii ki, burada hansısa bir səhv ola bilər, amma qlobal səhv yoxdur. Çünki analoqu olmayan demokratik dövlət yaranıb. Dünyada ən demokratik həyat şəraitini yaradan Türk dövlətləri olublar. Qanunları oxuyursan, dünyada bərabəri olmayan qanun qəbul ediblər. Bu baxımdan qlobal işlər görən insanların səhvi həddən artıq demokratik olmalarında idi. Başqa səhv deyə bilmərəm. Ona görə də 1920-ci ildə isə Azərbaycan ikinci dəfə işğala məruz qaldı.
- Son günlər Cümhuriyyətin işğalında Türkiyənin və Mustafa Kamal Atatürkün adı tez-tez hallandırıır. Türkiyənin Azərbaycanı xilas etmək imkanı hara qədər idi?
- Qardaş Türkiyədə çox ağır durum idi. Müxtəlif sözlər, ifadələr işlədirlər ki, Türkiyənin bizə köməyi dəyməyib. Amma düşünün ki, Osmanlı İmperiyası həmin dövrdə son günlərini yaşayırdı. Onun başqa siyasət aparmağa gücü yetmirdi. Bir dəfə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında dedi ki, əgər 1993-cü ildə mən hakimiyyətdə olsaydım, Azərbaycanın rayonları işğal olunmazdı. Bu , elə-belə söz deyil. Hələ 1993-cü ildə baş verən proseslər, çoxluğun erməninin tərəfini tutması, bizim rayonların işğalına səbəb oldu. Qaldı ki, 1918-20-ci illərə, o dövrdə də kənar qüvvələr az rol oynamırdı. Biz bu məsələlərdə çox daxili günahkar axtarırıq. Amma xarici unutmayaq. Birinci dünya müharibəsində əsas məsələlərdən biri Osmanlı imperiyasını parçalamaq idi. XVIII əsrdən sonrakı işğal proseslərini nəzərdən keçirdikdə bunun həqiqiliyini görürük. Böyük Britaniya dünyada ağalıq etməyə başladı. Adlarını “Günəş batmayan ölkə” qoydular. Bunun ardınca Rusiya, Fransa güc sahibi dövlət oldu. Birinci Dünya Müharibəsi bloklara ayrıldı və bu dövlətlərin hamısı eyni blokda oldular. Aradan götürülməsi planlaşdırılan Osmanlı imperiyası üçün vəziyyət heç yaxşı deyildi. XVIII əsrdən başlanan siyasət Türk-müsəlman dünyasını sıradan çıxarmağa yönəlmişdi. Bu, birmənalıdır. Onların əsas qoruyucusu kimi Osmanlı imperiyası çıxış edirdi. Osmanlını aradan götürmək Türk-müsəlman dünyasının sonu demək idi. Amma o ağır günlərdə belə Bakını xilas etmək üçün qüvvələr gəldi, bunu unutmaq olmaz. Osmanlı imperiyası məhv olsa, halımız necə olacaqdı? Mən deyim, ərazimizin bir hissəsi Rusiyanın tərkibinə, bir hissə indiki Ermənistana, bir hissə də Gürcüstana veriləcəkdi. Bununla da Azərbaycan adı sıradan çıxarılacaqdır.Azərbaycan böyük coğrafi ərazidir. Azərbaycanın sərhəddi Həmədana, Zəncana kimi gedib çıxır. Bir ucu Dərbəndə, bir ucu Ərzincana çatır. Osmanlını da aradan götürsələr, Azərbaycanı siləcəkdilər. Adımız harada hallanacaqdı? Atatürkün Türki Cümhuriyyətini yaratması adımızın gələcək təminatı verdi. Atatürk deyirdi ki, SSRİ yaradılan qondarma dövlətdir.
- Azərbaycan cəmiyyəti AXC-nin aqibətindən hansı nəticəni çıxarmalıdır? Tarixdən ibrət götürəcəyimiz dərs varmı?
- 27 aprel tarixə “qara gün” kimi düşməlidir. Nəticələr ondan ibarətdir ki, birincisi, bizim ərazilərimizdə Ermənistan adlı qondarma dövlət yaradıblar. İkincisi, Azərbaycanın tarixi ərazilərinin böyük hissəsini gürcülərə veriblər. Batuma qədər ərazi onlara verildi. Almaniya və bir sıra dövlətlər gürcülərin tərəfində durdular. Üçüncüsü, əlifbamızı dəyişdilər. Mustafa Kamal Atatürk bizə görə latın əlifbasına keçdi. O, latın dilinə keçən kimi, bizim əlifbanı dəyişdilər. 1937-dək bütün pasportlarda Türk yazılırdı. Sonra dəyişildi. Məsələnin kökündə Türkiyə türkü ilə Azərbaycan türkünü ayırmaq dayanırdı. Bunu etdilər. Türkü “Azərbaycanlı” sözü ilə əvəzlədilər. Türk deyəndə hamı Türkiyə türkünü nəzərdə tutdu. Türklüyə zərbə vurdular. Azərbaycan ədəbiyyatını, tarixini SSRİ şüuru əsasında yazdırdılar. Burada məqsəd intelektual insanların məhv edilməsi idi. 1937-ci ildə onları Sibirə göndərdilər, Nargində güllələdilər, başlarına min oyun açdılar, milli kadrları məhv elədilər. Özlərinin insanlarını vəzifəyə qoydular. Satqın tarixçilər ortaya çıxdı. Tarixin dəyişməsinə etiraz edənlər dəlixanalarda çürüdülər. SSRİ dəlilərin sayına görə dünyada birinci yerdə idi, iynə vurub insanları dəli edirdilər. Fəlsəfəmizi yox elədilər. Rəsulzadəni mən tələbə olanda tarixdə İngilis agenti kimi qələmə verirdilər. Müsavatı “satqın burjua hökuməti” adlandırırdılar. Nəriman Nərimanov onların əməllərinə etiraz edəndə xain çıxardılar.Ən dəhşətli zərbə milli təfəkkürümüzə dəydi. İnsanlar var ki, hələ də SSRİ-yə böyük rəğbətlə yanaşırlar. Hər hansı tarixi prosesi izləmək üçün 25-30 il vaxt lazımdır. Mən bu 30 ildə müəyyən etdim ki, SSRİ elə sistem yaradıb ki, biz hələ də onun əzabını çəkirik. Tarixdən nəticə çıxarıb gənc nəsilə ötürməliyik, belə acınacaqlı nəticələri görüb gələcəkdə baş verməməsi üçün çalışmalıyıq. Tarixdən nəticə çıxarılsa, işğala təkrar məruz qalınmaz.
Xəbərin oxunma sayı : 598
Müsahibə
Xəbərlər
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir?
-
Məşhur şirkətlərin rəhbərinin Azərbaycandan çıxışına QADAĞA
-
İran yenidən bombalanacaq - Tehran böyük hücuma hazırlaşır
-
6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
-
Britaniyalıların 49%-i Aİ-yə qayıtmaq istəyir - “The Guardian”
-
Kərəm Həsənovun əmisi oğlu Cəlilabadda 1300 ha torpağı necə ələ keçirib? - VİDEO
-
Arvadı evdən çölə buraxmayan kişilər cərimələnə bilər - 300-500 manat
-
Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?
-
Xarici şirniyyata 138 milyon dollar: Yerli istehsalçı niyə geri qalır?
-
Aqil Ələsgər Tokayev adına orden ilə təltif edilib - FOTO
-
Marketdən 1400 manat dəyərində lotereya biletləri oğurlandı - Saxlanılan var
-
Paşinyan ölkəsindəki korrupsiyaya həll yolunu “tapdı“: “Ermənistan vətəndaşı Tanrıya inanmalıdır“
-
Güclü yağışlar Zaqatalada fəsadlar törətdi: Körpü dağıldı - FOTO
-
Səudiyyə Ərəbistanı Avropadan husilərlə müharibəyə qoşulmağı xahiş edir - “Bild“
-
Maşınla piyadanı vurub qaçdı, “əcəb etmişəm” dedi - Şəhid atası həbs olundu
-
DİN narkotiklə bağlı əməliyyat keçirdi - Saxlanılanlardan biri İran vətəndaşıdır + Video
-
Vətəndaşın evini sökən “Gold Məkan” şefi həbs olundu - Həm qanunsuz söküb, həm də...
-
Nərimanovda silsilə oğurluqlar - 4 nəfər saxlanıldı
-
Tokayevdən sərt qərar: Nazir müavinlərini və baş komandanı işdən çıxardı
-
Azərlotereya”nın “Kosmos” uduşu - Bəs vətəndaş yerdə nə udur?
-
Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - 15 oktyabrdan
-
Yerli dərman istehsalı artır: Apteklərdə xarici məhsulları əvəz edə biləcək?
-
Avropanı çətin payız-qış mövsümü gözləyir - “Qazprom”
-
Bayramovla Əraqçi telefonda danışdı - Nələr müzakirə olunub?
-
Səhnədən biznesə: Ulduzlar nədən pul qazanır?
-
Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?
-
Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO
-
Problemli kreditlərin artması bank müştərilərinə necə təsir edəcək? - VİDEO
-
Ağ Evin aparıcı şəxsləri İranla bağlı gizli görüş keçiriblər - “Axios“
-
6 il əvvəl pulunu verib mənzil aldı, başına oyun açdılar - VİDEO
-
Milli komandaların ən çox maaş alan 10 baş məşqçisi bəlli oldu - SİYAHI
-
“Artıq altı ildir ki, kirayədə yaşayıram” - Şəhid xanımına ev nə vaxt veriləcək?
-
Sabirabadda canavar təhükəsi - Xeyli heyvan tələf oldu (VİDEO)
-
Bakıda 870 min manatlıq avtomobil satışa çıxarıldı - FOTOLAR
-
Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? - FOTO
-
Qafar Dəmirçi “Ferrum Kapital”ın sədrliyindən getdi - 13 işçi işdən çıxarıldı
-
“Almaniyanın ən mühüm tərəfdaşı olaraq...“ - İlham Əliyev almaniyalı həmkarına yazdı
-
Marketlərdə toyuq filesi qıtlığı yaranıb - Qiymətlər artıb (VİDEO)
-
Qusara və Şahdağa qar yağır - FAKTİKİ HAVA
-
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi - FOTOLAR
-
Anar Bayramov əmr imzaladı - İlkin Namazov vəzifəsindən azad edildi
-
Elçin Əmirbəyov İsveçrə rəsmiləri ilə görüşlər keçirib - Nələr müzakirə olunub?
-
Tovuzda dəhşətli hadisə: Anasının üzərinə benzin tökərək yandırdı
-
Boşanmaq üçün məhkəməyə müraciət etdi, evində qətlə yetirildi - VİDEO
-
Nazirlikdən direktorlara xəbərdarlıq: Hədiyyə qəbul etmək qadağandır
-
Türkiyədə 31 milyard lirədən çox vergi fırıldağı - 52 nəfər saxlanıldı
-
“Demokratlar mənə qarşı impiçment elan etmək istəyirlər“ - Tramp
-
“Manatlıq” taksilər yığışdırıldı: Yolda qalan sərnişin nə etsin?
-
İdris İsayev və İlqar Bayramlının “kadr islahatları” - Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
-
Dələduzlar adamları yeni üsulla aldadırlar - DTX məlumat yaydı
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - ŞİKAYƏT (VİDEO)
-
Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR
-
Ağdamda 14 milyonluq layihə: Strateji istehsal müəssisəsi yaradılır
-
Bakı-Tbilisi-Bakı qatarlarının reysləri artırıldı - Biletlər bu gündən satışdadır
-
İcra başçısı “Instagram”da astrologiya, oyun, gözəllik səhifələri izləyir? - Fotolar
-
“Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır“ - Prezident
-
Sərfəli alış-verişin yeni ünvanı - Vumart Gross (VİDEO)
-
Ermənistanda saxlanılan azərbaycanlı hərbçi həbs edildi - 2 aylıq
-
Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib - 3 nəfər çıxarıldı
-
Azərbaycanda 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib - FOTO
-
Bizə kömək edən olmayıb, silahları da öz pulumuza almışıq - İlham Əliyev
-
YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi - Kimlər getdi, kimlər gəldi?
-
Nazir 20 ilin prorektorunu işdən çıxardı - Yerinə professoru təyin etdi
-
Bu telefon nömrələrinin qiyməti dodaq uçuqladır - FOTOLAR
-
Seysmoloji Xidmət Mərkəzində “akademik yeyinti“
-
Azərbaycanda güclü yağış yağacaq - XƏBƏRDARLIQ
-
Qaxda 7 kq narkotik aşkarlandı - 2 nəfər həbs edildi
-
Sumqayıtda məktəbdə 21 şagird zəhərləndi - TƏFƏRRÜAT
-
Nazir FHN-də strukturu dəyişdi - 7 idarə şöbəyə çevrildi
-
“Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq” - Prezident
-
Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - Fotolar
-
Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib - FOTO
-
Tanınmış rəqqas qalmaqallı görüntülərdən danışdı: “Pula görə etdi“
-
Müasir ideoloji işlər aparılmalıdır - İlham Əliyev
-
ABŞ-ın İranla müharibə hazırlığı: Bu ölkələrə əlavə Patriot-lar yerləşdirildi
-
Bakıda restoran sakinlərin narazılığına səbəb olub - VİDEO
-
Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin - Prezident
-
Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?
-
Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?
-
Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi - İlham Əliyev
-
Nazir müavininin kürəkəni də həbs olundu - Fond istintaqında YENİ
-
Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinə doğru son addımdır - Hikmət Hacıyev
-
Tanınmış rəqqas Nicat Azadlı maşında xanımını döydü - VİDEO
-
Demokratlar aralıq seçkilərdə qalib gəlsələr, mənə impiçment elan edəcəklər - Tramp
-
YAP-ın VIII Qurultayı keçirilir - İlham Əliyev çıxış edir
-
Azərbaycan nefti 5 faizə yaxın bahalaşdı - Yeni qiymət
-
Monqolustandan gətirilən quzu əti bahalaşdı - VİDEO
-
İran xalqı mətanəti və cəsarəti ilə bütün dünyanı heyran edib - Putin
-
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO
-
“Qızıl Saray”da istehlaka yararsız ətlər aşkarlandı - FOTOLAR
-
Tbilisiyə hər gün 2 reys olacaq - Biletlər 36 manatdan başlayır...
-
“Manatlıq” taksilərə qadağa qoyuldu - İnsanlar yollarda qaldı (VİDEO)
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
5 milyon manatlıq onlayn kazino: 6 nəfər saxlanıldı (VİDEO)
-
Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?
-
Azərbaycanda güclü külək olacaq - Bu tarixlərdə
-
Ombudsman aparatında yoxlama - 12 min manat maaş məsələsi gündəmdə
-
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi - QƏRAR
-
“YouTube”da AzTV-nin izləyici kütləsi artıb, ATV-ninki azalıb - TV-lərin reytinq göstəriciləri
-
Bakıda məmurun evinə oğurluğa girdilər, elə bir şey apardılar ki...- TƏFƏRRÜAT
-
Azərbaycanda qadın sevgilisi ilə birgə azyaşlı uşaqlarına əzab verdi - TƏFƏRRÜAT
-
Sabah Azərbaycanda leysan yağacaq - XƏBƏRDARLIQ
-
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi: Sənədsiz obyektlər və cavabsız suallar
-
Gəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır
-
Ağdərədə yeni yarımstansiyanın tikintisinə başlanılır - 3,9 milyon ayrıldı
-
Sakinlər və tikinti şirkəti arasında qiymət mübahisəsi - VİDEO
-
“Loqoped-psixoloq“ Türkan Mehdizadə vətəndaşları döydü - Polisə müraciət olundu
-
Azərbaycanda ezamiyyət qaydası dəyişdi - Yeni qərar
-
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
-
Söküntüyə razı olmayan ev sahibini nə gözləyir? - Vəkildən açıqlama
-
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - Prokurorluq araşdırmaya başladı
-
Azərbaycan media və kommunikasiyanın inkişafına xüsusi diqqət ayırır - İlham Əliyev
-
Milyonlarla manat ödəniş edildi, amma...- “Qala Sığorta”da nə baş verir?
-
Prezident İlham Əliyev Çin liderinə məktub göndərdi - MƏTN
-
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
-
Xəbərdarlıq olunmadan işdən çıxarıldılar - TƏFƏRRÜAT
-
“McDonald’s” qiymətləri süni şəkildə şişirdir? - ARAŞDIRMA
TOP 10
ARXİV






