“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

İldə Türkiyəyə 1 milyard dollar qazandıracaq - MEQALAYİHƏ

Tarix 06.04.21, 23:41

Font ölçüsü : - / +
bitmap-img6


Hazırlıq işləri davam edən və Türkiyənin meqalayihələri arasında olan "Kanal İstanbul" iqtisadiyyata hər il 1 milyard dollar fayda verəcək.

11 milyard dollarlıq sərmayə qoyulan layihədə 10 min nəfərin məşğulluğu təmin olacaq.

İldə 43 min gəminin keçməsi planlaşdırılan Kanalın gəliri ikiqat artacaq. Mövcud vəziyyətdə Boğazdan keçən gəmilərin mayak, xilasetmə və sağlamlıq xərcləri, yerdəyişmə və pilotluq xidmətləri üçün ödədikləri ödənişlər "Kanal İstanbul"un gəlir qapısı olacaq.

Böyük gəmilər Boğazda ortalama 14,5 saat gözləməli olurlar. Bu müddət bəzən 4 günə qədər uzanır. Məlumatlara görə, tankerlərin gözləmələr səbəbindən iqtisadi itkiləri milyonlarla dollara çatır.

Uzunluğu 200 metrdən çox olan tankerlərin gündəlik kirayə itkisi orta hesabla 120 min dollara çatır. Gəmilərin gözləmə xərclərini də nəzərə alanda "Kanal İstanbul"u keçən gəmilərə böyük üstünlük təşkil edir. Sürətli və etibarlı tranzit sayəsində bir çox gəmilər "Kanal İstanbul"dan gözləmədən də keçə biləcək. Bu da Kanalın gəlirlərini əhəmiyyətli dərəcədə artıracaq.

"Kanal İstanbul"un keçəcəyi marşrutun ümumi sahəsi 152 milyon kvadrat metrdir. Bu sahənin 37,5 milyon kvadratmetri su yolu üçün istifadə ediləcək. //Teleqraf.com



Xəbərin oxunma sayı : 844




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap