“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Tramp Navid Əfkarinin işində kömək etməyə çalışırdı” – Dana Uayt

Tarix 13.09.20, 16:12

Font ölçüsü : - / +
bitmap-img6


Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Dana Uayt yunan-Roma güləşi üzrə bir neçə dəfə İran çempionu olmuş güləşçi 27 yaşlı Navid Əfkarinin məhkəmənin qərarı ilə edam edilməsi ilə bağlı fikirlərini bölüşüb.

UFC prezidentinin sözlərinə görə, o, İranda hökmün icraya yönəldilməsindən və beynəlxalq ictimaiyyətin xahişlərinə qulaq asılmamasından şoka düşüb.

“Təəssüf ki, mən hökmün icra edilməsindən şoka düşmüşəm. Mən Donald Trampa zəng etdim və ona vəziyyət haqqında danışdım. O, dedi ki, baxacaq görsün nə edə bilər. Bilirəm ki, prezident kömək etməyə çalışırdı”.

UFC prezidenti deyib ki, ABŞ prezidenti ilə yanaşı, digər nüfuzlu şəxslər də vəziyyəti dəyişdirməyə çalışıb:

“Əfkarinin işini böyük telekanalların işıqlandırdığını eşidirdim. Avropada və Yaxın Şərqdə bir çox insan bu haqda yazırdılar. Bilirəm, başqa nüfuzlu insanlar kömək etməyə çalışırdılar, amma… Bu, kədərlidir. Mən kömək etməyə çalışırdım”, – Uayt “UFC Fight Night 177” yarışından sonrakı mətbuat konfransında deyib.

Xatırladaq ki, yunan-Roma güləşi üzrə bir neçə dəfə İran çempionu olmuş güləşçi 27 yaşlı Navid Əfkari dünən səhər saatlarında edam edilib. Onun edam edilməsi dövlət televiziyası vasitəsilə açıqlanıb. İranın Ali Məhkəməsi güləşçini 2018-ci ildə hökumət əleyhinə etirazlar zamanı mühafizəçini öldürməkdə təqsirləndirərək ona ölüm hökmü çıxarıb. Güləşçi isə öz növbəsində mühafizəçini öldürdüyünü işgəncə altında etiraf etdiyini və əslində cinayəti törətmədiyini bildirib.

ABŞ prezidenti Donald Tramp da İran hakimiyyətini bu addımdan çəkinməyə çağırıb. /Report.az



Xəbərin oxunma sayı : 787




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap