Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Bu ölkələrdə koronavirus qeydə alınmayıb – SİYAHI

Tarix 01.06.20, 19:52

Font ölçüsü : - / +
bitmap-img6


Türkmənistan, Şimali Koreya və 4 Sakit okean ölkələri – Vanuatu, Nauru, Tonqa və Solomon adalarında koronavirus aşkarlanmayıb.

Bu barədə məlumatı Norveçin VG nəşri yayıb.

Oslo Universitetinin Koreya üzrə mütəxəssisi Vladimir Tixonov fikrincə, Şimali Koreya koronavirusun aşkarlanmadığını vurğulasa da, mətbuatdan az da olsa, məlumat çıxartmaq olar:

“Şimali Koreya KİV-nə inansaq, ölkədə təxminən 10 min vətəndaş və 350 xarici vətəndaş təcrid edilmişdi. Hazırda onların əksəriyyətini buraxıblar. Bu məlumat və ölkədən qaça bilən ailələrin danışdıqlarına görə, belə qənaətə gəlmək olar ki, Şimali Koreyada koronavirusa yoluxan çox olub. Axı bu ölkənin Çinlə sıx ticarət münasibətləri olub”.

Alimin sözlərinə görə, Çində koronavirus aşkarlanan kimi Şimali Koreya sərhədləri bağlayıb:

“Bəzi məlumatlara görə, ticarəti gizlincə davam etmək istəyənlər edam edilib. İnfeksiya daşıyıcısı olmaqda şübhəli bilinən hər kəs karantinə yerləşdirilib. Görünür, bu tədbirlər işə yarayıb: onlar koronavirusun öhdəsindən gələ biliblər”.

Nəşrin yazdığına görə, Şimali Koreyanın qapalı ölkə olması hər kəsə məlumdur, ancaq Türkmənistan haqqında çox adam danışmır.

Bildirilib ki, Mərkəzi Asiya ölkəsi heç Ümumdünya Səhiyyə Təşkilatının nümayəndə heyətini də ölkəyə buraxmayıb.

“Orada yoluxanların sayını qiymətləndirmək çətindir, çünki ölkə bizim üçün qəti şəffaf deyil. Onlar heç ÜST-ni belə ölkəyə buraxmayıblar. Bu, mənim fikrimcə, onu göstərir ki, ölkədə yoluxanlar var”, – Norveçin Beynəlxalq Münasibətlər İnstitutunun araşdırmaçısı Roman Vakulçuk nəşrə bildirib.

Bununla belə, onun fikrincə, Türkmənistanda koronavirusa yoluxanların sayı çox deyil:

“Ora gündəlik bir cüt aviareyslər gerçəkləşdirilir. Bu virusun alovlanmasının qarşısını kəsir”, – R.Vakulçuk vurğulayıb.

Araşdırmaçının fikrincə, yoluxanların sayı artarsa, Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədov beynəlxalq yardım almaq üçün hərəkətə keçəcək, çünki ölkənin səhiyyə sistemi xəstəliyin alovlanması ilə mübarizəyə heç hazır deyil.

“Başlanğıc üçün onların potensialı var, yəni azsaylı yoluxanların öhdəsindən gələ biləcəklər. Səhiyyə sistemi buna dözə biləcək. Ancaq yoluxanların sayı artarsa, resurslar çatmaya bilər”, – institutun eksperti bildirib. (report)



Xəbərin oxunma sayı : 661




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap