“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Dərmanların qiymətini necə ucuzlaşdırmaq olar? - Professordan təklif

Tarix 25.05.23, 12:21

Font ölçüsü : - / +
bitmap-img6


"Bəzi mühüm dərmanlar İcbari Sığorta Paketinə daxil edilməlidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla iqtisadiyyat nazirinin müavini Elnur Əliyevin "Türkiyədən Azərbaycana idxal olunan malların dəyərinin yuxarı olması onların burada da qiymətinin qalxmasına səbəb olub” fikirinə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, dərman maddələrinin keyfiyyət parametrlərindən, istehsal qiymətindən, texnologiyadan asılı olaraq qiymətlər də fərqli olur:

"Ayrı-ayrı ölkələrdə də qiymətlərin fərqli olduğunu görürük. Məsələn, Almaniyada eyni adlı dərman Türkiyədən iki dəfə bahadır. Bu, həm də daxili bazarın qiymətidir. Əlbəttə, Azərbaycan bazarında dərmanlar baha deyil, sadəcə əhalinin gəlirlərinə nisbətən baha görünür. Düşünürəm ki, bunun çıxış yolu hazırda İcbari Tibbi Sığorta çərçivəsində paketə müəyyən dərmanların daxil edilməsi və müalicə prosesin pulsuz istehlakıdır”.

Adil Qeybulla bildirib ki, yalnız bundan sonra qiymətlərin tənzimlənməsi mümkündür:

"İlkin mərhələdə yavaş-yavaş daxili istehsala keçmək və bəzi mühüm dərman preparatlarının, məsələn, qan təzyiqi, şəkər və çox istifadə olunan dərman preparatlarının ölkədə istehsalına nail olmaq və bununla qiymətlərinin xeyli ucuzlaçmasına nail olmaq mümkündür. Hər halda hesab edirəm ki, bazarın tənzimlənməsi üçün müəyyən tədbirlər görülməlidir”.

Adil Qeybulla hesab edir ki, bu tədbirlərə ilk növbdə həm dərmanların keyfiyyətini lazımı səviyyəyə çatdırmaq, həm də onların qiymətinin əhali üçün əlçatan olmasının təmini yollarını aramaq daxildir.

Qeyd edək ki, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında  dərmanların baha olmasının səbəbini açıqlayıb. O bildirib ki, Türkiyədən Azərbaycana idxal olunan malların dəyərinin yuxarı olması onların burada da qiymətinin qalxmasına səbəb olub.



Xəbərin oxunma sayı : 478




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap