| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Masallıda dəhşətli olay: “Əmim qızı gecə özü yatağıma gəldi...“ – Şok təfərrüat
Tarix 08.05.23, 16:44 |
|
Masallı rayonunda 1993-cü il təvəllüdlü Fərid doğma əmisi qızı, 2000-ci il təvəllüdlü Sevdanı (adlar şərti verilib – red.) 8 il əvvəl öldürüb. Cinayətin üstü isə ötən il hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində açılıb.
Fərid 2015-ci ilin yanvar ayında, dəqiq məlum olmayan tarixdə, gecə vaxtı aralarında 7 yaş fərqi olan on altı yaşına çatmamış əmisi qızı Sevda ilə qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olub, onun qızlıq bəkarətini pozub.
Törətdiyi cinayətin bilinməməsi və məsuliyyətdən yayınmaq məqsədi ilə o, Sevda ilə nişanlanıb, daha sonra evlənəcəyini öhdəlik kimi üzərinə götürüb.
Təcavüz və qətl
Sonradan əsassız bəhanələr gətirən Fərid Sevda ilə evlənmək istəməməsi səbəbindən yaranmış narazılığa aydınlıq gətirmək üçün 5 iyul 2015-ci ildə saat 10 radələrində qızı “VAZ-21011†markalı avtomobilinə mindirib, yaşadıqları evdən təxminən 4-5 kilometr aralıdakı əkin sahəsinə aparıb.
Mübahisə zamanı Sevda Fəridə bildirib ki, sözünə əməl edib onunla evlənməsə, cinsi əlaqədə olmaları və qaçıraraq onu həmin yerə gətirməsi barədə şikayət edəcək.
Sevdanın sakitləşmədiyini görən Fərid törətmiş olduğu cinayəti gizlətmək məqsədilə avtomaşının yük yerində tərəvəz doğramaq üçün saxladığı bıçağı götürüb və Sevdanın boğaz nahiyəsindən vuraraq onu öldürüb.
Daha sonra qətlin izini itirmək, meyiti yoxa çıxarmaq üçün Sevdanın meyitini avtomobilin yük yerinə qoyaraq sahənin o biri tərəfinə, yəni təxminən 1 kilometr aralıda yerləşən su kanalının axdığı əraziyə aparıb. Özü ilə gətirdiyi kürəklə yer qazaraq meyiti orada basdırıb.
Cinayətin izini belə itirmək istədi
Fərid təxminən bir ay sonra həmin yerə gələrək meyitin qismən skeletləşərək üzə çıxdığını görüb və izi bir daha itirmək məqsədilə meyiti gizlətdiyi yerdən çıxarıb, özü ilə gətirdiyi balta ilə meyitin üzərində təhqiredici hərəkətlər etməklə baş hissəsini iki yerə ayırıb, orada qazılmış xəndəkdə basdırıb.
Meyitin digər hissələrini isə kisəyə yığaraq təxminən 500-600 metr məsafədə, kənd ərazisindən keçən su kanalının kənarındakı zibilxana kimi istifadə olunan qazılmış xəndəyə atıb. Gətirdiyi şüşədən benzini tökməklə meyitin qalan hissələrini yandırıb.
Üç maddəli cinayət işi
İstintaq orqanı tərəfindən Fəridin barəsində Cinayət Məcəlləsinin 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddələri ilə ittiham elan edilib.
“Onu zorlamamışamâ€
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid bildirib ki, 2015-ci ilin yanvar ayında, dəqiq xatırlamadığı gündə, gecə saatlarında əmisi Lətifin evində gecələdiyi zaman evin dəhlizində uzanaraq özünə məxsus mobil telefonda hansısa porno sayta baxıb:
“Gecə əmim qızı Sevda otağından çıxaraq yanıma gəldi və yanımda uzandı. Bu zaman mənim ehtirasım qalxdı. Sevdanın razılığı əsasında bir dəfə onunla qeyri-təbii yolla cinsi əlaqədə oldum.
Cinsi əlaqədə olduğum zaman Sevdanın 15 yaşında olduğunu bilmişəm. Sevda ilə qeyri-təbii yolla cinsi əlaqəyə girdikdən sonra onunla təbii və ya qeyri-təbii yolla cinsi əlaqəyə girməmişəm. Həmçinin onu zorlamamışamâ€.
“Anası “başına oyun açacağıq†dediâ€
Fərid qeyd edib ki, Sevdanın guya onun tərəfindən zorlanması ilə bağlı yayılan şaiyələrə əsasən onunla evlənməyə məcbur edildiyi üçün aralarında bir qədər soyuqluq yaranıb:
“Bu səbəbdən onların evinə getməməyə başladım. Valideynlərim də Sevda ilə əlaqə saxlamamağı məsləhət gördülər. Dəfələrlə Sevdanı almaq istəmədiyimi evimizdə valideynlərimə demişəm. Əmim Lətifin və ailəsinin də bundan məlumatı olub.
Lətifgilin əkin sahələrinə gedən piyada yol bizim evin yaxınlığından keçdiyi üçün bir neçə dəfə Sevdanın anası Sevil məni görəndə “Sevdanı alacaqsan, almasan gör sənin başına nə oyun açacağıq†deyibâ€.
“Heç bir yerə getməyəcəm, evlənməliyikâ€
Təqsirləndirilən şəxs qeyd edib ki, 5 iyul 2015-ci ildə saat 08.25-də Sevdanın anası Sevilə məxsus mobil telefon nömrəsindən ona qısa zəng gəlib: “Buna görə Sevdaya özüm zəng etdım. O mənimlə görüşmək və üzbəüz söhbət etmək istədiyini bildirdi. Görüşə razı oldum.
Sevda evlərinin arxa tərəfindən keçən yola çıxacağını söylədi. Maşınımı həmin yerdə saxladım, yolun kənarında gözləyən Sevda avtomobilin qabaq sağ oturacağına əyləşdi. Əsəbi şəkildə ona təcavüz etdiyimi, evlənmədiyimiz halda şikayət edəcəyini bildirdi.
Sevdaya avtomobildən düşüb getməyi və onu almayacağımı dedim. O isə avtomobildən düşmədi, anasının sahədə olduğunu, onu anasının yanına sahəyə aparmağımı xahiş etdi. Maşını Sevdagilə məxsus əkin sahəsinə sürdüm.
Əkin sahəsinə çatdıqda Sevdaya maşından düşüb anasının yanına getməyi təklif etdim. Sevda anasının sahədə deyil, evdə olduğunu dedi. Ətrafa göz gəzdirdikdə həqiqətən sahədə Sevdanın anasının və ya başqa şəxsin olmadığını gördüm.
Sevda onu qaçırdığımı, anasının da bu barədə səs-küy salacacağını dedi. Sevdaya onu qaçırmadığımı, özünün gəldiyini bildirdim.
Sevda maşından düşdü, başından yaylığı (hicabı) açaraq yelləyib qışqırdı, ona təcavüz etdiyimi dedi, onu qaçırmağımla bağlı ittiham etməyə başladı. Sevdanı sakitləşdirməyə çalışdım, onu evlərinə aparacağımı bildirdim. O, razılaşmadı, əlindəki mobil telefonu göstərdi, atasına zəng edib onu qaçırmağım barədə məlumat verəcəyini dedi.
Sevdanın əlindən mobil telefonu aldım, atasına zəng etmədiyini gördüm, nömrəni çıxararaq telefonu sındırdım, çaya atdım.
Sevda mənimlə mübahisədə ona təcavüz etdiyimi, bu səbəbdən evlənməli olduğumuzu, əks halda onu qaçırmağımla bağlı şər ataraq məni tutduracağını bildirdi. Bu hərəkətlərdən əsəbiləşdiyim üçün avtomobilin yük yerindən tərəvəz doğramaq üçün saxladığı qatlanmayan bıçağı götürdüm, Sevdaya göstərdim, səs-küy salmamasını və evə qayıtmasını, yoxsa onu öldürəcəyimi söylədim. Sevda heç bir yerə getməyəcəyini bildirdiâ€.
“Əmim qızını öldürmüşəmâ€
Fəridin ifadəsinə görə, Sevdaya yaxınlaşıb və sağ əlində tutduğu bıçaqla boğazına bir zərbə vurub:
“Yerə yıxılan Sevdanın boğazından qan axmağa başladı. Təxminən 2-3 dəqiqə yerdə çabaladı, xırıldayaraq çaya tərəf sürünərək orada öldü.
Heç kimin görməməsi üçün yaxınlıqdakı sahədən biçilmiş ot gətirdim və meyitinin üzərini otla, çör-çöplə örtdüm. Sonra avtomobilimə əyləşərək hadisə yerindən təxminən 20-30 metr uzaqlaşdım. Meyiti basdıqmaqda köməklik etməsi üçün həmkəndlim və dostum Pərvizə zəng etdim.
Pərvizdən harada olduğunu soruşdum, həmkəndlimiz Vasifin hərbi xidmətə getməsi ilə bağlı təşkil olunan yığıncağa getmək istədiyini bildirdi. Mən də yığıncağa gedəcəyimi, bundan əvvəlsə onunla işim olduğunu dedim, sahəyə gəlməsini xahiş elədim. Pərviz mənimlə razılaşdı.
Sevdanı basdırmaq üçün sahədən bel götürdüm və avtomobilin yük yerinə qoydum. Sonra Pərvizlə görüşdüm, sahəyə tərəf gəldim. Ona əmim qızı Sevdanı öldürdüyümü dedim, meyiti basdırmaqda köməklik etməsini xahiş elədim.
Pərviz inanmadığından onu avtomobilimlə Sevdanı öldürdüyüm əraziyə apardım. Sevdanın meyitini gördükdə meyiti basdırmağa kömək etməyəcəyini bildirdi. Meyitə əl vurmadı və piyada əkin sahəsinə tərəf getdi.
Meyiti qucağıma götürərək maşının yük yerinə qoydum. Onun ayaqlarında olan bir cüt şəpiti də meyitin yanına atdım. Sevdanı öldürdüyüm bıçağı isə götürərək çaya tərəf tulladımâ€.
“Meyiti qamışlıqda basdırdığımı bildirdimâ€
Təqsirləndirilən şəxs qeyd edib ki, avtomobili Pərvizin ardınca sürərək onun bərabərinə çatıb, maşına əyləşməsini təklif edib: “Pərviz maşının qabaq sağ oturacağına əyləşdi, avtomaşını özümüzə məxsus əkin sahəsinin o biri tərəfinə, yəni kanalın keçdiyi əraziyə gətirdim. Bir daha Pərvizə Sevdanın meyitini basdırmaqda köməklik etməsini xahiş etdim. Pərviz isə təklifimdən imtina etdi. O, maşından düşüb qaçaraq kəndə tərəf getdi.
Hər hansı şəxsin görə biləcəyindən qorxub, Sevdanın meyitini dərhal maşının yük yerindən çıxardım, kanalın yaxınlığındakı qamışlıqda yer qazaraq meyiti oraya yerləşdirdim. Meyitin üzərinə qamış atdım.
Daha sonra yer qazmaq üçün istifadə etdiyim beli əkin sahəsinə atdım, avtomobillə birbaşa Pərvizgilə getdim. Əynimdəki köynək qana bulaşdığından Pərvizdən dəyişik köynək istədim. O da evdən mənə köynək gətirdi.
Əynimdən çıxardığım qanlı köynəyi və Sevdanın ayaqlarında olmuş bir cüt şəpiti Pərvizgilin həyətində yandırdım. Sonra Pərvizlə sağollaşaraq yaşadığım evə getdim.
Avtomobilin yük yerini yuyub təmizlədim, Vafisgilə getdim və yığıncağında iştirak etdim. Pərviz də həmin yığıncaqda idi. Məndən Sevdanın meyitinin taleyini soruşanda ona meyiti çayın yaxınlığında qamışlıqda basdırdığımı bildirdimâ€.
“Basdırdığım yerə getdimâ€
Fəridin sözlərinə görə, yığıncaqda iştirak edən zaman saat təxminən 23 radələrində atası ona zəng edib və harada olduğunu soruşub: “Atama Vasifin yığıncağında olduğunu bildirdim. Atam mənə “Sevil deyir ki, Sevdanı qaçırmısan†söylədi, bu məsələ ilə bağlı nə kimi əlaqəmim olub-olmadığını soruşdu.
Mən də Sevdanı qaçırtmadığımı, onun harada olmasından xəbərsiz olduğumu dedim. Yığıncaqdan çıxaraq evə yollandım. Bir müddət Sevdanın meyitinin dalınca getmədim. Təxminən 10-12 gün sonra dəqiq xatırlamadığım tarixdə Sevdanın meyitinə baxmaq üçün onu basdırdığım yerə getdim.
Meyitin iyləndiyini, ətinin nisbətən töküldüyünü və sümükdən ayrıldığını görərək heç nə etməyib evə qayıtdımâ€.
“Sümüklərin üzərini torpaqladımâ€
Fərid qeyd edib ki, bir müddət sonra hər hansı şəxsin Sevdanın meyitini görə biləcəyindən ehtiyatlanıb və meyiti gecə saatlarında oradan başqa yerə aparmaq məqsədi ilə həmin yerə gedib:
“Meyitin atıldığı yerdən bir qədər kənara çıxdığını gördüm. Meyitin başını gətirdiyim balta ilə bədənindən ayırdım. Sonra iki hissəyə böldüm, başı sahədə olan xəndəyə atdım. Meyitin saçını və bədən skeletini (sümüklərini) yaxınlıqdan tapdığım kisəyə yığaraq sahədən çıxardım, çayın üzərindən keçən körpünün yaxınlığına gətirdim. Kənd əhalisinin zibillik kimi istifadə etdiyi xəndəyə atdım. Kisənin üzərinə benzin tökərək yandırdım.
Alovun kənardan görünməsindən ehtiyatlanıb, avtomobilimə minərək evə getdim. Növbəti gün gündüz saatlarında yenidən kisəni yandırdığım yerə getdim. Kisənin içərisində olan meyitin saçının, sümüklərin yanmadığını gördüm. İzi itirmək məqsədi ilə sümüklərin üzərini torpaqladım və oradan uzaqlaşdımâ€.
“Döyüb zorladığını bildirdimâ€
Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində çıxış edən atası Lətifin sözlərinə görə, 22 mart 2015-ci ildə evdə olduğu zaman Sevdanın başında olan hicabla üzünü örtdüyünü görüb:
“Anası Sevdaya nəyə görə üzünü bağladığını soruşdu. Sevda üzünü açanda onun üzündə və boyun nahiyəsində xəsarət olduğunu gördük. Ondan bunu kimin etdiyini soruşduq. Fəridin onu vurduğunu dedi, anasına çölə çıxmasını və ona sözünün olduğunu bildirdi.
Mən təkidlə onlara çölə çıxmamağı, Sevdaya nə baş veribsə, yanımda deməli olduğunu bildirdim. Bundan sonra Sevda “ata, ötən gün Fərid evdə anamın yaylığı ilə ağzımı, belinin kəməri ilə qolumu bağlayaraq mənim başıma pis iş gətirdi†cavabını verdi.
Bundan sonra Fəridi axtardım. Fərid olduğu yeri gizlətdiyinə görə qardaşım Valehin evinə getdim. Valehin evində qardaşım Vüqar və əmim oğlu Əlini də gördüm.
Fəridin Sevdanı döyüb zorladığını qardaşım Valehə və orada olanlara bildirdim. Fəridin belə bir hərəkətə yol verməsinə inanmadıqlarını desələr də, Sevda ilə danışdıqdan sonra inandılarâ€.
“Gözləməyi təklif etdiâ€
Hüquqi varis qeyd edib ki, həyat yoldaşı Sevil və Fəridin anası Təhminə Sevdanın bakirəliyinin pozulub-pozulmamasını aydınlaşdırmaq üçün onu Cəlilabadda həkim işləyən əmisi arvadının yanına aparıblar: “Həkimin yanına gedib qayıtdıqdan sonra Sevdanın bakirəliyinin pozulmadığını bildirdilər.
Sonra arvadım mənə Sevdanın bakirəliyinin pozulduğunu, lakin yanımızda olan Vüqarla Əlinin bilməməsi üçün həqiqəti demədiklərini bildirdi.
Gecə Fəridi görmək üçün onların evinə getdim, amma onu evdə tapa bilmədim. Valeh əsəbi halda olduğumu görüb məni sakitləşdirməyə başladı. Sevdanın onun qızı olduğunu, Fəridlə evləndirəcəyini, lakin Sevdanın məktəbdən çıxarmağımızıı və evdə oturaraq gözləməsini təklif etdi. Yalnız bu halda utancverici hadisədən qurtaracağımı düşündüm.
Aramızda olan razılıq əsasında Sevdanı məktəbdən çıxardım və hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat vermədimâ€.
“Nəticə olmadıâ€
Lətif deyib ki, növbəti günlərin birində kənddə təmir işləri görən zaman qohumu Əli ona zəng edib və evə gəlməli olduğunu deyib: “Arvadımın mobil nömrəsinə zəng zəng etsəm də, telefonu açan olmadı. Sonra isə telefon söndü. Evə gələrək Sevdanın yoxa çıxdığını bildim.
Sevilə nə üçün mobil telefona cavab vermədiyini soruşdum. O, telefonun Sevdada olduğunu və özü ilə apardığını dedi. Sevdanın evə gəlmədiyini gördük və soraqlaşmağa başladıq. Lakin onu tapa bilmədik.
Növbəti gün Daxili İşlər Nazirliyinin “102†xidmətinə zəng edərək məlumat verdim, Masallı rayon polis şöbəsində araşdırma aparıldı. Lakin nəticə əldə olunmadıâ€.
“Zorlanması faktı təsdiqini tapmadıâ€
Lətif bildirib ki, 2019-cu ildə Sevdanın oğurlanması fakı ilə bağlı Baş Prokuroluqda cinayət işi başlanılıb və Masallı rayon polis şöbəsinə göndərilib:
“Lakin Sevdanın olduğu yer müəyyən edilmədiyindən 2021-ci ilin aprelində bir neçə dəfə arvadım “Xəzər†televiziyasında yayımlanan “Səni axtarıram†verlişinə çıxdı. Sevda itkin düşərək tapılmadığından onun Fərid tərəfindən zorlanması ilə bağlı Masallı rayon polis şöbəsinə şikayət etdik.
Sevdanın həmin vaxt əynində olan paltarları da polisə təqdim etdik. Şikayət Masallı prokurorluğuna göndərildi. Lakin Sevda itkin düşdüyündən və izahatını almaq qeyri-mümkün olduğundan onun Fərid tərəfindən zorlanması faktı təsdiqini tapmadı.
Sevdanın itkin düşməsi ilə bağlı araşdırma zamanı müəyyən edildi ki, qızım Sevda qardaşım oğlu Fərid 5 iyul 2015-ci ildə kənddə aralıda yerləşən əkin sahəsindən axan çayın yaxınlığında öldürüb, daha sonra isə onun meyitini gizlədib, yandırıb və basdırıbâ€.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Cinayət Məcəlləsinin 152.1 və 245-ci maddələri ilə Fəridə cəza təyin edilməyib.
Ona Cinayət Məcəlləsinin 120.2.6-ci maddəsinə əsasən 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Cəzasının ilk 7 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 11 aprel 2022-ci ildən hesablanması qərara alınıb.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, ittiham olunduğu Cinayət Məcəlləsinin 152.1 və 245-ci maddələri ilə bəraət verilməsini istəyib.
Bundan başqa, təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.6-ci maddəsini həmin məcəllənin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, cəzasının yüngülləşdirilməsini xahiş edib.
Fəridin şikayəti araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. Hakim Məhəmməd Bağırovun sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.
Qərara görə, Fəridin şikayəti təmin olunmayıb. /Teleqraf.com
Xəbərin oxunma sayı : 745
Kriminal
Xəbərlər
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
“Millimizin futbolçuları hazırda...“ - Ayxan Abbasovdan oyun öncəsi açıqlaması
-
Xırdalanda sakinlərin istirahət yerində obyekt tikilir? - VİDEO
-
Bakıda avtobuslar üçün yeni mübadilə mərkəzi tikilir - VİDEO
-
Zelenski Avropaya xəbərdarlıq etdi: Rusiya və ABŞ nəyi müzakirə edir?
-
300 min manatlıq dələduzluq - Onlarla şikayətçi və həbs edilənlər var
-
Prezident Dublində onlarla görüşdü - FOTOLAR
-
Sükan arxasında ağıllı saat işlədənlər də cərimə olunsun - TƏKLİF
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - VİDEO
-
Ebola ilə mübarizə aparan 55 tibb işçisi həyatını itirib - Konqoda
-
Türkiyədə hərbi helikopter qəzaya uğradı - 4 nəfər həlak oldu
-
Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirildi - FOTO
-
Məşhur icra başçısının oğlu məhkəmədə DİNDİRİLDİ - Siqaret qaçaqmalçılarının İŞİ
-
Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək
-
Bakı təhsilinin şefinin rəfiqə və qohum şəbəkəsi - BŞTİ-dəa nə baş verir?!
-
“Nvidia” rəhbəri Yensen Huanq istefa verdi - Çin kəşfiyyatı qalmaqalına görə
-
Məhkəmə general qızı ilə bağlı qərar verdi - Ev dustaqlığına buraxıldı
-
Hakim ərini baltalayan qadını qəfəsdən çıxardı - BAKIDA
-
Azərbaycanda bu məhsullar bahalaşıb - Siyahı
-
Yüksək vəzifəyə təyin olunmuşdu - 23 gün sonra işsiz qaldı
-
Qarabağa görə KTMT-dən kömək istəməmişik! - İrəvan Moskvaya cavab verdi
-
ADSEA-da ikinci maaş iddiası: Zaur Mikayılov idarə rəislərinə əlavə 5000 manat paket verir?
-
“İranla razılaşmaya ehtiyacımız yoxdur” - Donald Tramp
-
Yükdaşıma sektorunda vergi qaydaları dəyişir - Yeni güzəşt təklif olunur
-
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı - Personal çıxarıldı
-
ABŞ Ukrayna üçün “Starshield“in sürətini yenidən azaltdı - Zelenskidən etiraz
-
Sabiq komitə sədrinin otelini alan olmadı - Qiyməti 1,3 milyon endirildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezident İlham Əliyev Maya Sandu ilə görüşüb - FOTO
-
Teymur Musayevə yeni vəzifə verildi - Əsədov qərar imzaladı
-
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirdi - Video
-
Prezident “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak edir - Fotolar
-
Bakının mərkəzində “yaşıl soyqırım“ - yenə Əsabil Qasımovun adı...
-
Matviyenko İrəvana xəbərdarlıq etdi: “KTMT-dən çıxarsa...“
-
İlham Əliyev Dublində Zelenski ilə görüşdü - FOTOLAR
-
Bu şəxslər üçün şad xəbər: Elektrik xərcinin yarısını dövlət ödəyəcək
-
Zabratda sənədsiz toyuq əti satan müəssisə bağlandı - Fotolar
-
İşlənmiş maşınlar ucuzlaşa bilər - yeni qaydalar gəlir
-
“Qaya” restoranı sahəsini qanunsuz artırdı - VİDEO
-
Son 76 ildə ömür uzunluğu hansı ölkədə nə qədər artıb? – Siyahı
-
Ardadan “Real”a rədd cavabı: 22 milyon maaşla bu kluba keçir
-
DİN və ETSN birgə əməliyyat keçirdi: 150 illik ağacları kəsən 6 nəfər tutuldu (VİDEO)
-
Keçmiş nazir aeroportda saxlanıldı – Korrupsiyada ittiham olunur
-
Mədəniyyət, idman və gənclər siyasətinə 643 milyon manat ayrılacaq - Xərclərin bölgüsü
-
Bakı Hərbi Məhkəməsində səs-küylü iş - 7 nəfər hakim qarşısında
-
“Putin NATO”su belə güclənməyə qərar verdi - yeni hərbi plan
-
Tanışının övladını həbsdən azad edəcəyi vədi verdi, özü həbsdə qaldı - TƏFƏRRÜAT
-
Məmməd Musayevin qardaşı oğlu şirkətinin əmlakını satır - DETALLAR
-
Sankt-Peterburqda avtomobil partladıldı - Hərbçi həlak oldu
-
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO
-
Kartof sahələrində xəstəliklərin əsas səbəbi dərmanların təsirsiz olmasıdır? - VİDEO
-
Azərbaycanda ən çox və ən az maaş verilən sahələr - Statistika
-
Bakıda vətəndaşların mənzilləri bir neçə dəfə satışa necə çıxarılıb? - VİDEO
-
İran ayda 50 ballistik raket istehsal edə bilər - “Bloomberg“
-
Pekindən Vaşinqtona mühüm zəng: Çin ABŞ-la nələri müzakirə etmək istəyir?
-
Millətlər Liqasında V tur başlayır: Türkiyə Belçika, İtaliya Fransaya qarşı
-
General Natiq Əliyevin qızı saxlanıldı - Dələduzluğa görə
-
Sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var
-
Avtomobil icarəsi ilə məşğul olan şəxslərə xəbərdarlıq - VİDEO
-
“Rusiya ilə ilin sonunadək razılaşma əldə etmək mümkündür“ - Zelenski
-
Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - FOTO
-
Tehran şərtlərini irəli sürüb, indi növbə Vaşinqtondadır - Qalibaf
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - VİDEO
-
“İrəvandakı Göy məsciddə şou düzənlədilər“ - QMİ-dən sərt etiraz
-
Prezidentin sosial şəbəkə hesablarında COP31-lə bağlı paylaşım edildi - VİDEO
-
Azərbaycan bank sektorunu silkələyən sensasion faktlar - Rauf Kazımovun offşor izi
-
KTMT-də Ermənistan bağlı qərar verildi - Bu hüquqdan məhrum edildi
-
Bakıda istilik mövsümü başlayır - Bu halda ödəniş etməyə bilərsiz!
-
“AzParking”dən sürücülərə xəbərdarlıq: “Digərləri etibarsızdır”
-
Mehriban Əliyeva ilə Əminə Ərdoğan bir arada - FOTOLAR
-
Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı - FOTOLAR
-
Azərbaycanda əməkhaqqı 30 qəpik azalıb - Rəsmi məlumat
-
Prezident xanımı ilə Liderlər Sammitində - FOTOLAR
-
Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi
-
Dövlət Yol Polisinin adından fişinq hücumları var - XƏBƏRDARLIQ
-
Fərhad Qaraşov yenidən sədr seçildi - İdarə Heyətinin üzvləri onlar oldu
-
“Vətəndaşın haqqı ödənilməlidir“ - Nazirdən bələdiyyələrə irad
-
Hərraca çıxarılan villaların sahibi kimdir? - Bakıda partlayış, Moskvada ermənilərlə ortaqlıq…
-
“Xəstəxanada üç dəfə qıcolma tutdu, əlillik təyin edilmir” - Rəsmi açıqlama
-
İlham Əliyevi Ərdoğan və Quterreş qarşılayıb - VİDEO
-
Şəxsi təsərrüfatdan əldə edilən süd və yumurtadan da vergi alınacaq? - Video
-
Müğənni Dənizin qazinin haqqına göz dikən əlillik alveri – MƏHKƏMƏ İŞİ
-
Saatlıq əməkhaqqı aylıq maaşdakı tarifdən - Yüksək müəyyən ediləcək
-
Prezident və birinci xanım Türkiyəyə səfərə yollandı - FOTOLAR
-
Mesut Özil Ukraynanın “qara siyahı”sına düşdü - SƏBƏB
-
Sabiq Baş nazirin qardaşı saxlanılıb - İnsan alverinə görə
-
Azərbaycanlı biznesmenə hökm oxundu: 141 milyonluq mülkünə həbs qoyuldu
-
Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
-
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
-
Nazirliyinin tabeliyindəki Mərkəzdə yeni rəhbər təyinatı - FOTO
-
Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? - VİDEO
-
Türkiyə ilə Azərbaycan arasında ayrılıq salmaq cəhdləri nəticəsiz qalacaq - Ərdoğan
-
Rubio İranın şərtlərini “cəfəngiyyat“ adlandırdı - ABŞ-Tehran münasibətləri dalana dirənib
-
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı kəskin artıb - RƏQƏMLƏR
-
Zaporojye cəbhəsində kəskin ziddiyyət: Rusiya bir söz deyir, Ukrayna başqa
-
“Ermənistan Aİ-yə üzvlük məsələsində əvvəlcə referendum keçirməlidir” - Rəsmi Moskva
-
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir - “The Washington Post“
-
Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video
-
İnternet axşamlar niyə zəifləyir? - Sürəti artırmaq üçün sadə üsullar
-
Avropa liderləri Əbu-Dabi danışıqlarına qatılır - Fransadan açıqlama
-
Bakıda “QAZ-3110“la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı
-
Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
-
Yeməkdən sonra yuxulamağın səbəbi bəlli oldu - Bu qidaları azaldın
-
Hansı rayonlara qar yağır? - Faktiki hava açıqlandı
-
Arvadına xəyanət edən milyarder dünyanın gündəmində - Ermənistanda milyardlarla dollarlıq layihə!
-
Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - FOTO
-
“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - Abbas Əraqçi
-
Azərbaycanda 2,2 milyardlıq turist xərcləri - Ən böyük pay bu ölkənindir
-
Şanlı Zəfərdən Böyük Qayıdışa doğru məqsədyönlü addımlar atılır
-
Moldova Rusiya qazından tamamilə imtina edib - Sandu
-
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
-
İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir - Tramp
-
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO
-
Şuşa Zəfəri Azərbaycanın müasir tarixinin zirvəsidir
-
“Eşq olsun Azərbaycan Bayrağına!” - VİDEO
-
Azərbaycanda Dövlət Bayrağı Günüdür
-
Bakıda Zəfər Günü konserti möhtəşəm atəşfəşanlıqla yekunlaşıb - Fotolar
-
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - FOTOLAR
-
Xankəndidə Prezidentin adından ziyafət verildi - FOTOLAR
-
“Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin“ - İlham Əliyev
TOP 10
ARXİV






