| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Prezidentin köməkçisinin qardaşına həvalə olunan “Ağıllı kənd”
Tarix 05.05.22, 11:56 |
|
‘AS Group İnvestment’ layihənin dəyəri və tender barədə danışmaqdan imtina edir, işçilər isə əmək müqaviləsi olmadan, maaşsız işlədiklərini deyirlər.
“Bu, klubun qabağıdır. Rəhmətlik Zahir İsmayıl dayı… Bunların hamısı dünyasını dəyişib. Bir dənə bu qalıb – Nüsrətâ€
27 illik işğaldan sonra Hüseynovlar ailəsi iki il öncə azad olunan Zəngilanın Ağalı kəndinə dönməyə hazırlaşırlar. Onların kəndi azad olunandan sonra Qarabağda bərpa olunan ilk kənddir.
“Kənd Təsərrüfatı Nazirliyindən bizimlə əlaqə saxlayıb danışıblar. Dedilər, kəndə köçmək istəyirsən? Dedim, hə, bu gün köçürük, ancaq o kənddə bizim şəraitimiz, xəstəxanamız, məktəbimiz, uşaq bağçası hazır olsun ki, biz köçək. Oranın havası cənnətdir, doğrudan da cənnət deyirlərsə, o Ağalıdır†– işğal vaxtı 23 yaşında Ağalıdan çıxan İslam Hüseynov deyir.
Bu kənd həm də Azərbaycanda qurulan ilk “Ağıllı kənd†olacaq. Kənddə 200 yaşayış evi tikiləcək və ailə üzvlərinin sayına görə sakinlər bir və ya iki mərtəbəli evlərə köçürüləcək.
“Qeydiyyata götürdülər. Ad, soyad, ailədə neçə nəfərik… Altı nəfərlik ailəyik- üç nəvəm, oğlum, gəlinim, mən. Deyir, 6 nəfərlik ailəyə ikimərtəbə ev düşmür. Niyə? Niyə düşmür? Bu xəstə, iflic qadına bir otaq lazımdır†– Ağalı kənd sakini Elmira Hüseynova deyir.
İslam Hüseynov deyir ki, işğaldan öncə Ağalıda 270 ev var idi. “Onun maksimim 10 dənəsi birmərtəbə olardı. Qalan hamının evi ikimərtəbə idi. Nadir halda birmərtəbəli ev olardı. Əmim son vaxtlar müasir ev tikmişdi – üç otaq, bir zalı, hamamı içində… Bu sonralar tikilən kürsülü evlər idi, qalan hamıda ikimərtəbə idiâ€.

“Ağıllı kəndâ€in digər kəndlərdən fərqi kimi alternativ enerji, ekoloji istilik sistemi, ağılı işıqlandırma sistemi, tullantıların idarə olunması və digər üstünlüklər göstərilir.
“Ağıllı kənd†üçün ayrılan 21, 7 milyon manat…
2021-ci ilin noyabrında açıqlanan 9 ay üzrə dövlət büdcəsinin icrasına dair arayışda “Ağıllı kəndâ€in layihələndirilməsi və tikintisi, habelə kənd təsərrüfatı texnikasının alınması†üçün Kənd Təsərrüfatı Nazirliyinə 21,7 milyon manat vəsait ayrıldığı qeyd olunub.
Tenderlə bağlı suallar cavabsız qalır

Kəndi tikən ‘AS Group İnvestment’ MMC-nin PR meneceri Günel Əliyeva bildirir ki, ideyadan tutmuş “Ağıllı kəndâ€in konsepsiyasına qədər bütün təşəbbüslər onlardan gəlib:
“Bu layihənin sifarişçisi Kənd Təsərrüfatı Nazirliyidir və layihə dövlət tərəfindən maliyyələşdirilir.
– Tender keçirilibmi?
– Olar o suala toxunmayaq? Tendersiz əlbəttə ki, mümkün deyil, amma mən tender barədə sizə dəqiq məlumat verə bilməyəcəmâ€.

Dövlət Satınalmalarının saytında ‘AS Group İnvestment’ şirkətinin “Ağıllı kəndâ€lə bağlı hər hansı tender qalibi olması barədə məlumata rast gəlinmir.
Əmək müqaviləsiz, maaşsız işləyən fəhlələr
“Üç aydır burada işləyirik. Bir qəpik pul yiyəsi olmamışıq. Görünən bu evlərin hamısında əməyimiz var, əl işimiz var. Hal-hazırda da ustalar işləyir. Hamı da bizim kimi, heç kim bir qəpik almayıb.
– Sənin kimi neçə nəfər bu vəziyyətdədir?
– 50 nəfər.
– Çoxdur, 50 nəfər nədir? 50 nəfər elə bizik. 200-300 nəfər burada müqaviləsiz işləyən, əziyyət çəkən insanlar varâ€.
Ağalı kəndində çalışan ustalar ‘AS Group İnvestment’ şirkətindən narazılıq ediblər. Onlar etirazlarını telefonla çəkərək sosial mediada yayıblar:
“Hamını yığıb gətirib töküblər bura, burada heç bir müqavilədən söhbət gedə bilməz. Əmək müqaviləsi də tələb eləmişik, bizə deyiblər ki, gözləyin, düzələcək. Bu iki ay biz nə maaş almışıq… bizi də bu vəziyyətə gətirib çıxarıblarâ€- usta deyib.

Təhlükəsizliyi üçün şərti olaraq Nemət Baxışov adlandıracağımız şəxs “Ağıllı kəndâ€də fəhlə kimi çalışıb. O, 2021-ci ilin sentyabrından əmək haqlarının verilməsində problem yarandığını deyir:
“Biz bir də ora qayıtmarıq, “moşennik†şirkətlərdir. Oranı da ‘AS Group’ tikir əsasən, ancaq başqa taşeron (podratçı) şirkətlər işləyir. Biz də ‘AS Group’-un daxilində “Kaptanoğlu†şirkətinin tərkibində işləyirdik. Bizə verilən əmək haqlarının niyə gecikdirilməsini soruşduqda deyirdilər ki, ‘AS Group’ pulumuzu hələ verməyib. Biz orda 45 gün işləməyə razılaşmışdıq. 45 günlük müddət sentyabrın əvvəlindən dekabra qədər çəkdi. Bizim şirkətin direktoru Ömər Kəsər idi. O da pulumuzu götürüb qaçmışdı, polisə şikayət eləmişdik onu aeroportdan qaytarıb gətirmişdilər. Əvvəlki aylarımızı aldıq, ancaq yenə də pulumuz tam ödənməmişdiâ€.
Nemət kimi onlarla fəhlələnin əmək haqqı onlar mediaya müraciət etdikdən və problemi ictimailəşdirdikdən sonra verilib.
Kəndi prezidentin köməkçisinin qardaşı Şahin Mövsümovun şirkəti tikir

Bəs dövlət büdcəsi hesabına Zəngilanın Ağalı kəndində 200 və Füzulinin Dövlətyarlı kəndində 450 evdən ibarət “Ağıllı kənd†inşa edən və tenderlə bağlı sualları cavabsız qoyan “AS Group İnvestment†şirkətinin sahibi kimdir?
“AS Group İnvestment†MMC-nin əsası 2003-cü ildə beton istehsalı üzrə ixtisaslaşan “AS İnşaat†MMC-nin yaradılması ilə qoyulub. Beton istehsalından inşaat layihələrinə keçən şirkət tədricən genişlənərək 2011-ci ildə “AS Group İnvestment†şirkətinin vahid çətiri altında birləşib. Şirkətin təsisçisi prezident İlham Əliyevin köməkçisi Şahmar Mövsümovun qardaşı Şahin Mövsümovdur.
“Ağıllı kənd†layihəsində işləyən şirkətlərdən biri də Türkiyədə təsis olunan “Kaptanoğlu Arac Kiralama Emlak İnşaat Turizm Ticaret Sanayi İthalat ve İhracat Limited Şirkətinin Azərbaycandakı nümayəndəliyidir. Müəssisə 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin əsas fəaliyyət istiqaməti bütün növ quru daşıma, anbar, yük, poçt və kuryer xidmətləri və quru nəqliyyat vasitələrinin icarəsidir.

Şirkətin Azərbaycanda keçirilən tenderlərdə iştirakı ilə bağlı hər hansı informasiyaya rast gəlinmir. Azərbaycanda şirkətin qanuni təmsilçisi olan Ömər Kəsər Burhanla bağlı hansısa məlumat yoxdur, şirkətin hüquqi ünvanı isə Mingəçevirdə yerləşir.
Şirkət rəsmi sənədlərdə göstərdiyi hüquqi ünvanda mövcud deyil
Şirkətin Mingəçevirdə qeydiyyatdan keçdiyi ünvan – Mingəçevir şəhəri, Samux ev 7-dir. Həmin ünvan əvvəllər işləyən, hazırda isə boş qalan Mingəçevir Turizm Kollecinin ünvanıdır. Kollec tamamilə fərqli ünvana köçürülüb və bina hazırda boşdur. Divara vurulan lövhədə isə orada Təlim Tədris Mərkəzinin (https://zekas.az/) fəaliyyət göstərdiyi qeyd olunsa da, binada nə şirkət, nə də təhsil müəssisəsi işləyir.
Şirkətin Türkiyədəki sahiblərindən Selcan Bozhüyük Özbudak ilə sosial şəbəkə üzərindən əlaqə qurmaq cəhdlərimiz alınmayıb.
.
Əvvəlcə şirkətin sonra fiziki şəxsin sifariş etdiyi mebellər
Ağalı kəndində tikilən evlərin bəzisi hazır və içləri də mebellə təchiz olunmuş görünür. Mebelləri təchiz edən şirkətin nə adı, nə də bu haqda tender məlumatı var. Amma mebellərin fotolarına əsasən onların “Embawood†şirkətindən alındığını müəyyən etmək olur. Şirkətin PR meneceri Aynurə Həsənova bizimlə telefon danışığında təsdiq edir ki, “Ağıllı kəndâ€də onların mebellərindən istifadə olunub:
“Bizim şirkətə digər bir şirkət tərəfindən müraciət olunmuşdu- podratçı şirkət. İki mağazadan bizim məhsullarımızın sifarişi getdi. Amma tam olaraq bu kəndin bütün evlərinə yox. Yalnız bizə sorğu göndərən şirkətin sifarişi əsasında… Şirkətin adı barədə məlumatım yoxdur. Çox güman ki, dövlət tərəfindən tender elan olunub və tender nəticəsində qalib gələn bir şirkətdirâ€.
Sifarişçi şirkətin adını açıqlamaq üçün Aynurə Həsənova rəsmi sorğu göndərməyimizi istədi. Sorğumuza cavabında bildirdi ki, onlara mebel sifarişi verən şirkət yox, fiziki şəxs olub, ona görə də məbləği açıqlaya bilməzlər. Şirkətin sözçüsü bildirib ki, fiziki şəxs onlardan 14 mebel alıb.
KOB sədrinin müşavirinin ailə üzvləri 48 min manatlıq tenderin qalibi olub
2021-ci ilin dekabrında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sifarişi ilə “Ağıllı kəndâ€in iqtisadi səmərəliliyinin qiymətləndirilməsi üzrə tender keçirilib. 48.144 manat dəyərində olan tenderi “Azmark Dış Ticaret Limited†şirkətinin Azərbaycandakı nümayəndəliyi qazanıb.
“Azmarkâ€ın fəaliyyət istiqaməti hər növ malların ixracını, idxalını, daxili və xarici ticarətini yerinə yetirməkdir.
Türkiyənin vergi bazalarındakı məlumata əsasən şirkət 2007-ci ildə təsis olunub. Müəssisənin sahibi Zair Qardaşovdur. O, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi idarə heyəti sədrinin müşaviri Zaur Qardaşovun qardaşıdır. Şirkətin Azərbaycandakı nümayəndəliyinin qanuni təmsilçisi Sevinc Hüseynova isə Zaur Qardaşovun həyat yoldaşıdır.

Kiçik və Orta Biznesin (KOB) İnkişafı Agentliyi ölkə başçısının 28 dekabr 2017-ci il fərmanı ilə yaradılıb. Agentlik publik hüquqi şəxsdir və İqtisadiyyat Nazirliyinin tabeliyində işləyir.
“Ağıllı kəndâ€də evlərin tikintisi ilə məşğul olan daha bir türk şirkəti isə “Turkuaze†Yapı Sistemləri İnşaat Sanayi və Ticaret Limited Şirkətidir. Nə mediada, nə də tender siyahısında bu şirkətin adına rast gəlinir, ancaq Ağalı kəndində işləyən işçilər bu şirkətin də orada çalışdığını deyir.
Şirkət 2016-cı ildə İstanbulda yaradılıb. Şirkətin Türkiyə və Azərbaycan nümayəndəliyindəki sahibi eyni şəxsdir – Kayhan Dərdiyok. Müəssisənin Binəqədi rayonunda göstərilən hüquqi ünvanına baş çəkirik. Köhnə, ikimərtəbəli tikilidə yerləşən evdə əvvəllər Kayhan Dərdiyok yaşayıb. Qapını açan şəxs deyir ki, indi o, bu evdə yaşamır və bizi onunla əlaqələndirməyə çalışacaq. Əlaqə nömrəmizi versək də, şirkət sahibindən zəng gəlmədi.
“Ağıllı kənd†layihəsi ilə bağlı işlərin sifarişçisi olan Kənd Təsərrüfatı Nazirliyi göndərdiyimiz sorğuya cavab vermədi.
Bəs Ağalı kəndində tikilən evlərin “ağıllı†olduğunu necə bilmək olar?

Elçin Əliyev, memar
Memar Elçin Əliyevin fikrincə, ağıllı ev modeli təkcə vurulan günəş panelləri ilə ölçülmür. Ekspert deyir ki, “ağıllı ev†sisteminə uyğun tikilmiş binalar hər otaqda işığı, məişət texnikasını, hətta temperaturu idarə etməyə imkan verməlidir:
“Bu var “Ağıllı kəndâ€də? İnanmıram. Ağıllı evdə sistem özü insana məsləhət verir ki, hansı bölgədə nasazlıqlar var. “Ağıllı kəndâ€də bu varmı? Evdə həyatı daha rahat, qənaətcil, təhlükəsiz edən komplekslər mütləq olmalıdır. Təəsüf ki, mən inanmıram, mediada olan fotolara baxmışam və mən görürəm ki, o texnologiyalardan istifadə edilməyibâ€.
Ağalı kəndində olmadığını və orada bir memar olaraq işləmədiyini təəssüflə qeyd edən Elçin Əliyevin fikrincə, problem memarlıq müsabiqələrinin keçirilməməyindədir:
“Bu o deməkdir ki, hansısa məmurların tanış şirkətləri işlərə müsabiqəsiz cəlb olunub. Bəlkə də orda daha yaxşı memarlar işləyir, ancaq belə seçim olmaz. Ümumiyyətlə, memarlıq müsabiqələri keçirilməldir ki, memarlar da öz təkliflərini verə bilsinlər. Amma bu belə böyük riskdir. Bəlkə onların şirkəti dünyada ən yaxşı şirkətlərdən biridir, ancaq yenə də müsabiqəsiz seçilməsi böyük riskdir. Bəlkə onların mütəxəssisi düzgün variant verə bilməyəcək. Və mənə belə gəlir ki, bu dəfə elə belə də olduâ€.

İqtisadçı Toğrul Vəliyev deyir ki, “Ağıllı kənd†layihəsinin icrası şəffaf aparılmır. 21,7 milyon manatın hansı şirkətlər arasında, hansı şərtlərlə, necə bölüşdürüldüyü açıqlanmır:
“Məsələn, Cocuq Mərcanlını qeyd etsək, orada kəndin bərpası təxmini 20 milyon manata başa gəlmişdi. Burada isə nə qədər vəsait xərclənəcək, nə qədər vəsait xərclənib, o barədə heç bir məlumatımız yoxdur. Amma ümumi videolardan, layihələrdən gördüyümüz yalnız odur ki, ciddi bir fərq yoxdur, ona görə müəyyən şübhələr yaranır ki, ümumiyyətlə layihə nədən ibarətdir? Təəssüflər olsun ki, onun detalları bizdə yoxdur. Satınalma prosedurları keçirilmir, belə deyək ən azından biz görmürük. Keçirilsə belə, biz onu müşahidə etmirik. Amma keçirilən müsabiqələrdə belə xüsusi bir şey görmürükâ€.
Ölkə başçısı İlham Əliyev aprelin 12-də keçirdiyi müşavirədə bildirib ki, Ağalı kəndinin sakinləri bu il “Ağıllı kəndâ€də yaşamağa başlayacaqlar:
“Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər, orada yaşayacaqlar. Bu il Ağalı kəndinin açılışı olacaq. Bu, birinci pilot layihədir. Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına bu il başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Ağalı kəndindən daha böyük yaşayış yeri olacaqâ€.

Ağalıdan köçkün düşdükdən sonra uzun müddət çətin şəraitdə yaşayan Elmira Hüseynova doğulub-böyüdüyü kəndini dünyanın ən gözəl yerlərindən hesab edir:
“Qayıdacağıq, deyəcəklər ki, qaçqınların köçü qayıtdı. Onda mən orada olsam, deyərəm ki,
Keçinin üçü gəldi,
Dolandı üçü gəldi,
Qaçqının köçü gəldi.
O günlər olsunâ€
Arzusu nəvəsi ilə birgə yaşamaq və kəndini dünya gözü ilə yenidən görmək olan Elmira xanım təəssüf ki, materialın yayıma hazırlandığı dönəmdə vəfat etdi.
1993-cü ildə Zəngilanın işğal zamanı Ağalı kəndini 6 nəfərlik ailə üzvü ilə tərk edən Hüseynovlar ailəsindən indi kəndə 5 nəfər qayıdacaq.(AbzasMedia)
Xəbərin oxunma sayı : 1129
Gündəm
Xəbərlər
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
“Millimizin futbolçuları hazırda...“ - Ayxan Abbasovdan oyun öncəsi açıqlaması
-
Xırdalanda sakinlərin istirahət yerində obyekt tikilir? - VİDEO
-
Bakıda avtobuslar üçün yeni mübadilə mərkəzi tikilir - VİDEO
-
Zelenski Avropaya xəbərdarlıq etdi: Rusiya və ABŞ nəyi müzakirə edir?
-
300 min manatlıq dələduzluq - Onlarla şikayətçi və həbs edilənlər var
-
Prezident Dublində onlarla görüşdü - FOTOLAR
-
Sükan arxasında ağıllı saat işlədənlər də cərimə olunsun - TƏKLİF
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - VİDEO
-
Ebola ilə mübarizə aparan 55 tibb işçisi həyatını itirib - Konqoda
-
Türkiyədə hərbi helikopter qəzaya uğradı - 4 nəfər həlak oldu
-
Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirildi - FOTO
-
Məşhur icra başçısının oğlu məhkəmədə DİNDİRİLDİ - Siqaret qaçaqmalçılarının İŞİ
-
Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək
-
Bakı təhsilinin şefinin rəfiqə və qohum şəbəkəsi - BŞTİ-dəa nə baş verir?!
-
“Nvidia” rəhbəri Yensen Huanq istefa verdi - Çin kəşfiyyatı qalmaqalına görə
-
Məhkəmə general qızı ilə bağlı qərar verdi - Ev dustaqlığına buraxıldı
-
Hakim ərini baltalayan qadını qəfəsdən çıxardı - BAKIDA
-
Azərbaycanda bu məhsullar bahalaşıb - Siyahı
-
Yüksək vəzifəyə təyin olunmuşdu - 23 gün sonra işsiz qaldı
-
Qarabağa görə KTMT-dən kömək istəməmişik! - İrəvan Moskvaya cavab verdi
-
ADSEA-da ikinci maaş iddiası: Zaur Mikayılov idarə rəislərinə əlavə 5000 manat paket verir?
-
“İranla razılaşmaya ehtiyacımız yoxdur” - Donald Tramp
-
Yükdaşıma sektorunda vergi qaydaları dəyişir - Yeni güzəşt təklif olunur
-
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı - Personal çıxarıldı
-
ABŞ Ukrayna üçün “Starshield“in sürətini yenidən azaltdı - Zelenskidən etiraz
-
Sabiq komitə sədrinin otelini alan olmadı - Qiyməti 1,3 milyon endirildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezident İlham Əliyev Maya Sandu ilə görüşüb - FOTO
-
Teymur Musayevə yeni vəzifə verildi - Əsədov qərar imzaladı
-
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirdi - Video
-
Prezident “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak edir - Fotolar
-
Bakının mərkəzində “yaşıl soyqırım“ - yenə Əsabil Qasımovun adı...
-
Matviyenko İrəvana xəbərdarlıq etdi: “KTMT-dən çıxarsa...“
-
İlham Əliyev Dublində Zelenski ilə görüşdü - FOTOLAR
-
Bu şəxslər üçün şad xəbər: Elektrik xərcinin yarısını dövlət ödəyəcək
-
Zabratda sənədsiz toyuq əti satan müəssisə bağlandı - Fotolar
-
İşlənmiş maşınlar ucuzlaşa bilər - yeni qaydalar gəlir
-
“Qaya” restoranı sahəsini qanunsuz artırdı - VİDEO
-
Son 76 ildə ömür uzunluğu hansı ölkədə nə qədər artıb? – Siyahı
-
Ardadan “Real”a rədd cavabı: 22 milyon maaşla bu kluba keçir
-
DİN və ETSN birgə əməliyyat keçirdi: 150 illik ağacları kəsən 6 nəfər tutuldu (VİDEO)
-
Keçmiş nazir aeroportda saxlanıldı – Korrupsiyada ittiham olunur
-
Mədəniyyət, idman və gənclər siyasətinə 643 milyon manat ayrılacaq - Xərclərin bölgüsü
-
Bakı Hərbi Məhkəməsində səs-küylü iş - 7 nəfər hakim qarşısında
-
“Putin NATO”su belə güclənməyə qərar verdi - yeni hərbi plan
-
Tanışının övladını həbsdən azad edəcəyi vədi verdi, özü həbsdə qaldı - TƏFƏRRÜAT
-
Məmməd Musayevin qardaşı oğlu şirkətinin əmlakını satır - DETALLAR
-
Sankt-Peterburqda avtomobil partladıldı - Hərbçi həlak oldu
-
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO
-
Kartof sahələrində xəstəliklərin əsas səbəbi dərmanların təsirsiz olmasıdır? - VİDEO
-
Azərbaycanda ən çox və ən az maaş verilən sahələr - Statistika
-
Bakıda vətəndaşların mənzilləri bir neçə dəfə satışa necə çıxarılıb? - VİDEO
-
İran ayda 50 ballistik raket istehsal edə bilər - “Bloomberg“
-
Pekindən Vaşinqtona mühüm zəng: Çin ABŞ-la nələri müzakirə etmək istəyir?
-
Millətlər Liqasında V tur başlayır: Türkiyə Belçika, İtaliya Fransaya qarşı
-
General Natiq Əliyevin qızı saxlanıldı - Dələduzluğa görə
-
Sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var
-
Avtomobil icarəsi ilə məşğul olan şəxslərə xəbərdarlıq - VİDEO
-
“Rusiya ilə ilin sonunadək razılaşma əldə etmək mümkündür“ - Zelenski
-
Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - FOTO
-
Tehran şərtlərini irəli sürüb, indi növbə Vaşinqtondadır - Qalibaf
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - VİDEO
-
“İrəvandakı Göy məsciddə şou düzənlədilər“ - QMİ-dən sərt etiraz
-
Prezidentin sosial şəbəkə hesablarında COP31-lə bağlı paylaşım edildi - VİDEO
-
Azərbaycan bank sektorunu silkələyən sensasion faktlar - Rauf Kazımovun offşor izi
-
KTMT-də Ermənistan bağlı qərar verildi - Bu hüquqdan məhrum edildi
-
Bakıda istilik mövsümü başlayır - Bu halda ödəniş etməyə bilərsiz!
-
“AzParking”dən sürücülərə xəbərdarlıq: “Digərləri etibarsızdır”
-
Mehriban Əliyeva ilə Əminə Ərdoğan bir arada - FOTOLAR
-
Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı - FOTOLAR
-
Azərbaycanda əməkhaqqı 30 qəpik azalıb - Rəsmi məlumat
-
Prezident xanımı ilə Liderlər Sammitində - FOTOLAR
-
Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi
-
Dövlət Yol Polisinin adından fişinq hücumları var - XƏBƏRDARLIQ
-
Fərhad Qaraşov yenidən sədr seçildi - İdarə Heyətinin üzvləri onlar oldu
-
“Vətəndaşın haqqı ödənilməlidir“ - Nazirdən bələdiyyələrə irad
-
Hərraca çıxarılan villaların sahibi kimdir? - Bakıda partlayış, Moskvada ermənilərlə ortaqlıq…
-
“Xəstəxanada üç dəfə qıcolma tutdu, əlillik təyin edilmir” - Rəsmi açıqlama
-
İlham Əliyevi Ərdoğan və Quterreş qarşılayıb - VİDEO
-
Şəxsi təsərrüfatdan əldə edilən süd və yumurtadan da vergi alınacaq? - Video
-
Müğənni Dənizin qazinin haqqına göz dikən əlillik alveri – MƏHKƏMƏ İŞİ
-
Saatlıq əməkhaqqı aylıq maaşdakı tarifdən - Yüksək müəyyən ediləcək
-
Prezident və birinci xanım Türkiyəyə səfərə yollandı - FOTOLAR
-
Mesut Özil Ukraynanın “qara siyahı”sına düşdü - SƏBƏB
-
Sabiq Baş nazirin qardaşı saxlanılıb - İnsan alverinə görə
-
Azərbaycanlı biznesmenə hökm oxundu: 141 milyonluq mülkünə həbs qoyuldu
-
Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
-
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
-
Nazirliyinin tabeliyindəki Mərkəzdə yeni rəhbər təyinatı - FOTO
-
Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? - VİDEO
-
Türkiyə ilə Azərbaycan arasında ayrılıq salmaq cəhdləri nəticəsiz qalacaq - Ərdoğan
-
Rubio İranın şərtlərini “cəfəngiyyat“ adlandırdı - ABŞ-Tehran münasibətləri dalana dirənib
-
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı kəskin artıb - RƏQƏMLƏR
-
Zaporojye cəbhəsində kəskin ziddiyyət: Rusiya bir söz deyir, Ukrayna başqa
-
“Ermənistan Aİ-yə üzvlük məsələsində əvvəlcə referendum keçirməlidir” - Rəsmi Moskva
-
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir - “The Washington Post“
-
Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video
-
İnternet axşamlar niyə zəifləyir? - Sürəti artırmaq üçün sadə üsullar
-
Avropa liderləri Əbu-Dabi danışıqlarına qatılır - Fransadan açıqlama
-
Bakıda “QAZ-3110“la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı
-
Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
-
Yeməkdən sonra yuxulamağın səbəbi bəlli oldu - Bu qidaları azaldın
-
Hansı rayonlara qar yağır? - Faktiki hava açıqlandı
-
Arvadına xəyanət edən milyarder dünyanın gündəmində - Ermənistanda milyardlarla dollarlıq layihə!
-
Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - FOTO
-
“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - Abbas Əraqçi
-
Azərbaycanda 2,2 milyardlıq turist xərcləri - Ən böyük pay bu ölkənindir
-
Şanlı Zəfərdən Böyük Qayıdışa doğru məqsədyönlü addımlar atılır
-
Moldova Rusiya qazından tamamilə imtina edib - Sandu
-
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
-
İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir - Tramp
-
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO
-
Şuşa Zəfəri Azərbaycanın müasir tarixinin zirvəsidir
-
“Eşq olsun Azərbaycan Bayrağına!” - VİDEO
-
Azərbaycanda Dövlət Bayrağı Günüdür
-
Bakıda Zəfər Günü konserti möhtəşəm atəşfəşanlıqla yekunlaşıb - Fotolar
-
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - FOTOLAR
-
Xankəndidə Prezidentin adından ziyafət verildi - FOTOLAR
-
“Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin“ - İlham Əliyev
TOP 10
ARXİV






