Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Eşqin qızımı döyüb, söyüb” - Rəqsanə danışdı - Video

Tarix 23.05.23, 13:57

Font ölçüsü : - / +
bitmap-img6


Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Eşqin Cəlilov ilk dəfə boşanmalarından danışıb.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə “Maqazin plus” verilişinə müsahibə verib.  

Eşqinin sözlərinə görə, Aysuna qarşı sevgisi deyil, etibarı bitib: “Xətrimə çox pis dəyib. Hər dəfə bir problem olanda qaçıb gedirdi. Aysun balaca kuklalar kimi hara ötürsən, ora yeriyib gedir… Aysun mənim seçimim olub, həyat yoldaşım olub. Onun haqqında pis nəsə danışmaram”.

Açıklama yok.

Eşqin bu evliliyi film adlandırıb: “Mən Vətəni tərk edəcəm, çünki mən bura ailəmə görə gəlmişdim, o da alınmadı. Mən bu ailənin bitməsinə niyə film dedim? Düşünürəm ki, bu Aysunun qurduğu bir film idi. Mən ailə qurmuşdum, Aysun isə film çəkdi. 5 aydan bir deyirdi ki, boşanıram. Buna nə ad qoyum? Müğənni ilə ailə qurmaq hər adamın işi deyildi”.

O, Aysunun anası Rəqsanə İsmayılovanın ailələrinə müdaxilə etmədiyini bildirib. Eşqin Aysuna gələcək həyatında uğurlar arzulayıb.

Açıklama yok.

R. İsmayılovanın cavabı özünü çox gözlətməyib. O, sosial şəbəkə hesabında canlı yayım açıb, Aysunun başına gələnlərdən danışıb: “Eşqin Aysuna əl də qaldırılıb, söyüş də söyüb. Aysunun yaşadıqlarını heç bir insan yaşaya bilməzdi. Yenə də o susub, dözüb, ailəsini tutub. Aysun birinci davalarından sonra da ailəsini seçdi, dedi ki, ana, mən Eşqinə ikinci dəfə şans verirəm, barışdılar. Mən dəfələrlə Eşqini qabağıma qoydum, danışdım, başa saldım...”

Qeyd edək ki, cütlük 2022-ci ilin iyununda ailə həyatı qurub, 2023-cü ilin mayında rəsmi şəkildə boşanıb.





Xəbərin oxunma sayı : 286




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap