Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

26 yaşlı amerikalı sevgisinin arxasınca Azərbaycana gəldi, İslamı qəbul etdi - FOTO/VİDEO

Tarix 13.03.23, 18:36

Font ölçüsü : - / +
bitmap-img6


26 yaşlı amerikalı müəllim Con Banki 2022-ci ilin sentyabr ayından Mingəçevir Dövlət Universitetində (MDU) Xarici dillər kafedrasında pedaqoji fəaliyyətə başlayıb. Tələbələrin və müəllimlərin dediyinə görə, Con onların sevimlisinə çevrilib.

Yeniavaz.com xəbər verir ki, bu gənc həm də islamı qəbul edərək azərbaycanlı xanımla ailə həyatı qurub.

Condan çətinlik çəkməsin deyə müsahibəni onun doğma dilində almaq istəsək də, o, buna razı olmayıb.

Con deyir ki, Azərbaycana öz sevgisinin arxasınca gəlib:

“Əslində mən Azərbaycana öz sevgimin arxasınca gəldim. Artıq 4 ildir ki, mən müsəlman kimi yaşayıram. Buranın adət-ənənələrini bəyənirəm. Namazımı məsciddə qılıram. Mingəçevir şəhərini çox sevirəm. Ən çox sevdiyim bayram Novruz bayramıdır. Dərs dediyim tələbələrlə də çox yaxşı anlaşırıq”.

Müsahibimiz bildirib ki, o, xanımı ilə sosial media üzərindən dil öyrənmə proqramı vasitəsi ilə tanış olub:

“Bir-birimizə praktikada kömək edirdik. O, mənə Azərbaycan dilini, mən də ona ingilis dilini öyrətməkdə köməklik etdim. Mən Azərbaycana gələndən sonra yaxından tanış olduq və evləndik, bu qərarı qəbul etdiyim üçün də çox xoşbəxtəm. İstirahətimi Azərbaycanın dilbər guşələrində keçirirəm. Hər bölgənin öz adət-ənənəsi ilə tanış olmuşam və ona görə də bu xalqı çox sevirəm. Azərbaycan mənim ikinci evimdir”.

MDU-nun Xarici dillər kafedrasının müdiri Mehdi Rəhimov Con haqqında danışarkən bildirib ki, amerikalı müəllim universitetdə hər kəsin sevimlisinə çevrilib:

“O, xarici dil müəllimliyi ixtisasında təhsil alan tələbələrin dil bacarıqlarını inkişaf etdirmək üçün dərslərdə aktiv iştirak edir. Eyni zamanda universitetin 30-dan çox ixtisasında təhsil alan tələbələr üçün və müəllim kontingenti üçün dərsdən sonra məşğələlər təşkil edir”.

Qeyd edək ki, amerikalı müəllim gələcəkdə də həyat yoldaşı ilə birlikdə bir çox yerləri gəzib müəllimlik fəaliyyətini davam etdirmək niyyətindədir.





Xəbərin oxunma sayı : 640




Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap