Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Dünyanın ən bahalı mənzili satılıb -Sahibi bu türk iş adamıdır

Tarix 22.11.25, 12:58

Font ölçüsü : - / +
bitmap-img6


"Tech Bullion"-un məlumatına görə, 2025-ci ilin əvvəlində Dubai Palm Jumeirah adasında yerləşən Como Residences layihəsindəki ultra lüks mənzil 130–136 milyon dollara satıldığı açıqlanmışdı. Alıcının kimliyi aylarla gizli qalsa da, həmin daşınmaz əmlakı ABŞ-də yaşayan türkiyəli iş adamı, "A&S Investment Holding"-in rəhbəri Uğur Akkuşun aldığı iddia edilir.

Nəşrin yazdığına görə, dünyanın ən bahalı mənzili sayılan bu satış, türk bir investor tərəfindən edilən ən böyük beynəlxalq daşınmaz əmlak sövdələşməsi kimi qiymətləndirilir.

Palm Jumeirahın ən yüksək nöqtəsində yerləşən mənzil  360 dərəcə dəniz mənzərəsi, xüsusi teras və göy hovuzu ilə Dubayın ən lüks yaşam yeri hesab olunur. Dəniz qabığı və dalğa formalarından ilhamlanaraq dizayn olunan kompleksin 2027-ci ilin üçüncü rübündə təhvil verilməsi planlaşdırılır.

Dubay mediası sövdələşməni ölkənin lüks mənzil bazarında indiyə qədərki ən yüksək məbləğli satışlardan biri kimi dəyərləndirib.

"Tech Bullion"-un iddiasına görə, əvvəlcə adı gizli saxlanılan Uğur Akkuş bu mənzili ailəsinə hədiyyə olaraq alıb. Satış məlumatı yayılmağa başlayandan sonra Akkuş həm Dubayda, həm də Türkiyədə biznes dairələrinin yenidən diqqət mərkəzinə gəlib.

"Forbes" məlumatlarına əsasən, Uğur Akkuş Türkiyənin ən zəngin iş adamları arasında ilk üçlükdə qərarlaşıb. Onun sərvətinin təxminən 5,5 milyard dollar olduğu bildirilir. Bu sərvət "A&S Investment Holding" vasitəsilə bankçılıq, daşınmaz əmlak, enerji, inşaat, IT, turizm, mədən və pərakəndə sahələrindəki yatırımlardan gəlir.



Xəbərin oxunma sayı : 235




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap