“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Bütün ölkələrdə peyvəndləmə aparılmalıdır - ÜST

Tarix 22.02.21, 21:14

Font ölçüsü : - / +
bitmap-img6


Dünyanın hər hansı bölgəsində koronavirusa qarşı peyvəndləmənin aparılmaması və ya yubadılması həmin xəstəliyin yeni növlərinin yayılmasına, mövcud dərmanların təsirini heçə endirməsinə gətirib çıxara bilər.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə videosöhbətindən sonra jurnalistlərlə görüşü zamanı bildirib.

Suallara cavab verən təşkilat rəhbəri qeyd edib ki, bütün ölkələrdə peyvəndləmənin başlaması dünyanın ümumi mənafeyinə uyğundur.

“Bu virus hər yerdə məğlub edilməsə, biz onu dünya miqyasında məğlub edə bilmərik. Peyvəndləmənin keçirilməyəcəyi, yaxud təxirə salınacağı hər hansı yerlər koronavirusun yeni-yeni növlərinin çoxalması üçün meydana çevriləcək. Belə olarsa, tətbiq etdiyimiz dərmanlar faydasız ola bilər”, - diplomat vurğulayıb.

O həmçinin inkişaf edən ölkələrdə peyvəndləmənin aparılmaması səbəbindən həm də yüksək gəlirli ölkələr üçün ciddi problemlər yaranacağını dilə gətirib. Bununla bağlı o, həmin dövlətləri öz vətəndaşları ilə yanaşı, dünyanın bütün sakinlərinin də peyvəndlənməsinin vacib olduğunu başa salmağa çağırıb.



Xəbərin oxunma sayı : 748




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap