Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Azərbaycan Xalq Cümhuriyyətinin gəncəli qurucuları - VİDEO

Tarix 28.05.26, 17:23

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında mühüm rol oynamış ictimai-siyasi xadimlərin bir çoxu əslən Gəncədən olub.

Baku TV-nin xəbərinə görə, həm say, həm də fəaliyyət baxımından Gəncə ziyalıları Cümhuriyyətin formalaşmasında xüsusi yer tutublar. Bu tarixi şəxsiyyətlərin irsi isə bu gün də şəhərdə qorunub saxlanılır.

Tarixçi Bəxtiyar Məmmədov bildirib ki, Xəlil bəy Xasməmmədov, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Mollazadələr, Müştəhidzadələr, Rəfibəylilər və Şeyxzamanovlar kimi tanınmış nəsillər Azərbaycan Cümhuriyyətinin qurulmasında böyük rol oynayıblar.

O qeyd edib ki, Nəsib bəy Yusifbəyli 1902-ci ildən ictimai fəaliyyətə başlayıb, 1917-ci ildə Türk Ədəmi-Mərkəziyyət Partiyasının yaradıcılarındandır. O, Zaqafqaziya Demokratik Federativ Respublikasında maarif naziri vəzifəsində çalışıb, Azərbaycan Milli Şurasının yaradılmasında iştirak edib. Nəsib bəy Yusifbəyli Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumətində maarif naziri, sonrakı hökumətlərdə isə maarif və din naziri olub. O həmçinin Cümhuriyyətin təhsil, mətbuat, məhkəmə və ordu quruculuğunda mühüm xidmətlər göstərib.

Tarixçinin sözlərinə görə, Mehdi bəy Cüvarlinski də milli azadlıq hərəkatının fəal simalarından biri olub. Cüvarlinskilər nəsli Difai Partiyasının yaradıcıları sırasında yer alıb. Partiyanın fəaliyyətinə qadağa qoyulduqdan sonra isə Mehdi bəy Cüvarlinski və İsmayıl xan Ziyadxanov 1907-ci ildə "Müdafiə" təşkilatını yaradıblar.

Bəxtiyar Məmmədov onu da vurğulanıb ki, Gəncədə yerləşən qədim Səbiskar qəbiristanlığında Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra görkəmli xadimlərinin məzarları yerləşir. Burada Cüvarlinskilərin, Xasməmmədovların, Xoyskilərin, Rəfibəylilərin və Şeyxzamanovların türbələri qorunur.






Xəbərin oxunma sayı : 127




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap