Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Avropadakı ermənilər təlaş içində: onları deportasiya edirlər

Tarix 09.09.19, 22:44

Font ölçüsü : - / +
bitmap-img6


Avropa ölkələrində sığınacaq alan ermənilər məcburi şəkildə Ermənistana göndərilir.

AzFakt.com oxu.az-a istinadən xəbər verir ki, Ermənistan mətbuatının yazdığına görə, Almaniyadan çarter reyslərlə gələnlərin bəziləri deportasiya barədə bildiriş almadığını iddia edirlər.

Digərləri isə deportasiya barədə bildiriş alsalar da, sağlamlıqlarına görə Almaniyadan çıxa bilməyiblər. Lakin onlar müalicə kursunu başa vurmağa vaxt tapmamış məcburi şəkildə ölkədən çıxarılıblar.

Ailəsi ilə birlikdə deportasiya edilən Arman Almaniyada qaçqın düşərgəsində yaşadığını bildirib. Onun sözlərinə görə, bundan sonra Ermənistanda necə yaşayacaqlarını bilmirlər.

"Çünki pulum yoxdur, müalicə məsələsini necə həll edəcəyimi də bilmirəm. Ölkədə dərmanların keyfiyyəti yaxşı deyil", - deyə Arman bildirib.

Varsenik də müalicənin keyfiyyətinə görə Ermənistana dönmək istəmədiyini, amma zorla deportasiya olunduğunu deyib.

Son bir neçə gündə Almaniyadan iki dəfə çarter reysi ilə 80 nəfər erməni məcburi olaraq ölkədən çıxarılaraq Ermənistana yola salınıblar.

Ermənistan miqrasiya xidmətinin məlumatına görə bu ilin birinci yarısında 944 erməniyə qarşı Avropa Birliyi ölkələrindən 490 readmissiya iddiası daxil olub.

Bu şəxslərin Ermənistan vətəndaşı olmaları təsdiq edilərək məcburi şəkildə öz ölkələrinə qaytarılıblar.

Ermənistana məcburi şəkildə geri qaytarılan ermənilərin əksəriyyəti Almaniyadandır - 576 nəfər.

Fransadan 96, İsveçdən 36, Avstriyadan 35 erməni deportasiya olunub.

Məsələ orasındadır ki, əvvəllər sığınacaq verilən vətəndaşlar da geri göndərilir. Çünki siyasi sığınacaq məsələsinə üç ildən bir baxılır.



Xəbərin oxunma sayı : 397




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap