| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
İranın “ucuz” və “keyfiyyətli” səhiyyə tələsinə düşənlər - ARAŞDIRMA
Tarix 08.06.23, 20:08 |
|
Azərbaycanda müalicə və şəfa üçün yerli səhiyyə müəssisələrinə üz tutanlarla yanaşı, xarici ölkələrə, ələlxüsus da qonşu dövlətlərin səhiyyə sisteminə pənah aparanlar az deyil. Elə müalicə və cərrahi əməliyyatlar üçün qonşu İrana da gedənlər kifayət qədərdir. Həmin şəxslər arasında isə şəfasını tapıb sağlamlığına qovuşanlardan daha çox, İran səhiyyəsinin şişirdilmiş imkanlarına aldanan, nəticədə sağlamlığından da, pulundan da olanlar üstünlük təşkil edir. Belələri, adətən, uzaqdan-uzağa, kimlərdənsə eşitdikləri müsbət, amma uydurma nəticələr və bu istiqamətdə aparılan təbliğatların qurbanına çevrilirlər. Onlar bir çox halda ölkədən ucuz və keyfiyyətli tibbi xidmət adı ilə aparılsalar da, çox vaxt bunun əksini yaşayaraq yenidən ölkə səhiyyəsinə üz tutmalı olurlar.
Səhiyyə sahəsi İranın Azərbaycana təsir vasitələrindən biri kimi
APA xatırladır ki, Azərbaycan müstəqillik qazanandan sonra İranın ölkəmizə nüfuz etmək vasitələrindən biri də səhiyyə olub. Tehran illər boyu öz səhiyyəsinin guya yüksək səviyyədə olması haqqında yalançı təsəvvür yaratmağa çalışıb. Təəssüf ki, “keyfiyyətli və ucuz səhiyyə†sisteminə malik olduğunu təlqin edən İranın yalançı reklamına inanan insanlarımız kifayət qədərdir. Bu cür ucuz təbliğatın qurbanı olan vətəndaşlarımız şəfa tapmaq üçün İrana gedir, nəticədə özlərini təhlükəyə atırlar.
Bəzi faktları xatırlatmaqla İranda səhiyyə sistemi haqqında deyilənlərin mifdən başqa bir şey olmadığını göstərmək olar.
Texnoloji inkişafdan kənarda qalan İran səhiyyəsi necə inkişaf edə bilər?
1979-cu il İranda islam inqilabından sonra ABŞ və aparıcı Qərb ölkələri ilə münasibətləri tamamilə pozulan molla rejimi daim sanksiyalar altında olub. Bu sanksiyalar, eləcə də ikitərəfli münasibətlərdəki problemlər səbəbindən İran dünyada gedən bütün texnoloji inkişafdan kənarda qalıb.
Texnoloji yeniliklərdən, inkişafdan kənarda qalmış bir ölkənin güclü səhiyyə sistemi yaratması isə mümkün deyil. Çünki texnoloji inkişaf, müasir tibbi cihaz və avadanlıqların tətbiqi səhiyyə sahəsinin də inkişafı üçün əsas şərtdir.
Bundan başqa, sanksiyalar altında olan İranın lazımi tibbi və kimyəvi maddələr idxal etməsi də qadağandır. Bu isə ölkədə istehsal edilən dərmanların keyfiyyətinin kəskin azalması deməkdir.
Daha bir fakt ondan ibarətdir ki, uzun illər ərzində tətbiq edilən sanksiyalara, ölkənin sosial-iqtisadi vəziyyətinə görə digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də bacarıqlı, peşəkar kadrlar İranı kütləvi şəkildə tərk etməkdədir.
Sadalanan bu səbəblərdən İranın bu sahəni inkişaf etdirməsi, sadəcə, mümkün deyil.
“Səhiyyə dəllallarıâ€
İnsanların İranda müayinə və müalicəyə cəlb olunmasının ayrı-ayrı işbazlar, eləcə də şirkətlər üçün xüsusi qazanc sahəsinə çevrildiyini də qeyd etmək vacibdir. Onlar yalançı vəd və şərtlərlə vətəndaşlarımızı aldadaraq İrana aparırlar, orada isə müxtəlif xoşagəlməz məqamlar yaşanır. Azərbaycandan vətəndaşları İrana aparan “səhiyyə dəllalları†onlardan xəstəxanaya depozit kimi yatırmaq, həkim qəbulu üçün növbəyə yazdırmaq, eləcə də digər adlarla əvvəlcədən xeyli miqdarda pul alırlar. Vətəndaş mehmanxanaya yerləşdiriləndən sonra isə bəzi hallarda həmin işbazlar hətta telefon nömrələrini belə dəyişdirib, yoxa çıxırlar.
Lakin xəstənin üzləşdiyi problemlər bununla bitmir, xəstəxanada onu daha acınacaqlı ssenarilər gözləyir.
Vətəndaşın xəstəxanalarda daha uzun müddətli qalması, daha çox pul xərcləməsi üçün ona bilərəkdən yanlış diaqnozlar qoyulur, analiz nəticələri saxtalaşdırılır, xəstəyə və yaxınlarına çox vaxt yalandan xəstəliyin kəskin, ağır formada olduğu bildirilir. Bəzən xəstələrin vəziyyətinin yüngülləşdirilməsi üçün müalicə tədbirləri görülür, ancaq bu, daha çox müvəqqəti xarakterli olur. Xəstə bir müddət sonra vəziyyəti pisləşdikdə, yenidən İrana getməli, həmin xəstəxanaya və həkimə üz tutmalı olur. Bu, həm də ona görə edilir ki, xəstə həmin xəstəxanadan və həkimdən uzun müddət asılı vəziyyətdə qalsın, daha çox pul xərcləsin, əvəzində isə qarşı tərəf varlansın.
Bununla paralel, bəzi hallarda xəstənin bədəninə inyeksiya yolu ilə müəyyən viruslar daxil edilir, bununla da başqa xəstəliklərin əsası qoyulur. Yeni xəstəliklərin əmələ gəlməsi isə genofondumuza ciddi zərbə vurulması deməkdir.
İran səhiyyəsinin qurbanları: Faktlarla...
Buraya qədər yazılanlar müəyyən suallar doğura, yaxud kimlərəsə inandırıcı gəlməyə bilər. Lakin faktlar da yazılanları təsdiqləyir.
Məsələn, bir neçə il öncə İran səhiyyəsinin qurbanı olan Arzu Əliyeva 19 yaşında ailə qursa da, ana olmaq üçün etdiyi müalicələr nəticə verməyib.
Arzu Əliyeva deyir ki, Bakıdakı xəstəxanaların birində ona süni mayalanma təklif olunsa da, həyat yoldaşı bununla razılaşmayıb. Bu səbəbdən onlar Təbrizə gedib, orada bütün müayinələrdən keçiblər, müalicə təyin edilib: “İki ay müalicə olunandan sonra ürəyim bulandı, qarnım şişməyə başladı. Həkimlə əlaqə saxlayıb vəziyyətimi bildirdim. Dedi ki, artıq hamiləyəm. Yəni bütün əlamətlər bunu göstərirdiâ€.
Amma Arzu Əliyevanın sevinci uzun sürməyib. Qarnı sürətlə böyüyüb, nəfəs alması çətinləşib: “Qadın məsləhətxanasına getdim. Həkim dedi ki, hamilə deyilsən, qarnına su yığılıb. Məni Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna göndərdilər. Orada müayinə olunandan sonra bəlli oldu ki, bağırsaq vərəminə yoluxmuşam. Üstəlik, İranda aldığım müalicədən sonra məndə dərmanlara qarşı allergiya yaranmışdıâ€.
Kərim Kərimov da sağlamlığına qovuşmaq üçün İrana üzü tutub, ancaq hər şey tərsinə olub:
“2012-ci ildə müayinə olundum və hepatit C virusuna yoluxduğumu öyrəndim. Həkim dedi ki, kəmiyyət və keyfiyyət analizləri verməlisən. Mən isə İranda müalicə olunmaq istədim. Nə bilim, o vaxt İrana getmək bir az da dəb idi, dişi ağrıyan da İranda çəkdirmək istəyirdi. Mən də bir taksi sürücüsünün məsləhəti ilə Təbrizdə “Behrud†klinikasına getdim. Düzü, orada azərbaycanlı xəstələrə yaradılan şərait məni təəccübləndirdi, tərcüməçi vardı. Üstəlik, xəstəxanada bir dənə də olsa, iranlı xəstəyə rast gəlmək mümkün deyil. Tək ultrasəs müayinəsinə (USM) 75 manat ödədim, ümumi analizlərə isə 450 manat pulum çıxdı. Bundan sonra həkim dedi ki, gərək qaraciyərindən bir tikə kəsək, götürüb yoxlayaq, görək xəstəlik sirroza çevrilir, ya yoxâ€.
İranlı həkimin “qaraciyərdən bir tikə götürmək†təklifini eşidəndə huşunu itirib özündən gedən Kərim Kərimov gözünü klinikanın palatasında açıb:
“Həyəcan və qorxudan şəkərim qalxıbmış. Elə bildim, qaraciyərimin yarısını kəsib götürüblər. Mənə sistem qoşdular, dərmanlar etdilər. Həmin gün palatada qaldım. Səhəri isə dedilər ki, aparılan müalicəyə görə 600 dollar verməlisən. Bir gecə üçün 600 dolların çox olduğunu mən dedim, mən eşitdim. Əlim heç yana çatmadı, pulu verib İrandan kor-peşman ayrıldımâ€.
Ən gülməlisi də odur ki, Kərim Kərimova onu iranlı həkimlərin yanına aparan iranlı taksi sürücüsü ürək-dirək verib, yol göstərib:
“Sürücü dedi ki, qorxma, qaraciyərdən tikə götürüb müayinəyə vermək iynə ilə ciyərdən nümunə götürməkdir. Bu müayinə nə az, nə çox - 250 dollara başa gəlir. Dedi ki, özü də bu müayinə ancaq azərbaycanlı xəstələrə yazılır. İranlıların danışığından belə başa düşdüm ki, bu, adi pul tələsi imiş. Sürücü bunu bilə-bilə məni o xəstəxanaya aparıb, sonra da “qorxma, Azərbaycandan gələnlərin əksəriyyətindən bu analizi istəyirlər†deyibâ€.
Bundan başqa, sosial şəbəkələrdə ayrı-ayrı insanların İran səhiyyəsinin qurbanına çevrilməsini əks etdirən kifayət qədər paylaşıma da rast gəlmək mümkündür.
İranda xəstəxana azərbaycanlı körpənin nəşini girov saxlamışdı
Bundan əlavə, İranda səhv müalicə səbəbindən ölən insanların nəşlərinin ailə üzvlərinə verilməsi də həftələrlə uzadılır, yalnız külli miqdarda pul vəsaiti ödəndikdən sonra cənazə ailələrə verilir.
2016-cı ildə İrana müalicəyə aparılan Dadaşzadə Qorqud Rövşən oğlunun meyiti də ailəsinə verilmirdi. 10 aylıq körpə Təbriz şəhərində, “Kudakan†xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində ölüb. Həkimlər isə 3 200 manat borcu əsas gətirərək, uşağın meyitini ailəsinə verməkdən imtina edirdilər. Uşağın əmisi Şəhriyar Dadaşov deyib ki, iranlı həkimlər qardaşı oğlunun başqa diaqnozla öldüyünü bildiriblər:
“Uşaq İranda sağalmışdı. Qaraciyər və dalağındakı şiş çəkilmişdi. Sonra dedilər ki, uşağa infeksiya düşüb. Həkimlər özləri deyirlər ki, uşaq gətirilən diaqnozla ölməyib. Xəstəxanada uşağın ağciyərinə infeksiya düşüb. Bundan başqa, iki-üç gün ərzində xəstəxanadakı bir neçə uşaq da həmin xəstəlikdən ölübâ€.
Şəhriyar Dadaşov qeyd edib ki, həkimlər əvvəlcədən uşağın müalicə xərci ilə bağlı onlara dəqiq bir söz deməyib:
“Uşaq hələ sağ olanda dedilər ki, müalicə bitsin, biz sizə xərcin həcmini deyəcəyik. Uşaq öləndən sonra dedilər ki, sizin xəstəxanaya 15 min 500 manat borcunuz var. İranda hansısa xeyriyyə cəmiyyəti bu məbləğin böyük hissəsini ödəyib. Sizin 3 200 manat borcunuz qalıb. Borcu ödəyəcəyiniz təqdirdə uşağın meyitini verə bilərikâ€.
Ailəsi borcu ödədikdən sonra uşağın meyiti ailəsinə təhvil verilib.
Bəzi hallarda uydurma xəstəliklər və saxta analizlərlə xəstəni qorxudan işbazlar onlara bahalı müalicə kursu yazır, belə hallara daha çox uşaqlarla bağlı rast gəlinir. Müflis olan vətəndaş borcu ödəyə bilmədikdə girov kimi saxlanılır və bəzi hallarda İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edilir. Faciə üzərində pul qazanılır, həm də məxfi orqanlarla əməkdaşlığa məcbur edilir.
İranda bəzi xəstəxanalar casus cəlbetmə yuvasına çevrilib
Bu gün “Güney Azərbaycan†“Telegram†kanalında da bununla bağlı səs yazısı yayılıb. İranda azərbaycanlı xəstələri müalicə edən həkimlərin xüsusi xidmət orqanlarının əməkdaşları olması barədə iddialar səsləndirilir. Səs yazısında deyilir ki, Tehranda həkim azərbaycanlıya iynə vuraraq bədəninə virus yeridib. Həmin şəxs iynə vurulduqdan sonra özünü pis hiss etməyə başlayıb, həkim ona vəziyyətinin çox ağır olduğunu, dərhal müalicə olunmalı olduğunu bildirib. Müalicə üçün isə 50 min dollar tələb olunub. Daha sonra xəstəxanaya gələn müəmmalı şəxslər onunla danışaraq bu pulu ödəməsi üçün ona kömək edəcəklərini, lakin qarşılığında onların dediklərini etməli olduğunu, kəşfiyyat məlumatları verməli olduğunu deyiblər.
Bütün bu baş verənlər “səhiyyə turizmi†adı altında İranda vətəndaşlarımıza qarşı törədilən və ciddi araşdırmalı olan məsələlərdir.
Həkim: “Kiminsə öz canını İran kimi bir dövlətin səhiyyəsinə əmanət etməsini anlamaqda çətinlik çəkirəmâ€
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi Aynurə Əmirova bildirib ki, bir şəxs tibbi yardım üçün xarici ölkəyə üz tutursa, orada qarşılaşa biləcəyi həm müsbət, həm də mənfi məqamlar barədə əvvəlcədən mütləq məlumatlandırılmalıdır.
Tibbi turizmdən yararlanmaq istəyən insanların qarşılaşacağı risklərə gəldikdə, həkimin sözlərinə görə, bu məsələdə ilk növbədə yaşanan problem tibbi sığorta ilə bağlı olur:
“Məsələn, çox vaxt xidmət üçün ödənilməli olan müəyyən məbləğ nəzərdə tutulur, daha sonra isə sığortadan kənar əlavə məbləğ ödənilməsi kimi məqamlar ortaya çıxır. Bu da qiymətin yüksəlməsi deməkdir. Digər məqam isə səyahət zamanı həmin regiona məxsus hansısa virusa yoluxma riskidir. Bəzi ölkələr var ki, oraya getmədən öncə müəyyən peyvəndlərin aparılması tövsiyə olunur, bəzi hallarda isə bu, mütləqdir. Əsas mənfi tərəflərdən biri də sırf tibbi müdaxilədən sonra fəsadların yaranması və səyahət zamanı həmin fəsadların daha kəskin formada keçməsidir. Qeyd etmək lazımdır ki, səyahət edən zaman insanın immun sistemi zəifləyir və bunun fonunda hansısa tibbi müdaxilə aparılırsa, onun effektivliyi də bir qədər aşağı düşür. Səyahət vaxtı ağırlaşma yaranırsa, həmin müddətdə tibbi yardımın göstərilməsi daha da çətinləşir. Ona görə bunları nəzərə almaq lazımdırâ€.
Sırf mama-ginekologiya ixtisasına gəlincə isə, həkim bildirib ki, vətəndaşların xarici ölkələrə üz tutma səbəbi daha çox sonsuzluq, süni mayalanma müalicə üsulu ilə bağlı olur:
“Bunun üçün vətəndaşlarımız daha çox Türkiyə, İsrail, İran, Rusiya kimi ölkələrə üz tuturlar. Bu zaman nəzərə almaq lazımdır ki, önəmli məqam təkcə hamiləliyin baş tutması deyil, eyni zamanda, hamiləlik baş tutduqdan sonra onu doğuşa qədər çatdırmaqdır. Bu zaman ölkəyə dönmüş vətəndaş üçün həmin həkimin müayinəsi əlçatan olmur və müəyyən fəsadlar meydana gəlir, risk qrupuna daxil olan hamilə qadınlarla işin düzgün qaydada aparılması ilə bağlı boşluqlar yaranır. Yerli həkimlərimiz arasında kifayət qədər nəticəsi yüksək olanlar var. Buna görə tövsiyə edərdim ki, yerli həkimlərə müraciət edilsin. Bu zaman müəyyən həssas müalicə üsullarının yerli şəraitdə aparılması tövsiyə olunur ki, bu da alınan müsbət nəticələrin faizinin artmasına təsir göstərirâ€.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun böyük elmi işçisi, həkim mama-ginekoloq Nəcibə Məhərrəmova deyib ki, bu gün Azərbaycan səhiyyəsi Avropa standartlarına uyğun səviyyədə inkişaf edib:
“Açığı, bu halda öz səhiyyəmizdən narazı qalıb, başqa bir ölkənin səhiyyəsinə üz tutmağın özünü nadanlıq hesab edirəm. Xüsusilə də bu qədər mütərəqqi addımların atıldığı, ölkədə tibbin inkişaf etdiyi bir vaxtda kiminsə öz canını İran kimi bir dövlətin səhiyyəsinə əmanət etməsini anlamaqda çətinlik çəkirəm. Bizim özümüzün gözəl alimlərimiz, instrumental metodlarımız, diaqnostik mərkəzlərimiz, yeni açılan klinikalarımız var. Xəstələrə yüksək səviyyədə diaqnoz da qoyulur, müalicə də aparılır. Mən təsəvvürümə gətirə bilmirəm ki, Azərbaycandan kimsə İran səhiyyəsinə müraciət etsin və onlardan xeyir tapsınâ€.
XİN: İrana səfər etməkdən çəkinin
Yuxarıda sadalanan faktlardan bu nəticəyə gəlmək olar ki, İran xəstəxanalarında Azərbaycan vətəndaşlarının sağlamlığı və təhlükəsizliyi təmin edilmir. Əksinə, müxtəlif məqsədlər, o cümlədən müalicə üçün bu ölkəyə üz tutan vətəndaşlarımız ciddi problemlərlə üzləşir, bəzi hallarda xüsusi xidmət orqanları tərəfindən hədəfə götürülürlər, onların əməkdaşlığa cəlb edilməsinə çalışılır. Razılaşmayanda isə hətta saxta ittihamlarla həbs edilirlər.
Təsadüfi deyil ki, bu yaxınlarda Azərbaycan Xarici İşlər Nazirliyi növbəti dəfə zərurət olmadan İrana səfər etməkdən çəkinməyə çağırış edib.
Xəbərin oxunma sayı : 1051
Gündəm
Xəbərlər
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
“Millimizin futbolçuları hazırda...“ - Ayxan Abbasovdan oyun öncəsi açıqlaması
-
Xırdalanda sakinlərin istirahət yerində obyekt tikilir? - VİDEO
-
Bakıda avtobuslar üçün yeni mübadilə mərkəzi tikilir - VİDEO
-
Zelenski Avropaya xəbərdarlıq etdi: Rusiya və ABŞ nəyi müzakirə edir?
-
300 min manatlıq dələduzluq - Onlarla şikayətçi və həbs edilənlər var
-
Prezident Dublində onlarla görüşdü - FOTOLAR
-
Sükan arxasında ağıllı saat işlədənlər də cərimə olunsun - TƏKLİF
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - VİDEO
-
Ebola ilə mübarizə aparan 55 tibb işçisi həyatını itirib - Konqoda
-
Türkiyədə hərbi helikopter qəzaya uğradı - 4 nəfər həlak oldu
-
Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirildi - FOTO
-
Məşhur icra başçısının oğlu məhkəmədə DİNDİRİLDİ - Siqaret qaçaqmalçılarının İŞİ
-
Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək
-
Bakı təhsilinin şefinin rəfiqə və qohum şəbəkəsi - BŞTİ-dəa nə baş verir?!
-
“Nvidia” rəhbəri Yensen Huanq istefa verdi - Çin kəşfiyyatı qalmaqalına görə
-
Məhkəmə general qızı ilə bağlı qərar verdi - Ev dustaqlığına buraxıldı
-
Hakim ərini baltalayan qadını qəfəsdən çıxardı - BAKIDA
-
Azərbaycanda bu məhsullar bahalaşıb - Siyahı
-
Yüksək vəzifəyə təyin olunmuşdu - 23 gün sonra işsiz qaldı
-
Qarabağa görə KTMT-dən kömək istəməmişik! - İrəvan Moskvaya cavab verdi
-
ADSEA-da ikinci maaş iddiası: Zaur Mikayılov idarə rəislərinə əlavə 5000 manat paket verir?
-
“İranla razılaşmaya ehtiyacımız yoxdur” - Donald Tramp
-
Yükdaşıma sektorunda vergi qaydaları dəyişir - Yeni güzəşt təklif olunur
-
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı - Personal çıxarıldı
-
ABŞ Ukrayna üçün “Starshield“in sürətini yenidən azaltdı - Zelenskidən etiraz
-
Sabiq komitə sədrinin otelini alan olmadı - Qiyməti 1,3 milyon endirildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezident İlham Əliyev Maya Sandu ilə görüşüb - FOTO
-
Teymur Musayevə yeni vəzifə verildi - Əsədov qərar imzaladı
-
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirdi - Video
-
Prezident “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak edir - Fotolar
-
Bakının mərkəzində “yaşıl soyqırım“ - yenə Əsabil Qasımovun adı...
-
Matviyenko İrəvana xəbərdarlıq etdi: “KTMT-dən çıxarsa...“
-
İlham Əliyev Dublində Zelenski ilə görüşdü - FOTOLAR
-
Bu şəxslər üçün şad xəbər: Elektrik xərcinin yarısını dövlət ödəyəcək
-
Zabratda sənədsiz toyuq əti satan müəssisə bağlandı - Fotolar
-
İşlənmiş maşınlar ucuzlaşa bilər - yeni qaydalar gəlir
-
“Qaya” restoranı sahəsini qanunsuz artırdı - VİDEO
-
Son 76 ildə ömür uzunluğu hansı ölkədə nə qədər artıb? – Siyahı
-
Ardadan “Real”a rədd cavabı: 22 milyon maaşla bu kluba keçir
-
DİN və ETSN birgə əməliyyat keçirdi: 150 illik ağacları kəsən 6 nəfər tutuldu (VİDEO)
-
Keçmiş nazir aeroportda saxlanıldı – Korrupsiyada ittiham olunur
-
Mədəniyyət, idman və gənclər siyasətinə 643 milyon manat ayrılacaq - Xərclərin bölgüsü
-
Bakı Hərbi Məhkəməsində səs-küylü iş - 7 nəfər hakim qarşısında
-
“Putin NATO”su belə güclənməyə qərar verdi - yeni hərbi plan
-
Tanışının övladını həbsdən azad edəcəyi vədi verdi, özü həbsdə qaldı - TƏFƏRRÜAT
-
Məmməd Musayevin qardaşı oğlu şirkətinin əmlakını satır - DETALLAR
-
Sankt-Peterburqda avtomobil partladıldı - Hərbçi həlak oldu
-
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO
-
Kartof sahələrində xəstəliklərin əsas səbəbi dərmanların təsirsiz olmasıdır? - VİDEO
-
Azərbaycanda ən çox və ən az maaş verilən sahələr - Statistika
-
Bakıda vətəndaşların mənzilləri bir neçə dəfə satışa necə çıxarılıb? - VİDEO
-
İran ayda 50 ballistik raket istehsal edə bilər - “Bloomberg“
-
Pekindən Vaşinqtona mühüm zəng: Çin ABŞ-la nələri müzakirə etmək istəyir?
-
Millətlər Liqasında V tur başlayır: Türkiyə Belçika, İtaliya Fransaya qarşı
-
General Natiq Əliyevin qızı saxlanıldı - Dələduzluğa görə
-
Sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var
-
Avtomobil icarəsi ilə məşğul olan şəxslərə xəbərdarlıq - VİDEO
-
“Rusiya ilə ilin sonunadək razılaşma əldə etmək mümkündür“ - Zelenski
-
Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - FOTO
-
Tehran şərtlərini irəli sürüb, indi növbə Vaşinqtondadır - Qalibaf
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - VİDEO
-
“İrəvandakı Göy məsciddə şou düzənlədilər“ - QMİ-dən sərt etiraz
-
Prezidentin sosial şəbəkə hesablarında COP31-lə bağlı paylaşım edildi - VİDEO
-
Azərbaycan bank sektorunu silkələyən sensasion faktlar - Rauf Kazımovun offşor izi
-
KTMT-də Ermənistan bağlı qərar verildi - Bu hüquqdan məhrum edildi
-
Bakıda istilik mövsümü başlayır - Bu halda ödəniş etməyə bilərsiz!
-
“AzParking”dən sürücülərə xəbərdarlıq: “Digərləri etibarsızdır”
-
Mehriban Əliyeva ilə Əminə Ərdoğan bir arada - FOTOLAR
-
Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı - FOTOLAR
-
Azərbaycanda əməkhaqqı 30 qəpik azalıb - Rəsmi məlumat
-
Prezident xanımı ilə Liderlər Sammitində - FOTOLAR
-
Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi
-
Dövlət Yol Polisinin adından fişinq hücumları var - XƏBƏRDARLIQ
-
Fərhad Qaraşov yenidən sədr seçildi - İdarə Heyətinin üzvləri onlar oldu
-
“Vətəndaşın haqqı ödənilməlidir“ - Nazirdən bələdiyyələrə irad
-
Hərraca çıxarılan villaların sahibi kimdir? - Bakıda partlayış, Moskvada ermənilərlə ortaqlıq…
-
“Xəstəxanada üç dəfə qıcolma tutdu, əlillik təyin edilmir” - Rəsmi açıqlama
-
İlham Əliyevi Ərdoğan və Quterreş qarşılayıb - VİDEO
-
Şəxsi təsərrüfatdan əldə edilən süd və yumurtadan da vergi alınacaq? - Video
-
Müğənni Dənizin qazinin haqqına göz dikən əlillik alveri – MƏHKƏMƏ İŞİ
-
Saatlıq əməkhaqqı aylıq maaşdakı tarifdən - Yüksək müəyyən ediləcək
-
Prezident və birinci xanım Türkiyəyə səfərə yollandı - FOTOLAR
-
Mesut Özil Ukraynanın “qara siyahı”sına düşdü - SƏBƏB
-
Sabiq Baş nazirin qardaşı saxlanılıb - İnsan alverinə görə
-
Azərbaycanlı biznesmenə hökm oxundu: 141 milyonluq mülkünə həbs qoyuldu
-
Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
-
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
-
Nazirliyinin tabeliyindəki Mərkəzdə yeni rəhbər təyinatı - FOTO
-
Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? - VİDEO
-
Türkiyə ilə Azərbaycan arasında ayrılıq salmaq cəhdləri nəticəsiz qalacaq - Ərdoğan
-
Rubio İranın şərtlərini “cəfəngiyyat“ adlandırdı - ABŞ-Tehran münasibətləri dalana dirənib
-
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı kəskin artıb - RƏQƏMLƏR
-
Zaporojye cəbhəsində kəskin ziddiyyət: Rusiya bir söz deyir, Ukrayna başqa
-
“Ermənistan Aİ-yə üzvlük məsələsində əvvəlcə referendum keçirməlidir” - Rəsmi Moskva
-
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir - “The Washington Post“
-
Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video
-
İnternet axşamlar niyə zəifləyir? - Sürəti artırmaq üçün sadə üsullar
-
Avropa liderləri Əbu-Dabi danışıqlarına qatılır - Fransadan açıqlama
-
Bakıda “QAZ-3110“la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı
-
Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
-
Yeməkdən sonra yuxulamağın səbəbi bəlli oldu - Bu qidaları azaldın
-
Hansı rayonlara qar yağır? - Faktiki hava açıqlandı
-
Arvadına xəyanət edən milyarder dünyanın gündəmində - Ermənistanda milyardlarla dollarlıq layihə!
-
Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - FOTO
-
“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - Abbas Əraqçi
-
Azərbaycanda 2,2 milyardlıq turist xərcləri - Ən böyük pay bu ölkənindir
-
Şanlı Zəfərdən Böyük Qayıdışa doğru məqsədyönlü addımlar atılır
-
Moldova Rusiya qazından tamamilə imtina edib - Sandu
-
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
-
İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir - Tramp
-
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO
-
Şuşa Zəfəri Azərbaycanın müasir tarixinin zirvəsidir
-
“Eşq olsun Azərbaycan Bayrağına!” - VİDEO
-
Azərbaycanda Dövlət Bayrağı Günüdür
-
Bakıda Zəfər Günü konserti möhtəşəm atəşfəşanlıqla yekunlaşıb - Fotolar
-
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - FOTOLAR
-
Xankəndidə Prezidentin adından ziyafət verildi - FOTOLAR
-
“Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin“ - İlham Əliyev
TOP 10
ARXİV






