Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Azərbaycan Ermənistana qalib gəldi - 27 ildən sonra böyük uğur

Tarix 02.11.19, 18:45

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın kişi və qadın şahmatçılarından ibarət milli komandaları Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatının son tur oyunlarını qələbə ilə başa vurub.

AzFakt.com xəbər verir ki, qadınların mübarizəsində Ermənistan, kişilərin yarışında isə Sloveniya yığması məğlub edilib. Qadınların görüşündə Günay Məmmədzadənin birinci lövhədə Lilit Mkrtçyan üzərində qələbəsi həlledici olub. Qalan şahmatçılar heç-heçə etdiklərindən 2,5:1,5 hesablı nəticə qeydə alınıb. 

Bununla da qadınlardan ibarət Azərbaycan millisi 27 ildən sonra ilk dəfə Avropa çempionatının medalçıları sırasına düşüb. Yalnız Rusiya və Gürcüstandan geri qalan yığma 3-cü yeri tutub. 

Kişilərdən ibarət yığma isə Sloveniyaya 3:1 hesabı ilə qalib gəlib. Komanda üzvlərindən qələbəni Rauf Məmmədovla Qədir Hüseynov 2-3-cü lövhələrdə əldə ediblər.  

Avropa çempionatı
IX tur

Kişilər
Sloveniya - Azərbaycan 1:3
Luka Leniç - Arkadi Naydiç 0,5:0,5
Matey Sebenik - Rauf Məmmədov 0:1
Yure Skoberne - Qədir Hüseynov 0:1
Yan Sudel - Eltac Səfərli 0,5:0,5

Azərbaycan - Ermənistan 2,5:1,5
Günay Məmmədzadə - Lilit Mkrtçyan 1:0
Xanım Balacayeva - Elina Danielyan 0,5:0,5
Ülviyyə Fətəliyeva - Mariya Gevorqyan 0,5:0,5
Gülnar Məmmədova - Anna Sarqsyan 0,5:0,5 

Qeyd edək Azərbaycanın qadın millisi indiyədək ən böyük nailiyyətinə 1992-ci ildə imza atıb. Həmin vaxt da bürünc medal qazanılıb. Kişilərdən ibarət yığma isə üç dəfə - 2009, 2013 və 2017-ci illərdə Avropa çempionu adını qazanıb, 2011-ci ildə gümüş, 2007-ci ildə isə bürünc medala layiq görülüb. 



Xəbərin oxunma sayı : 1042




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap