“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Neftçalada saxta arayış verən həkim tutulub – DİN

Tarix 07.08.20, 20:08

Font ölçüsü : - / +
bitmap-img6


Xüsusi karantin qaydalarını pozaraq bölgələrdən Bakı şəhərinə vətəndaşların hərəkətinə şərait yaradan daha bir vəzifəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində Neftçala Rayon Mərkəzi Xəstəxanasının Xolqaraqaşlı kənd sahə xəstəxanasının baş həkimi Mahir Əhmədov tutulub.

Araşdırma zamanı müəyyən edilib ki, Mahir Əhmədov pul müqabilində karantin rejimi dövründə heç bir xəstəliyi olmadığı halda kənd sakini olan bir qadına Bakı şəhərində fəaliyyət göstərən Respublika Klinik Xəstəxanasında müayinədən keçməsinə dair saxta tibbi arayış verib. Bununla da saxlanılan şəxs həmin qadının karantin rejimi dövründə ölkə ərazisində sərbəst hərəkət etməsinə şərait yaradıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Mahir Əhmədovun karantin rejimi dövründə başqa şəxslərə bu tipli arayışlar satıb-satmadığı istintaq yolu ilə araşdırılır.




Xəbərin oxunma sayı : 3250




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap